Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-698/2023 20.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızının iştirakları ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızına qarşı aliment ödəməkdən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızına qarşı aliment ödəməkdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, Qusar Rayon Məhkəməsinin 10 iyun 2021ci il tarixli, 2(029)-490/2021 saylı qətnaməsinə əsasən ondan cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızının xeyrinə bir uşağın saxlanması üçün 1 (bir) il ərzində tutulmalı cəmi 2040 (iki min qırx) manat məbləğində alimentdən azad olunmağına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 24 iyul 2003-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızı ilə evlənmişdir. Cavabdehlə birgə nikahdan onların 23 may 2004-cü il tarixdə X7 və 30 iyun 2007-ci il tarixdə X8 adlı iki uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızından ayrılmışdır. Qusar Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(029)-490/2021 saylı qətnaməsinə əsasən onun cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızı ilə olan 24 iyul 2003-cü il tarixli nikah pozulmuş, birgə nikahdan olan uşaqların cavabdehin yanında qalması və ondan cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızının xeyrinə birgə nikahdan olan uşaqlarının saxlanması üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla cəmi olaraq hər ay 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qusar Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(029)-490/2021 saylı qətnaməsinə əsasən o, cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızına 23 may 2022-ci ilədək iki uşağa görə hər ay 340 manat aliment ödəmişdir. 23 may 2022-ci il tarixdə oğlu X4 18 yaşı tamam olmuşdur, hal-hazırda oğlu Azərbaycan Respublikasının Milli Ordu sıralarında həqiqi hərbi xidmətdədir. Buna görə də artıq 23 may 2022-ci il tarixdən o, cavabdehə 30 iyun 2007-ci il təvəllüdlü qızı X1 üçün, yəni bir uşağa görə hər ay 170 manat aliment ödəyir. 20 iyun 2022-ci il tarixdə onun qızı 30 iyun 2007-ci il təvəllüdlü X8 cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızının yanından onun yanına Qusar rayonunun Yuxarı Zeyxur kəndinə qayıtmış və onun yanında yaşamağa başlamışdır. X3 1 il onun yanında, onun himayəsində yaşamış, 2022-2023-cü tədris ilində Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin X (onuncu) sinfində təhsil almış və 18 iyun 2023-cü il tarixdə anası cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızının yanına qayıtmışdır. Faktiki olaraq X3 20 iyun 2022-ci il tarixdən 18 iyun 2023-cü il tarixinədək, yəni 1 (bir) il ərzində onun himayəsində yaşamış və bu müddətdə həmin uşağı o saxlamışdır. Ona görə də o, 1 (bir) il ərzində cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızına bir uşağın saxlanması üçün ödəməli olduğu 170 manat x 12 ay = 2040 (iki min qırx) manat məbləğində alimentdən azad olunmalıdır. Cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızının, qızı 30 iyun 2007-ci il təvəllüdlü X5, habelə hərbi xidmətə getməmişdən qabaq oğlu X4 faktiki yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzili o, uzun müddətli ipoteka krediti əsasında almışdır. Hal-hazırda həmin mənzil ipoteka kreditində qalmışdır və mənzilin kreditini də bütünlüklə o ödəyir. Həm ipoteka krediti üzrə, həm də ki, cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızına ödəməli olduğu alimentlər üzrə xeyli borcu vardır. Xüsusən də buna görə, yəni maddi durumu çox ağır vəziyyətdə olduğu üçün o, X3nın 20 iyun 2022ci il tarixdən 18 iyun 2023-cü il tarixinədək, yəni 1 (bir) il ərzində onun himayəsində yaşamasını nəzərə alaraq 1 (bir) illik, yəni 2040 (iki min qırx) manat məbləğində alimentdən azad olunmağını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, ailə münasibətlərinin pozulduğu üçün o, cavabdehdən 2021-ci ildə məhkəmə qaydasında ayrılmışdır. Birgə nikahlarından Pərviz və Leyla adlı uşaqları olub. Cavabdehin öz razılığı ilə Leyla adlı uşağı onun himayəsində qalmaq şərti ilə 10-cu sinfi kəndə oxumağa göndərmiş və bir il kənddə qalmışdır. Uşaq onun himayəsində olduğu vaxt uşağın saxlanma təminatını o həyata keçirib, cavabdeh özü də uşağın təminatını həyata keçirib. Belə ki, uşaqları saxlamaq valideynlərin borcudur. O, aliment ödəyə-ödəyə uşaqlara əlavə pul da vermişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızı iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddia ərizəsində uşaq bir il müddətində iddiaçının himayəsində qaldığı yazılıb, bu da düzgün deyil. Belə ki, iddiaçı Bakı şəhərində işdə olub, uşaq isə kənddə nənə və babasının yanında olub, uşağa lazım olanları, yeməyi, içməyi və paltarları o vermişdir, hətta mebel də alıb vermişdir, uşağa sadəcə bir otaq verilib və bir də bir qida verilib. Uşaq doqquz ay dərs vaxtında kənddə olub, tətil vaxtlarında isə onun yaşadığı evə gəlib onunla yaşayıb. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, iddiaçının, onun etibarnamə üzrə nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan 2(029)-490/2021 saylı 10 iyun 2021-ci il tarixli Qusar rayon məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qusar rayon Qeydiyyat Şöbəsində 24 iyul 2003-cü il tarixli 52 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, 23 may 2004-cü il təvəllüdlü X7 və 30 iyun 2007-ci il təvəllüdlü X8 anaları Cavabdeh himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi Cavabdeh yaşayış yeri müəyyən edilmələri, xx xxxx 1981-cı ildə Qusar rayonu Yuxarı Zeyxur kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan İddiaçı Cavabdeh xeyrinə 23 may 2004-cü il təvəllüdlü X4 və 30 iyun 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat, cəmi isə 340 (üç yüz qırx) manat miqdarda aliment tutulması qət edilmişdir. İşdə olan Qusar RİHB-nın Yuxarı Zeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 117 saylı 19 iyun 2023-cü il tarixli arayışdan görünür ki, onun qızı xx.xx.2007-ci il təvəllüdlü X8 2022-ci ilin iyun ayının 20-dən 2023-cü ilin iyun ayının 18-nə kimi Qusar rayonun Yuxarı Zeyxur kəndində atası evində İddiaçı himayəsində yaşamışdır. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi Qusar Rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10 saylı arayışdan görünür ki, X2 ondan ötrü ki, o həqiqətən 2022/2023-cü tədris ilində Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin X (onuncu) sinfində oxumuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(029)-490/2021 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızı ilə olan 24 iyul 2003-cü il tarixli nikahım pozulmuş, birgə nikahdan olan uşaqların cavabdehin yanında qalması və İddiaçı cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızının xeyrinə birgə nikahdan olan uşaqlarının saxlanması üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla cəmi olaraq hər ay 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qusar Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(029)-490/2021 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızına 23 may 2022-ci ilədək iki uşağa görə hər ay 340 manat aliment ödəmişdir. 23 may 2022-ci il tarixdə oğlu X4 18 yaşı tamam olmuşdur, hal-hazırda Azərbaycan Respublikasının Milli Ordu sıralarında həqiqi hərbi xidmətdədir. Buna görə də artıq 23 may 2022-ci il tarixdən İddiaçı cavabdehə 30 iyun 2007-ci il təvəllüdlü qızı X1 üçün, yəni bir uşağa görə hər ay 170 manat aliment ödəyir. 20 iyun 2022-ci il tarixdə onun qızı 30 iyun 2007-ci il təvəllüdlü X8 cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızının yanından onun yanına Qusar rayonunun Yuxarı Zeyxur kəndinə qayıtmış və onun yanında yaşamağa başlamışdır. X3 1 il onun yanında, onun himayəsində yaşamış, 2022-2023-cü tədris ilində Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin X (onuncu) sinfində təhsil almış və 18 iyun 2023cü il tarixdə anası cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızının yanına qayıtmışdır. Həmçinin, məhkəmə iclasında cavabdeh bildirmişdir ki, qızı Leyla Eldar həqiqətən də 2022/2023-cü tədris ilində 9 ay müddətində onun yanında deyil, həmin 9 ay müddətində Qusar rayonu Yuxarı Zeyxur kəndində məktəbində təhsil almışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli 8-2/2016 nömrəli Qərarın 8.13-cü bəndində qeyd olunur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində tələb etdiyi kimi 1 (bir) il ərzində ödəməli 2040 (iki min qırx manat) alimentdən azad olunmasına dair hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı azyaşlı X3 2022/2023-cü tədris ilini Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin X (onuncu) sinfində oxumuş, yəni atasının himayəsində qalmış, anasının yanında olmamışdır. Məhkəmə iclasında isə cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızı isə qızı Leylanın 2022/2023-cü ilin tədris ilini Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin X (onuncu) sinfində oxuduğunu təsdiq etmiş, Qusar rayonu Yuxarı Zeyxur kəndində 9 ay müddətində qaldığını, həmin müddət ərzində onun yanında yaşamamasını təsdiq etmişdir. X5 2022/2023-cü ilin tədris ilini Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin X (onuncu) sinfində oxuması işdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi Qusar Rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10 saylı arayışla da təsdiq olunur. İşdə olan Qusar RİHB-nın Yuxarı Zeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 117 saylı 19 iyun 2023-cü il tarixli arayışla da təsdiq olunur ki, X8 2022-ci ilin iyun ayının 20-dən 2023-cü ilin iyun ayının 18nə kimi Qusar rayonun Yuxarı Zeyxur kəndində atası evində İddiaçı himayəsində yaşamışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, valideyndən tutulan aliment vəsaiti uşaqların saxlanması üçün hesab edilir. Cavabdeh Seyidrzayeva (Aslanova) Əminə Şair qızının izahatında göstərdiyi qızı Leylanın 2022/2023-cü ilin tədris ilini Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin X (onuncu) sinfində oxumasını, Qusar rayonu Yuxarı Zeyxur kəndində 9 ay müddətində qalmasını, İddiaçı qızı Leylanın həmin 9 ay ərzində anasının yanında yaşamamasını, hər iki valideynin birgə razılığı ilə anasının yanında qalmamasına əsaslanaraq hesab edir ki, həmin 9 ay ərzində İddiaçı cavabdehə ödəməli olduğu aliment ödəməsindən azad edilməlidir. Qusar Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(029)-490/2021 saylı qətnaməsi ilə İddiaçı Seyidrzayeva (Aslanova) Əminə Şair qızının xeyrinə bir uşağın saxlanması üçün 9 (doqquz) ay ərzində tutulmalı cəmi 1530 (min beş yüz otuz) manat məbləğində alimentdən azad olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(029)-490/2021 saylı qətnaməsi ilə İddiaçı Seyidrzayeva (Aslanova) Əminə Şair qızının xeyrinə bir uşağın saxlanması üçün 9 (doqquz) ay ərzində tutulmalı cəmi 1530 (min beş yüz otuz) manat məbləğində alimentdən azad olusun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-698/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-698/2023
20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver