Məhkəmə qərarları › İş №2(029)-446/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-446/2025

13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-446/2025 13.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları - xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X6 onun himayəsində olmasını, habelə xəstəliyi səbəbindən heç bir yerdə işləmədiyini nəzərə alaraq, Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün ödəməli olduğu aliment borcunun ödəməkdən tamamilə və ya qismən azad edilməsi və Mediasiya sessiyası üçün ödənilmiş 61 (altımış bir) manat rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-90/2024 sayılı mülki iş üzrə məhkəmə qətnaməsinə əsasən, İddiaçı, xx.xx.2016- cı il təvəllüdlü X7, xx.xx.2023-cü il tarixindən başlayaraq, yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməsinə dair qətnamə qəbul etmişdir. xx.xx.2007-ci il tarixdə onunla X5 ilə bağlanmış nikahdan xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(029)-204/2013 saylı Qətnaməsinə əsasən, onunla X5 arasında bağlanmış nikah pozulmuşdur. X5 ilə ayrıldıqdan sonra, övladları onun yanında qalmışdır. Hal-hazırda da övladları onun yanındadırlar. Onun himayəsindədirlər. Uşaqlara o baxır. Yeməklərini o bişirir. Onların qayğısına o qalır. Uşaqların təhsil xərclərini o ödəyir. Səhhətindəki problemlərlə əlaqədar hal-hazırda heç bir yerdi işləmir. Birinci nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X6 onun himayəsində olması, habelə xəstəliyi səbəbindən heç bir yerdə işləmədiyinə görə, ikinci nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün aliment borcu meydana gəlmişdir. Himayəsində digər 2 uşağının olması, habelə xəstəliyi səbəbindən heç bir yerdə işləyə bilmədiyini nəzərə alınaraq, Cavabdeh ödənilməli olan aliment borcundan tamamilə azad edilməli və ya həmin aliment borcum qismən azaldılmalıdır. Bu səbəbdən Qusar 1 sayılı Mediasiya Təşkilatına etmiş olduğu müraciət əsasında, X2 dəvəti ilə xx.xx.2025-ci il tarixdə o və Cavabdeh ilkin mediasiya sessiyasına dəvət edilmişlər. Lakin, Cavabdeh ilə barışıq əldə edilməyib. Mediator tərəfindən ona bununla bağlı MŞQ/MT/027/2025-00096 sayılı arayış təqdim edilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında ödəniş etmədiyindən, mediasiya xərci kimi 61 (altmış bir) manat rüsum Qusar 1 sayılı Mediasiya Təşkilatına onun tərəfindən ödənilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, məhkəmə prosesində iştirak edə bilmədiyi üçün qaldırdığı iddiaya onun iştirakı olmadan baxıb, iddianın tam təmin edib qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və bildirmişdir ki, azyaşlı uşaqlar onun himayəsindədir, iddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, cavabdehin izahatını dinləyərək, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2007-ci il tarixdə Babaxanov X3 Lida Abuseyid qızı ilə bağlanmış nikahdan xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(029)-204/2013 saylı Qətnaməsinə əsasən, Babaxanov X3 Lida Abuseyid qzı arasında bağlanmış nikah pozulmuşdur. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-90/2024 sayılı mülki iş üzrə Məhkəmə Qətnaməsinə əsasən, İddiaçı, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2023-cü il tarixindən başlayaraq, yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməsi qəd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində tələb etdiyi kimi azyaşlı xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X12 adlı uşaqların onun himayəsində olmasını, habelə xəstəliyi səbəbindən heç bir yerdə işləmədiyini nəzərə alaraq, Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün ödəməli olduğu aliment borcunun ödəməkdən tamamilə və ya qismən azad edilməsi tələbi əsassızdır. Belə ki, İddiaçı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 onun himayəsində olmasını iddia ərizəsində qeyd etmiş olsada, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Habelə xəstəliyi səbəbindən heç bir yerdə işləmədiyini nəzərə alaraq, Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün ödəməli olduğu aliment borcunun ödəməkdən tamamilə və ya qismən azad edilməsi hissəsində, İddiaçı xəstəliyi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunmuş əsaslarla İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən azad edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından mediasiya sessiyası üçün ödənilmiş 61 (altımış bir) manat rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar