Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-603/2024 06.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Kreditor Borclu qarşı “əmr icraatı qaydasında borcun qaytarılması” tələbinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə müəyyən etdi: Kreditor Borclu qarşı “əmr icraatı qaydasında borcun qaytarılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə ərizəsini qəbul etməkdən imtina edir: 279.2.1. Verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa; 276.2.2. Tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, Kreditor Borclu qarşı “əmr icraatı qaydasında borcun qaytarılması” tələbinə dair ərizəsi Azərbaycan Respublikasının MPM-nin 276.2.2-ci maddəsinin tələbləri pozulmaqla məhkəməyə verildiyindən həmin maddənin tələbinə əsasən iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Kreditor Borclu kredit müqaviləsinə görə pul tələb edir, həmin tələbə isə əmr icraatı qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kreditor Borclu qarşı “əmr icraatı qaydasında borcun qaytarılması” tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-603/2024
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-603/2024
06.06.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver