Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-706/2024 10.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun birgə nikahlarından anadan olan 23 iyun 2010-cu il təvəllüdlü X1 və 31 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 30 noyabr 2010-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olub ailə qurmuş, nikahları həmin tarixdə Qusar rayon İHB-nin Urva kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyində 38 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahdan onların xx.xx.2010-cu il təvəllüdlü Kamran və xx.xx.2013-cü il təvəllüdlü Kənan adlı iki uşaqları anadan olmuşdur. O, cavabdehlə ailə həyatı qurduqdan sonra xeyli müddət münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pozulmuş və ər-arvad münasibətlərini kəsərək ayrılmışdır. Qusar rayon məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(029)-202/2023 nömrəli qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü Kamran və xx.xx.2013-cü il təvəllüdlü Kənan adlı uşaqlar onun himayəsində saxlanılmışlar. Artıq xeyli vaxtdı ki, cavabdeh Kamran və Kənan adlı uşaqlarla maraqlanmır, onlarla görüşmür, onların tərbiyəsində və maddi ehtiyaclarının ödənilməsində iştirak etmir. Cavabdehlə ayrıldığı vaxtdan sonra onların qayğısına o təkbaşına qalır, bu, da onun üçün çətinliklər yaradır. Cavabdeh sabit gəliri var, Qusar rayonu Düztahir kənd orta məktəbinin direktoru vəzifəsində işləyir. Cavabdeh indiyə kimi bir dəfə də olsa uşaqların taleyi ilə maraqlanmamış, onlara hər hansı köməklik göstərməmişdir. Halbuki, cavabdeh bir ana kimi öz uşaqları ilə maraqlanmağa, onların saxlanmasında iştirak etməyə borcludur. Cavabdeh onun xeyrinə Kamran və Kənan adlı uşaqlarının saxlanması üçün hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 2(029)-202/2023 saylı Qusar rayon Məhkəməsinin Qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Qusar rayonu İHB –nın Urva kənd İƏ üzrə nümayəndəliyində 30 noyabr 2010-cu il tarixli 38 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 23 iyun 2010-cu il təvəllüdlü X3 və 31 may 2013-cü il təvəllüdlü X4 atasının himayəsində saxlanılması və həmin uşaqların yaşayış yeri kimi İddiaçı yaşayış yeri müəyyən edilməsi qət edilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3xx.xx.2010-cu il tarixdə anadan olmuşdur, atası İddiaçı,anası Cavabdehdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İşdə olan “Elektron Məhkəmə Portalı”ndan çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən direktor müəssisə/təhsil vəzifəsinə işə götürülmüş, 1054.8 manat miqdarında aylıq əmək haqqı alır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər artıq ər-arvad münasibətlərini kəsməklə ayrılmışlar, birgə nikahlarından anadan olmuş Kamran və Kənan adlı uşaqlar hal-hazırda İddiaçı yanında yaşayır. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən direktor müəssisə/təhsil vəzifəsinə işə götürülmüş, 1054.8 manat miqdarında aylıq əmək haqqı alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında valideynlərindən aliment məhkəmə tərəfindən tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh uşaqların saxlanması üçün aliment iddia ərizəsində tələb olunduğu kimi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbləri nəzərə alınmaqla hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqiaktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manatməbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş Kamran və Kənan adlı uşaqlar hazırda İddiaçı himayəsində olduğundan, iddiaçının yanında qaldıqlarından, Cavabdeh rəsmi iş yeri olduğundan və rəsmi qaydada əmək haqqı aldığından, eləcə də Cavabdeh Kamran və Kənan adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə, hesab edir ki, Cavabdeh rəsmi iş yeri olduğundan və rəsmi qaydada əmək haqqı aldığından alimentin miqdarının, iddiaçının iddia ərizəsində tələb etdiyi kimi cavabdehin hər aylıq qazancının 1/3 miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar tam sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 15 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azerbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azerbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx xxxx 1992-ci ildə Qusar rayonu Urva kəndində anadan olmaqla, Qusar rayonu Çiləgir kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı xeyrinə 23 iyun 2010-cu il təvəllüdlü X1 və 31 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər aylıq qazancının 1/3 miqdarında aliment tutulsun. Alimentin tutulması 15 iyul 2024-cü il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-706/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-706/2024
10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver