Məhkəmə qərarları › İş №2(029)-695/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-695/2020

13.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-695/2020 13.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından anadan olmuş xx xxxx 2016-cı il təvəllüdlü X1 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 adlı uşaqların saxlanması üçün hər ay hər bir uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxx 2015-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edib Cavabdeh ilə evlənmişdir. Cavabdehlə birgə nikahlarından xx xxxx 2016-cı il təvəllüdlü X1 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmılşlar və xx xxxxxx 2019-cu il tarixdə cavabdehdən ayrılaraq valideynlərinin evinə qayıtmışdır. Cavabdeh ilə ayrıldıqları vaxtdan azyaşlı uşaqları özünün himayəsində qalmışlar. Cavabdeh ilə aralarındakı nikah pozulmamışdır. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə Rusiya Federasiya getmiş, hazırda da Rusiya Federasiyasındadır və orada tikinti sahəsində işləyir. Cavabdeh ilə ayrıldıqları vaxtdan cavabdeh uşaqların saxlanmasının və tərbiyyəsinin qayğısını çəkmir, uşaqların maddi, məişət ehtiyyaclarının ödənilməsini təmin etmir, ona uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Uşaqları təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də xx xxxx 2016-cı il təvəllüdlü X1 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 adlı uşaqların saxlanması üçün Cavabdeh onun xeyrinə aliment tutulmalı, aliment hər ay tutulan sabit pul məbləğində müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan AZ-İ № 995340 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxx 2015-ci il tarixdə Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyində nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Məcidova soyadı verilmişdir. İşdə olan AZ-İİİ № 816179 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 xx xxxx 2016-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İV № 031709 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 xx xxxxxx 2017-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 318 nömrəli Arayışdan görünür ki, İddiaçı azyaşlı uşaqları xx xxxx 2016-cı il təvəllüdlü X1 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 ilə birlikdə Qusar rayonunun Köhnə Xudat kəndində atası Paşayev Nöhbala Mehdixan oğlunun yaşadığı evində yaşayır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər xx xxx 2015-ci il tarixdə Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyində nömrəli akt qeydi ilə nikahı rəsmi qeyd etdirməklə evlənmişlər və birgə nikahlarından xx xxxx 2016-cı il təvəllüdlü X1 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və xx xxxxxx 2019-cu il tarixdə ayrı yaşayrılar. Tərəflər ayrıldıqları vaxtdan azyşalı uşaqlar iddiaçının himayəsində qalmışlar. Tərəflər arasındakı nikah pozulmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, yuxarıdakı əsaslara görə iddia qismən təmin edilməli, İddiaçı öhdəsində olan xx xxxx 2016-cı il təvəllüdlü X1 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin bu normanın tələbini nəzərə alaraq hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehxx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2016-cı il təvəllüdlü X1 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçünhər ay hər bir uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar