Məhkəmə qərarları › İş №2(029)-500/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-500/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-500/2024 11.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş uşaqları xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvvəlüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 AZN (iki yüz otuz beş) manat olmaqla ümumilikdə iki uşağa görə cəmi 470 AZN (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2011-ci il tarixdə el adəti ilə toy etdirməklə nikahı rəsmi qeyd etdirmədən Cavabdeh ilə evlənərək birgə yaşamağa başlamışdır. Birgə yaşadıqları müddətdə onların xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvvəlüdlü X9 adlı oğlan uşağları anadan olmuşdur. Rəsmi nikahları 02 aprel 2017-ci il tarixdə 5 saylı Bakı "ASAN Xidmət” X3 qeydə alınmışdır. Cavabdehlə xasiyyətləri və münasibətləri pozulduğu üçün cavabdehlə ayrılmağına qərara gəlmişdir. Ayrılmaqlarının əsas səbəbi cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Onlar faktiki ayrılmışlar, uzun müddətdir ki, ər arvad münasibətlərində deyillər. Bundan sonra Cavabdeh ilə barışıb ailə münasibətlərini bərpa etmək mümkün deyildir. Buna görə də o, Bakı şəhər Nizami rayon Məhkəməsinə “Nikahın pozulması və uşaqların himayəsində saxlanmaları barədə” iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinə verdiyi iddia ərizəsinə əsasən 5 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən nikahın bağlanılması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 925 №-ilə qeyd edilmiş Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması və azyaşlı övladları X11 və X4 onun himayəsində saxlanmalarına dair Bakı şəhəri Nizami rayon Məhkəməsi 01 mart 2019-cu il tarixli,2(007)-289/2019 saylı Qətnamə qəbul etmişdir. Eyni zamanda Məhkəmə nikahı pozarkən o, Cavabdeh aliment tələb etməkdən imtina etmişdir. Cavabdeh ayrıldığı vaxtdan 23 mart 2012-ci il təvəllüdlü X11 və 18 dekabr 2013-cü il təvvəlüdlü X9 adlı oğlan uşağları, onun himayəsindədir, bu müddət ərzində Cavabdeh uşağların saxlanması və tərbiyəsi ilə maraqlanmamış, maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etməmişdir. Buna görə də azyaşlı uşaqların saxlanması üçün Cavabdeh onun xeyrinə aliment tutulmalı, aliment hər ay ödənilən sabit pul məbləğində müəyyənləşdirilməlidir. Cavabdeh maddi vəziyyətini və uşağların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə iki uşağa görə cəmi 470 AZN (dörd yüz yetmiş) manat,sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və bildirmişdir ki, cavabdehlə onun arasında olan nikah pozularkən cavabdeh cəzaçəkmə müəssisəsində olmuş, cavabdehin cəzaçəkmə müəssiəsində olması ilə əlaqədar olaraq o, cavabdehdən aliment tələb etməmişdir. Hal-hazırda o, uşaqların saxlanması üçün aliment tələb edir. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan AZ-T 005739 və AZ-T 005740 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X11 23 mart 2012-ci il tarixdə, X9 18 dekabr 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşlar. Ataları Cavabdeh, anaları X1. İşdə olan AZ-İ 319852 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahları xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində pozulmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli 2(007)-289/2019 saylı Bakı şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh ilə Rəhimova (Vəlimətova) Aynur Sövləddinovna arasında 02 aprel 2017-ci il tarixdə 5 saylı «Asan Xidmət» X7 bağlanmış 925 nömrəli akt qeydli nikahın pozulması, 23 mart 2012-ci il təvəllüdlü X10 və 18 dekabr 2013-cü il təvəllüdlü X8 anası Rəhimova (Vəlimətova) Aynur Sövləddinovnanın yanında qalmaları qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 99.1. Cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların qazancından, pensiyalarından və digər gəlirlərindən tutulmalar aparılır. 99.2. Məhkumların əməkhaqqından gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlər tutulur. İcra vərəqəsinə və başqa icra sənədlərinə görə tutulmalar qalan məbləğdən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məhkumun qazancının bütün məbləğindən hesablanır. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manatməbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz uşaqları Renat və Ruslanın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat məbləğində deyil, hər ay hər uşaq üçün 155 (yüz əlli beş) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 18 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 3720 manat (12 X 310=3720) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 3720 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 2720 (3720-1000=2720) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 27.20 manat, cəmi isə 57.20 (əlli yeddi manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təminedilsin. 9 iyun 1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda Cavabdeh İddiaçı xeyrinə 23 mart 2012-ci il təvəllüdlü X5 və 18 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 155 (yüz əlli beş) manat olmaqla, ümumilikdə 310 (üç yüz on) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 18 aprel 2024-cü il tarixdən hesablansın. Cavabdeh 57.20 (əlli yeddi manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar