Məhkəmə qərarları › İş №2(029)-735/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-735/2020

24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-735/2020 24.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakları, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məblğində tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə yaşadıqları müddətdə anadan olmuş xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxx 2016-cı il təvəllüdlü X6 adlı uşaqların saxlanması üçün hər ay hər bir uşağa görə 160 (bir yüz almış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azadılmasına dair məhkəməyə ərizə təqdim edərək xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxx 2016-cı il təvəllüdlü X6 adlı uşaqların saxlanması üçün hər ay hər bir uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmadan el adəti ilə toy edərək evlənmişdir. Cavabdeh ilə birgə yaşadıqları müddətdə xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxx 2016-cı il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Cavabdeh ilə ayrıldıqları vaxtdan azyaşlı uşaqlar da özünün himayəsində qalmışlar. Cavabdeh uşaqların saxlanılmaları və tərbiyələri ilə maraqlanmır, uşaqların saxlanılmasında ona heç bir köməklik göstərmir. Uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Cavabdeh maddi vəziyyətini xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxx 2016-cı il təvəllüdlü X6 adlı uşaqların saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat aliment tutulmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasına Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, o, xx xxxxxx 2014-cü il tarixdə tarixdə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək İddiaçı ilə evlənmişdir. İddiaçı ilə birgə yaşadıqları müddətdə xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxx 2016-cı il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və iki ildən artıqdır ki, ər-arvad münasibətlərində deyillər. İddiaçı ilə ayrıldıqları vaxtdan yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının himayəsində qalmışdır. Özü hazırda “EDELVEYS” avtoyuma məntəqəsində avtomibillərin əl ilə yuyucusu vəzifəsində işləyir və aylıq 250 (iki yüz əlli) manat əmək haqqı alır. Bundan əlavə o, əvvəlki həyat yoldaşı ilə yaşayır. Həmin həyat yoldaşından 2010-cu il təvəllüdlü Nicat və 2018-ci il təvəllüdlü Nihad adlı uşaqları vardır. Odur ki, iddiaçının himayəsində olan uşaqları Amir və Amar adlı uşaqların saxlanması üçün hər bir uşağa 80 (səksən) manat aliment ödəməyə razıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİİ № 613483 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxxxx 2015-ci il tarixdə anadan olmuşdur.Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İİİ № 816053 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxx 2016-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1806 nömrəli Arayışdan görünür ki, İddiaçı Qusar şəhəri M.Vəliyev küçəsi 132 saylı evdə qeydiyyatdadır, hal-hazırda orada yaşayır və X5, X2 ibarət ailə tərkibi vardır.. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan AZ-T № 118125 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2010-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İşdə olan AZ-4 № 223781 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxxx 2018-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İşdə olan xx xxxxxx 2020-ci il tarixli 01 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən “Edelveys” avtoyuma məntəqəsində (VÖEN **********) xx.xx.2020-ci tarixdən avtomobillərin əl ilə yuyucusu vəzifəsində işləyir. Ayda 250 (iki yüz əlli) manat əmək haqqı alır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər xx xxxxxx 2014cü il tarixdə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edib evlənmişlər və birgə yaşadıqları müddətdə xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxx 2016-cı il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və 2 (iki) ildən artıqdır ki, ayrı yaşayırlar. Tərəflər ayrıldıqları vaxtdan azyaşlı uşaqlar iddiaçının himayəsində qalmışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, yuxarıdakı əsaslara görə iddia qismən təmin edilməli, İddiaçı öhdəsində olan xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxx 2016-cı il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh məhkəməyə müraciət olunan vaxtdan yəni, xx xxxx 2020-ci il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin bu normanın tələbini nəzərə alaraq hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxx 2016-cı il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşağa görə 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar