Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-509/2020 29.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və onun vəkili x3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin baba və nənədən tutulması tələbinə dair mülki işə Qusar şəhərində 29 iyun 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18 may 2005-ci il təvəllüdlü x7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun xeyrinə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2003cü ildə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək cavabdehlərin oğlu x9 ilə evlənmişdir. x9 ilə faktiki nikahlarından 18 may 2005-ci il təvəllüdlü x11 adlı uşaqları anadan olmuşdur. 02 avqust 2005-ci il tarixli qeydlər kitabında 191 saylı aktla atalığın müəyyən edilməsi haqqında 057571 nömrəli şəhadətnaməyə əsasən x2 Raman Elxan oğlunun atası hesab edilmişdir. 2005-ci ilin aprel ayından x9 ilə faktiki ailə münasibətləri pozulmuş və həmin vaxtdan ayrı yaşamağa başlamışlar. Ayrıldıqdan sonra x9 uşaqla maraqlanmamış, uşağın saxlanılması üçün heç bir yardım etməmişdir. Daha sonra onun Qusar rayon məhkəməsində alimentin tutulması tələbinə dair iddia ərizəsinə baxılaraq, 04 fevral 2008-ci il tarixli 2-86/2008 saylı məhkəmə əmri ilə x4 18 may 2005-ci il təvəllüdlü x7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment cavabdehdən alınaraq ona ödənilməsi əmr edilmişdir. Bir neçə müddət x9 hər ay ona cəmi 10 (on) manat məbləğində aliment ödəmiş, lakin sonradan həmin pulu da ödəməkdən boyun qaçırmış, nəticədə aralarında baş verən razılaşma əsasında alimentin ödənilməsi barədə Qusar rayon məhkəməsinin 04 fevral 2008-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilmişdir. İcraata xitam verilərkən x9 uşağın saxlanması üçün könüllü olaraq maddi yardım göstərəcəyini öhdəsinə götürsə də, həmin öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən Qusar rayon məhkəməsindən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qusar rayon məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(029)-954/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək x4 18 may 2005-ci il təvəllüdlü x1 üçün yetkinlik yaşına çatanadək hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. x9 həmin alimentdən bir iqsmini ödədikdən sonraRusiya Federtasiyasına getmiş və sonradan alimenti ödəməmişdir. Qətnamə icra edilmədiyindən Qusar rayon İcra və Probasiya şöbəsinin verdiyi təqdimata Qusar rayon məhkəməsində baxılaraq 04 oktyabr 2019-cu il tarixli 8(029)-149/2019 saylı qərardadla təqdimat təmin edilərək x6 Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. x6 3000 (üç min) manatdan çox aliment borcu yığılmışdır. Özü hazırda heç bir yerdə işləmir, maddi vəziyyəti çox ağırdır. Övladının təhsil və məişət xərclərini qarşılamaqda çətinlik çəkdiyindən alimentin baba və nənədən tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz nəvələri olan 18 may 2005-ci il təvəllüdlü x10 kömək etmələri üçün yetərincə maddi vəsaitləri var, uşağı saxlaya bilərlər. Lakin cavabdehlər bu öhdəliyi könüllü surətdə yerinə yetirmək istəmirlər. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 641285 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x11 18 may 2005-ci il tarixdə anadan olmuşdur. Atası x9, anası İddiaçıdır. İşdə olan AZ-İ № 057571 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x9 18 may 2005-ci il tarixdə İddiaçı doğulmuş x7 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2005-ci ilin avqust ayının 02 günündə 191 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin 2-86/2008 nömrəli, 04 fevral 2008-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Qusar rayonu Hil kəndində yaşayan x4 18 may 2005-ci il təvəllüdlü Raman adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının ¼ hissəsi miqdarında alimentin alınaraq ərizəçi İddiaçı verilməsi qərara alınmışdır. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-954/2017 nömrəli 03 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh x5 05 iyun 2017-ci il tarixdən başlayaraq 18 may 2005-ci il tarixdə anadan olmuş x7 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-954/2017 nömrəli, 25 yanvar 2018-ci il tarixli qərardadının surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşı, Qusar rayonu, Hil kəndində yaşayan borclu x6 Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı x9 ilə 2003-cü ildə nikahı rəsmi qeyd etdirmədən evlənmişlər və faktiki nikahlarından 18 may 2005-ci il təvəllüdlü x11 adlı uşaqları anadan olmuşdur. Həmin uşaq İddiaçı himayəsində yaşayır. Qusar rayon məhkəməsinin 2-86/2008 nömrəli, 04 fevral 2008-ci il tarixli məhkəmə əmri ilə Qusar rayonu Hil kəndində yaşayan x4 18 may 2005-ci il təvəllüdlü Raman adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının ¼ hissəsi miqdarında alimentin alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Daha sonra İddiaçı ilə Elxan Osmanov aralarındakı razılaşma əsasında icra vərəqsi üzrə icraata xitam verilmişdir. Qusar rayon məhkəməsinin 2(029)-954/2017 nömrəli 03 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən x5 05 iyun 2017-ci il tarixdən başlayaraq 18 may 2005-ci il tarixdə anadan olmuş x7 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi İddiaçı tələbi ilə 18 may 2005-ci il təvəllüdlü x11 adlı uşağın atası x4 alimentin tutulması haqqında məhkəmə qətnaməsi vardır. Belə olan halda uşağın babası və nənəsindən alimentin təkrarən tələb edilməsi üçün əsas yoxdur. Bundan da əlavə iş materiallarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18 may 2005-ci il tarixdə anadan olmuş x11 adlı uşağın baba və nənəsi olmalarına dair hər hansı bir sənəd yoxdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə bu normaların tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin baba və nənədən tutulması tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin baba və nənədən tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-509/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-509/2020
29.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver