Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-554/2020 14.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iki uşağın saxlanması üçün aliment tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 2007-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmiş, nikahları Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən nikah kitabında 320 nömrə ilə qeydiyyata alınaraq rəsmiləşdirilmişdir. Cavabdeh ilə birgə nikahlarından xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Son 5-6 il ərzində Cavabdeh ailəyə heç bir qayğı göstərmədiyi üçün münasibətləri kəskinləşmiş, aralarında dəfələrlə mübahisələr baş vermiş, ailə münasibətləri faktiki olaraq pozulmuşdur. Göstərilən səbəblər nəticəsində xx xxxxxx 2019-cu il tarixdə azyaşlı uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. Hazırda Ramazan və Reyhan adlı uşaqları özünün himayəsində qalırlar. Maddi vəziyyəti kifayət qədər ağırdır. Ona görə də xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 adlı uşaqların saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, xx xxxxxx 2007-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə İddiaçı ilə evlənmiş və birgə nikahlarından xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və xx xxxxxx 2019-cu il tarixdən ayrı yaşayırlar. İddiaçı ilə ayrıldıqları vaxtdan azyaşlı uşaqları iddiaçının himayəsində qalmışlar. xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 adlı uşaqların saxlanması üçün hər ay hər bir uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat aliment ödəyə bilər. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşdə olan Xaçmaz raqyon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli Çıxarışdan görünür ki, Cavabdeh ilə X5 arasında xx xxxxxx 2007-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində 320 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandlıqdan sonra qadına Məmmədova soyadı verilmişdir. İşdə olan Seriya AZE № 11479675 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ramazan Məmmədov xx xxxxxx 2008-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Seriya AZE № 11479673 nömrəli şəxsiyyət vəsiqəsinin saurətindən görünür ki, Reyhan Məmmədova xx xxxxxx 2012-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər xx xxxxxx 2007ci il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində 320 nömrəli akt qeydi ilə nikahı rəsmi qeyd etdirməklə evlənmişlər və birgə nikahlarından xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 adlı uşaqları andan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və xx xxxxxx 2019-cu il tarixdən ayrı yaşayırlar. Tərəflər ayrıldıqları vaxtdan azyaşlı uşaqlar iddiaçının himayəsində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, yuxarıdakı əsaslara görə iddia qismən təmin edilməli, İddiaçı öhdəsində olan xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin bu normanın tələbini nəzərə alaraq hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçünhər ay hər bir uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-554/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-554/2020
14.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver