Məhkəmə qərarları › İş №2(029)-710/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-710/2024

04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-710/2024 04.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onun Cavabdeh ilə birgə nikahdan olan uşaqları 12 mart 2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq uşaq yetkinlik yaşına çatana kimi ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 31 avqust 2001-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Cavabdehlə birgə nikahdan onların 02 noyabr 2001ci il təvəllüdlü X4, 07 dekabr 2002-ci il təvəllüdlü X9 oglu, 28 aprel 2006-cı il təvəllüdlü X3 və 12 mart 2009-cu il təvəllüdlü X7 oglu adlı 4 uşaqları anadan olmurdur. Uşaqlardan Amil, Rail və Seyid yetkinlik yaşlarına çatmışlar. Raid isə yetkinlik yaşına çatmamışdır. Ailə münasibətləri pozulduğu üçün o Cavabdeh ayrılmışdır. Qusar Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(029)-336/2022 saylı qətnaməsinə əsasən onun və Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqları 12 mart 2009-cu il təvəllüdlü X7 oglu onun himayəsində saxlanmışdır.Cavabdeh ayrıldığı vaxtdan azyaşlı X5 onun himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün ona heç bir kömək göstərmir. Ona görə də uşağın saxlanması üçün Cavabdeh onun xeyrinə aliment tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, ailəli olduğu vaxtda ailənin təminatını o qarşılamışdır. O, hər zaman işləmiş, ailəsini saxlamışdır. Cavabdeh ailəli olduğu vaxtlarda heç bir yerdə işləməmiş, təsərrüfatla məşğul olmuşdur. Onun cavabdehlə olan nikahdan 4 uşağı var. Qusar rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozularkən 3 uşaq onun himayəsinə verilmiş, 1 uşaq cavabdehdə saxlanılmışdır. Uşaqlardan 3-ü artıq yetkinlik yaşına çatmışdır. Onun himayəsində qalan bir uşaq hələ yetkinlik yaşına çatmamışdır. Buna görə də, o, cavabdehdən 235 manat uşağın saxlanması üçün aliment tələb edir. O, usta işləyir, hər ay minimum 500-800 manat pul qazanır. O, yenidən ailə qurmayıb. Hal-hazırda onun himayəsində 3 uşaq var, böyük oğlunu Bakı şəhərində işə düzəltmişdir. Digər uşaqlar işləmir. Onun 75 sot fındıq bağı var, həmin bağdan gəlir əldə edir. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, onun iddiaçı ilə olan nikahdan 4 uşaqları anadan olmuşdur. 1 uşaq onun himayəsinə verilmişdir, hal-hazırda həmin uşaq hərbi xidmətdədir. O, bağlarda günəmuzd fəhlə işləyir, günə 15-16 manat qazanc əldə edir, həmin iş mövsümü işdir. Həftədə 3-4 gün işdə olur. Onun himayəsində qalan uşağın əməliyyat olunması üçün 2300 manat bocr götürmüşdür. Hal-hazırda o, həmin borcu ödəyir. Onun aliment ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İ 442350 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları xx.xx.2022-ci il tarixində Qusar rayon Qeydiyyat şöbəsində 134 saylı akt qeydi pozulmuşdur. İşdə olan AZ-İİ 281535 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 12 mart 2009-cu il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İşdə olan Qusar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-336/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qusar rayon Qeydiyyat şöbəsində 31 avqust 2001-ci il tarixli 73 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, xx.xx.2006-cı il təvəllüdlü X3 anası Cavabdeh himayəsində saxlanılması və həmin uşağın yaşayış yeri kimi Cavabdeh yaşayış yeri müəyyən edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X5 atası İddiaçı himayəsində saxlanılması və həmin uşağın yaşayış yeri kimi İddiaçı yaşayış yeri müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manatməbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olmuş Raid adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində hər ay iddiaçının tələb etdiyi kimi 235 (iki yüz otuz beş) manat deyil, 50 (əlli) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda İddiaçı,Cavabdehiş yeri və gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, cavabdehin tələb olunan miqdarda alimenti ödəmək iqtidarında olması məhkəmə iclasında tam təsdiqini tapmamışdır. Bundan başqa, İddiaçı izahatında bildirmişdir ki, o, usta işləyir, minimum 500-800 manat aylıq qazanc əldə edir. Həmçinin onun mülkiyyətində 75 sot fındıq bağı olan torpaq sahəsi var və həmin torpaq sahəsindən qazanc əldə edir. Bundan başqa, uşaqları saxlamaq yalnız ananın deyil, həm də atanın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız anadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Cəmiyyətdə formalaşmış mövqeyə əsasən ailəni saxlamaq, ailənin təminat xərclərini ödəmək atanın üzərinə düşür. İş materiallarından görünür ki, İddiaçı tam fəaliyyət qabiliyyətli şəxsdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, usta işləyir, hər ay minimum 500- 800 manat pul qazanır,onun 75 sot fındıq bağı var, həmin bağdan gəlir əldə edir. Cavabdeh isə izahatında bildirdi ki, günəmuzd fəhlə işləyir,günə 15-16 manat qazanc əldə edir. Həftədə 3-4 gün işdə olur. Məhkəmə, hazırkı halda iddiaçının öz izahatına əsasən onun maddi vəziyyəti ilə cavabdehin maddi vəziyyətinin müqayisə edərək hesab edir ki, İddiaçı himayəsində olan uşağın təminat xərclərini ödəyə bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 15 iyul 2024-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq deyildir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 12 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 50 (əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması 15 iyul 2024-cü il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar