Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-595/2023 17.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü Mərd, xx.xx.2018-ci il təvəllüdlü Ali və xx.xx.2020-ci il təvəllüdlü Amir adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay aylıq qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 30 aprel 2016-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Cavabdeh ilə evlənmişdir. Onların birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü Mərd, xx.xx.2018-ci il təvəllüdlü Ali və xx.xx.2020-ci il təvəllüdlü Amir adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Hal-hazırda Cavabdeh ünvan 1 ünvanında yaşayır o, isə azyaşlı xx.xx.2017-ci il təvəllüdlü Mərd, xx.xx.2018-ci il təvəllüdlü Ali və xx.xx.2020-ci il təvəllüdlü Amir adlı uşaqlarla birlikdə Qusar rayonun Hil kəndində valideynlərinin evində yaşayır. O, cavabdeh xx.xx.2017-ci il təvəllüdlü Mərd, xx.xx.2018-ci il təvəllüdlü Ali və xx.xx.2020-ci il təvəllüdlü Amir adlı uşaqların qayğısına qalmır, uşaqlara hər hansı maddi və ya mənəvi köməklik göstərmi və uşaqların qayğısına yalnız o, qalır. Lakin, azyaşlı uşaqları təkbaşına saxlamaq və böyütmək onun üçün çətinliklər yaradır. O, cavabdeh valideyn kimi azyaşlı xx.xx.2017-ci il təvəllüdlü Mərd, xx.xx.2018-ci il təvəllüdlü Ali və xx.xx.2020-ci il təvəllüdlü Amir adlı uşaqları saxlamağa və onlara maddi yardım göstərməyə borcludur. Cavabdeh rəsmi iş yeri vardır, belə ki, o, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin X13 X1 gəmisinin kapitanın 2-ci köməkçisi vəzifəsində işləyir və stabil aylıq gəliri vardır. Ona görə də, cavabdehdən onun xeyrinə azyaşlı xx.xx.2017-ci il təvəllüdlü Mərd, xx.xx.2018-ci il təvəllüdlü Ali və xx.xx.2020-ci il təvəllüdlü Amir adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tutulmalı və alimentin miqdan hər ay onun qazancının və başqa gəlirlərinin yarısı miqdarOnda müəyyən olunmalıdır. İddiaçı Cavabdeh qızı iddianı müdafiə etmiş və izahatında bildirmişdir ki, əri bir neçə ildir ki, evə baxmır, ailəsinə vəsait ayırmır, onu üç uşağı ilə tək qoyub. Cavabdeh spirtli içkilər içir, onu döyür, söyür, doqquz aydır ki, o valideynlərinin evinə qayıdıb, cavabdeh onlara baxmır, onu və uşaqlarını atası saxlayır. Cavabdehlə aralarında nikah pozulmamışdır. Əri dənizdə işləyir, 2300 manat əmək haqqı alır. Odur ki, iddianın təmin edilməsi barədə qətnqmə çıxarılmasını məhkəmədən xahiş etgmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İV 008022 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 09 avqust 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV 226207 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 08 dekabr 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV 399333 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12 yanvar 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan "xxxx" QSC XəzərDəniz Neft Donanması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 13-3-2/3-9-99/2023 saylı arayışdan görünür ki, Cavabdeh Təbriz Xəlilbəyli gəmisində kapitanın 2-ci köməkçısı vəzifəsində işləyir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər artıq ər-arvad münasibətlərini kəsməklə ayrılmışlar, birgə nikahlarından anadan olmuş Mərd, Ali və Amir adlı uşaqlar hal-hazırda İddiaçı yanında yaşayır. Həmin uşaqları təkbaşına saxlamaq iddiaçı üçün çətinliklər yaradır. Hazırda iddiaçı həmin uşaqları təkbaşına saxlayır, bu isə onun üçün əlavə çətinliklər yaradır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında valideynlərindən aliment məhkəmə tərəfindən tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh uşaqların saxlanması üçün aliment iddia ərizəsində tələb olunduğu kimi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbləri nəzərə alınmaqla hər ay qazancının yarısı hissəsi miqdarında aliment tutulmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Mərd, Ali və Amir adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının, iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar tam sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 23 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azerbaycan Respublikasının Ailə Məcəlləsinin 75- 78, 100-cü maddələrini, Azerbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Xətai rayonu, Zığ şosesi ev 9, 137/138 saylı mənzildə qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı xeyrinə 09 avqust 2017-ci il təvəllüdlü X3, 08 dekabr 2018-ci təvəllüdlü X5 və 12 yanvar 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutulsun. Alimentin tutulması 23 iyun 2023-cü il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-595/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-595/2023
17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver