Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-674/2025 15.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli 2(029)-515/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş və Qusar Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 8(029)-22/2025 saylı Qərardadı ilə indeksasiya olunmuş aliment miqdarının azaldılaraq İddiaçı 17 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.3 misli həddində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 20 oktyabr 2012-ci il tarixdə X10 ilə nikah bağlayaraq ailə həyatı qurmuşdur. Həmin Nikahdan onların 17 yanvar 2014-cü il təvəllüdlü X6 adlı övladı anadan olmuşdur. Daha sonra X10 ilə münasibətləri pozulduğu üçün onların ailəsi dağılmış, Qusar Rayon Məhkəməsinin 16 iyul 2015-ci il 2(029)- 515/2015 qətnaməsinə əsasən onunla X10 arasında 20 oktyabr 2012-ci il tarixdə bağlanmış nikahın pozulması, 17 yanvar 2014-cü il təvəllüdlü X4 ondan alınaraq X7 verilməsi, ondan 16 iyul 2015-ci il tarixdən başlayaraq hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq 17 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X7 verilməsi qət edilmişdir. O, bu vaxta kimi aliment borcunu vaxtı vaxtında ödəmiş, heç vaxt aliment borcu olmamışdır. Həmçinin o, 2017-ci il tarixdə yenidən ailə qurmuş, həmin nikahdan onun 1 qız övladı var. Bu yaxınlarda X10 aliment məbləğinin indeksasiya edilməsinə dair Qusar rayon Məhkəməsinə müraciət etmiş və Qusar rayon Məhkəməsinin 8(029)- 22/2025 saylı Qərardadı ilə, Qusar Rayon Məhkəməsinin 16 iyul 2015-ci il 2(029)-515/2015 saylı qətnaməsi ilə İddiaçı 17 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.76 misli həddində indeksasiya olunması qərara alınmışdır. Hesab edir ki, həmin indeksasiya olunmuş məbləğ həddindən artıq çox yüksəkdir. Belə ki, sözü gedən Qusar rayon Məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “2013-cü il sentyabrın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləğinin 105 manat müəyyən edildiyini nəzərə alsaq və Qusar rayon Məhkəməsinin 16 iyul 2015-ci il 2(029)-515/2015saylı qətnaməsi qət edildiyi günə minimum aylıq əməkhaqqının məbləğinin 105 manat təşkil etmişdir. Hər ay 80 (səksən) manat məbləğdə tutulan aliment 2015-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.76 misli həddindəmüəyyən olunmuşdur.Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləğisonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunmalıdır”. Həmin 0.76 misli həddində aliment bu günkü günə 304 (üç yüz dörd) manat (0.76 X 400 = 304) təşkil edir. Onun vəziyyəti Limanə Rəsulova ilə boşandığı gündən bu günə kimi dəyişməmiş, sonuncu məhkəmə Qərardadı ilə dahada pisləşməyə başlamışdır. O, hal-hazırda Buta Marketdə kassir vəzifəsində işləyir və 400 (dörd yüz) manat əməkhaqqı alır. O, aldığı əməkhaqqıdan aliment ödədikdən sonra ona ailə saxlamaq çox çətinləşmişdir. Bu səbəbdən hətta yeni qurduğu ailədə söz- söhbətlər yaranmağa başlamışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, o, işləri ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir. Odur ki, işə onun iştirakı olmadan baxılmasına və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, hazırda iddiaçı ona 304 manat miqdarında aliment ödəyir. O, alimentin 250 manat miqdarında azaldılmasına razıdır. O, şirkətdə işləyir, ayda 365 manat əməkhaqqı alır. Uşağın aylıq təminatı 180 manat edir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, cavabdehin izahatını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan Qusar rayon məhkəməsinin 8(029)-22/2025 saylı, 14 aprel 2025ci il tarixli qərardadından görünür ki, Qusar Rayon Məhkəməsinin 16 iyul 2015-ci il 2(029)- 515/2015 saylı qətnaməsi ilə İddiaçı 17 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.76 misli həddində indeksasiya olunması qərara alınmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 17 aprel 2025-ci il tarixli 417 saylı arayışdan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X8r. İşdə olan AZ-İİ 302857 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 nikahları 12 noyabr 2018-ci il tarixdə rəsmiləşdirilmişdir. İşdə olan AZ-İV 283293 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19 aprel 2019-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X2r. İş materiallarından görünür ki, İddiaçı kənd kassir vəzifəsində işləyir, 400 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki,aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi də ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir” Qusar rayon Məhkəməsinin 8(029)-22/2025 saylı Qərardadı ilə aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.76 misli həddində indeksasiya olunmuşdur. Həmin indeksasiya həddi bu günki gündə 304 manat məbləğində müəyyən olunur (400 X 0.76 = 304 manat). Məhkəmə elektron portalında olan məlumata əsasən İlkin Bayramov 400 manat əməkhaqqı alır. Həmçinin 2018-ci ildə yenidən ailə qurmuş və həmin nikahdan 1 (bir) azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, indeksasiya edilmiş məbləğ iddiaçının maddi vəziyyətini ağırlaşdırmışdır. Bundan başqa cavabdeh tərəf də iddia tələbinin qismən təmin edilməsini hər ay uşağın saxlanılması üçün 250 manat miqdarında alimentin tutulmasını məhkəmədən xahiş etsə də, cavabdeh məhkəmə iclasında verdiyi izahatında uşağın aylıq təminatının 180 manat olduğu qeyd etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı məhkəmə tərəfindən tutulmuş 17 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.76 misli həddində alimentin azaldılaraq, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.475 misli həddində olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, qanunvericilik tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Məhkəmə, iddiaçının iddia ərizəsində tələb etdiyi kimi ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.3 misli həddində aliment məbləğinin müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmə Murad adlı uşağın mənafeyi baxımından düzgün və ədalətli hesab etmir. Murad adlı uşağın yaşını, gündəlik tələbatı nəzərə alınarsa iddiaçının iddia ərizəsində göstərdiyi iddia tələbinin təmin olunması ədalətsizlik olar. Məhkəmə, cavabdehin iddia tələbinin qismən təmin edilməsi, hər ay uşağın təminatının 180 manat miqdarında olmasını və 250 manat miqdarında aliment təyin edilməsi tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan cavabdehin tələb etdiyi məbləğin atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Qusar rayon məhkəməsinin 8(029)- 22/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı azaldılaraq 17 yanvar 2014-cü il təvəllüdlü X1 üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.475 misli həddində müəyyən edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 8(029)-22/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı azaldılaraq, İddiaçı 17 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.475 misli həddində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-674/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-674/2025
15.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver