Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-738/2020 24.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi il İddiaçı Cavabdeh və onun vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx xxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxx 2015-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxxxx 2009-cu il tarixdə Qusar rayon İHB-nın Avaran kənd İƏ üzrə nümayəndəliyində 16 nömrəli akt qeydi ilə nikahı rəsmiləşdirməklə Cavabdeh ilə evlənmişdir. Cavabdeh ilə birgə nikahlarından xx xxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxx 2015-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Cavabdeh ilə ayrıldıqları vaxtdan azyaşlı uşaqlar özünün himayəsində qalmışlar. Cavabdeh ilə ayrıldıqları vaxtdan cavabdeh uşaqların tərbiyəsi ilə demək olar ki, maraqlanmamış, laqeyd olmuşdur, ona uşaqları saxlamaqda heç bir maddi köməklik göstərməmişdir. Özü isə uşaqlara təkbaşına baxmaqda, uşaqların maddi tələbatını təkbaşına ödəməkdə çətinlik çəkir. Ona görə də aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Uşaqların saxlanılması üçün çəkilməli minimum xərcləri, həmçinin cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, xx xxxxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxx 2015-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər bir uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, xx xxxxxxxx 2009-cu il tarixdə Qusar rayon İHB-nın Avaran kənd İƏ üzrə nümayəndəliyində 16 nömrəli akt qeydi ilə nikahı rəsmiləşdirməklə İddiaçı ilə evlənmişdir. İddiaçı ilə birgə nikahlarından xx xxxxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxx 2015-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və ayrıldıqları vaxtdan azyaşlı uşaqlar iddiaçının himayəsində qalmışlar. İddiaçının tələb etdiyi alimentin məblği yüksəkdir. O, xx xxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxx 2015-ci il təvəllüdlü X7 adlı uşaqların saxlanması üçün hər ay hər bir uşağa görə 60 (altmış) manat, cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəyə bilər. Belə ki, özü “xxxxxxxx”MMC-də təmizləyici vəzifəsində işləməklə aylıq əmək haqqısı 319.55 (üç yüz on doqquz manat əlli beş qəpik) manat təşkil edir. Ona görə də aliment onun aldığı əmək haqqına uyğun tutulmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşdə olan AZ-İ № 502230 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında xx xxxxxxxx 2009-cu il tarixdə Qusar rayon İHB-nın Avaran kənd İƏ üzrə nümayəndəliyində 16 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Pənahova soyadı verilmişdir. İşdə olan AZ-İİ № 499650 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxxxx 2010-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İşdə olan AZ-İİİ № 493991 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxx 2015-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon İHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 232 nömrəli Arayışdan görünür ki, xx xxxxxx 1992-ci ildə Qusar rayon Avaran kəndində anadan olmuş İddiaçı həqiqətən Qusar rayon Urva kəndində qeydiyyatda olub, xx xxx 2020-ci il tarixdən xx xxxxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxx 2015-ci il təvəllüdlü X3 ibarət ailə tərkibi ilə Avaran kəndində atasının fərdi yaşayış evində yaşayır. İşdə olan xx xxxxxx 2020-*ci il tarixli 01/A-20 saylı arayışdan görünür ki, Cavabdeh xx xxxxx 2020-ci il tarixdən “xxxxxxxx” MMC-də (VÖEN:**********) təmizləyici vəzifəsində çalışırı və həmin tarixdən aylıq əmək haqqısı haqqısı 319.55 (üç yüz on doqquz manat əlli beş qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər xx xxxxxxxx 2009-cu il tarixdə Qusar rayon İHB-nın Avaran kənd İƏ üzrə nümayəndəliyində 16 nömrəli akt qeydi ilə nikahı rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx xxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxx 2015-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və tərəflər ayrıldıqları vaxtdan azyaşlı uşaqlar iddiaçının himayəsində qalmışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, yuxarıdakı əsaslara görə iddia qismən təmin edilməli, İddiaçı öhdəsində olan xx xxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxx 2015-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin bu normanın tələbini nəzərə alaraq hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxx 2015-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçünhər ay hər bir uşağa görə 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-738/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-738/2020
24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver