Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-715/2024 10.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 ilə birgə nikahlarından anadan olmuş uşaqları xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün X5 atası, uşaqların babası olan Cavabdeh hər ay hər uşağa görə 100 AZN (yüz) manat olmaqla ümumilikdə üç uşağa görə cəmi 300 AZN (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2007-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh oğlu X10 ilə evlənmişdir. Birgə yaşadıqları müddətdə onların xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 adında uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdeh X2 ayrılmış və nikahları Qusar rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(029)-534/2020 saylı Qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşağları xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2016cı il təvəllüdlü X12 onun himayəsində qalmışdırlar. Qusar Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(029)-226/2021 saylı qətnaməsinə əsasən cavabdeh X2 azyaşlı uşağların saxlanılmaları üçün hər ay bir uşağa görə 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləği miqdarında alimentin tutulması qət edilmişdir. Amma cavabdeh X1 rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(029)-226/2021 saylı Qətnaməsini bu günə kimi icra etmədiyinə görə Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(029)-88/2023 saylı Hökmünə əsasən cavabdeh X10 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda maddi vəziyyəti cox ağırdır, kirayə yaşayır, uşaqların yemək ehtiyaclarını belə ödəyə bilmir. Buna görə də azyaşlı uşaqların saxlanılması və məişət ehtiyacların ödənilməsi üçün cavabdeh X5 atası uşaqların babası olan Cavabdeh onun xeyrinə aliment tutulmalı, aliment hər ay ödənilən sabit pul məbləğində müəyyənləşdirilməlidir. Cavabdeh maddi vəziyyətini və uşağların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla ümumilikdə üç uşağa görə cəmi 300 AZN (üç yüz ) manat, sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindək xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, onun 3 uşağı var, balaca uşağı 9 yaşı var, uşaq sümük əriməsi xəstəliyindən əziyyət çəkir. Uşaq hal-hazırda xəstəxanadadır. Hal-hazırda o, heç bir yerdə işləmir. Uşağın xəstəliyi ilə əlaqədar onun heç bir sübutu yoxdur. O, sosial yardım almaq üçün qardaşının adına olan torpağı öz adına rəsmiləşdirmiş və öz adına VÖEN açmışdır. Həmin torpaq sahəsində qoz-fındıq bağı vardır. Cavabdeh onun uşaqlarının babasıdır. Onun keçmiş əri İlqar ona aliment ödəmir, aliment ödəmədiyi üçün məhkəmə ona 1 il həbs cəzası vermişdir. Onun cavabdehdən aliment tələb etməyinin səbəbi odur ki, cavabdeh onun uşaqlarının babasıdır. Cavabdehin maşını var,taksi fəaliyyəti ilə məşğul olur. Cavabdehin əmlakları var. Bu barədə onda heç bir sübut yoxdur. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, heç vaxt taksi fəaliyyəti ilə məşğul olmamışdır. Onun oğlunun 1 evi var, həmin evdə onlar birlikdə yaşayırlar. Onların başqa mülkləri yoxdur. O, şəkər xəstəsidir, hər ay 100 manat dərmanlara pul verir. Onun həyat yoldaşı 220 manat pensiya alır, hər ay həmin pensiyadan 45 manat kredit ödənir. Onun oğlu iddiaçının tələb etdiyi alimenti ödəmədiyi üçün həbs olunmuşdur. O, aliment ödəməyə qəti olaraq razı deyildir, çünki onun buna imkanı çatmır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia rədd olunmalıdır. İşdə olan 16 oktyabr 2020-ci il tarixli 2(029)-534/2020 saylı Qusar rayon Məhkəməsinin qətnaməsindən görünür ki, X13 ilə X10 arasında Qusar rayon İHB-nın Balaqusar kənd İƏN-də 04 iyul 2007-ci il tarixli 17 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 10 dekabr 2008-ci il təvəllüdlü X9, 17 yanvar 2012-ci il təvəllüdlü X11 və 28 may 2016-cı il təvəllüdlü X12 anaları X6 himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi X6 yaşayış yerinin müəyyən edilməsi qət edilmişdir. İşdə olan 29 yanvar 2021-ci il tarixli 2(029)-226/2021 saylı Qusar rayon Məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh X2 08 dekabr 2020-ci il tarixdən başlayaraq 10 dekabr 2008-ci il təvəllüdlü X3, 17 yanvar 2012-ci il təvəllüdlü X7 və 28 may 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanılmaları üçün hər ay hər bir uşağa 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) mana sabit pul məbləğində aliment tutularq X8 verilməsi qət edilmişdir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə, aşağıdakı əsaslara görə hesab edir ki, iddia rədd təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Yəni, maddənin dispozitiv şərtlərinə əsasən, sözügedən hüquq özünün hər iki valideynindən yardım ala bilməyən uşaqlara şamil edilir. Hazırki mülki iş üzrə isə uşaqlar iddiaçı, yəni analarının yanında yaşayırlar. İddia tələbini isə məhz ana irəli sürmüşdür. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyətinin müəyyən edilməsi qanunla qadağandır. Valideynlər sağ olduğu hallarda uşaqları saxlamaq öhdəliyinin yaşlı nənə və babanın üzərinə qoyulması dərindən təhlil edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı izahatında bildirmişdir ki, öz adına aktiv VÖENi və torpaq sahəsi var. Məhkəmə, iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər . HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-715/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-715/2024
10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver