Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-741/2024 17.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X20 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağakişiyeva (Dustiyeva) Alla Sadif qızından birgə nikahdan olan uşaqları, 23 aprel 2011-ci il təvəllüdlü X2 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq uşaq yetkinlik yaşına çatana kimi ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək cavabdeh X5 birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X2 üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə nikahı rəsmi qeyd etdirmədən cavabdeh X13 ilə evlənmişdir. 24 fevral 2011-ci il tarixdə cavabdehlə rəsmi nikah bağlamışdır. Cavabdehlə birgə nikahdan onların 23 aprel 2011-ci il tarixdə X14, 17 iyun 2013-cü il tarixdə X11 və 23 oktyabr 2017-ci il tarixdə X15 adlı 3 uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdeh X5 ayrılmışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-137/2022 saylı qətnaməsinə əsasən onun cavabdeh X13 ilə olan nikahı pozulmuş, birgə nikahdan olan uşaqları 23 aprel 2011-ci il təvəllüdlü X14 və 17 iyun 2013-cü il təvəllüdlü X11 onun himayəsində, 23 oktyabr 2017-ci il təvəllüdlü X15 isə cavabdeh X8 himayəsində saxlanmışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-52/2024 saylı qətnaməsinə əsasən cavabdeh Ağakişiyeva (Dustiyeva) Alla Sadif qızı ilə birgə nikahdan olan 17 iyun 2013-cü il təvəllüdlü X11 cavabdeh X8 himayəsində saxlanmışdır. Beləliklə, Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-137/2022 saylı və xx.xx.2024-cü il tarixli, 2(029)-52/2024 saylı qətnamələrinə əsasən 17 iyun 2013-cü il təvəllüdlü X11 və 23 oktyabr 2017-ci il təvəllüdlü X15 cavabdehin himayəsində, 23 aprel 2011-ci il təvəllüdlü X14 isə onun himayəsində saxlanılmışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən 17 iyun 2013-cü il təvəllüdlü X6 və 23 oktyabr 2017-ci il təvəllüdlü X1 üçün ondan cavabdehin xeyrinə hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi olaraq hər ay 340 (üç yüz qırx) manat aliment qət edilmişdir. Yuxarıda qeyd etdiyi kimi cavabdeh Ağakişiyeva (Dustiyeva) Alla Sadif qızı ilə birgə nikahdan olan 23 aprel 2011-ci il təvəllüdlü X14 onun himayəsində qalmışdır. Ona görə də o, cavabdehdən həmin uşağın saxlanması üçün aliment tələb edir. Cavabdeh Qusar rayonu Kirig tam orta məktəbində müəllim işləməklə müvafiq əmək haqqı alır. Ona görə də hesab edir ki, cavabdehdən hər ay aylıq əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehdən aylıq əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, onun iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. Hazırda evsizdir, atasının evində yaşayır. Aylıq əmək haqqı 400 manatdır, maddi vəziyyəti yaxşı deyil. O, hər ay 50 manat məbləğində aliment ödəyə bilər. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İİ 644321 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 23 aprel 2011-ci ildə anadan olmuş, atası İddiaçı Fazil oğlu, anası X10r. İşdə olan Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-137/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X13 arasında 24 fevral 2011-ci il tarixli 02 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 23 aprel 2011-ci il təvəllüdlü X14 və 17 iyun 2013-cü il təvəllüdlü X11 ataları İddiaçı himayəsində saxlanılmışlar və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yeri müəyyən olunmuş, 23 oktyabr 2017-ci il təvəllüdlü X15 anası X8 himayəsində saxlanılmış və həmin uşağın yaşayış yeri kimi X8 yaşayış yeri müəyyən olunmuşdur. İşdə olan Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-52/2024 saylı qətnaməsinin surətindən görünür ki, 17 iyun 2013-cü il təvəllüdlü X11 adlı uşaq anası Cavabdeh himayəsində saxlanılmış və həmin uşağın yaşayış yeri kimi Cavabdehn yaşayış yeri müəyyən edilmişdir. İşdə olan məhkəmənin elektron sistemindən əldə edilmiş Cavabdeh gəlir məlumatlarına dair çıxarışdan görünür ki, həmin şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən işə götürülməklə psixoloq vəzifəsində işləyir və aylıq əmək haqqı 560 manat təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş Timur adlı uşaq hazırda İddiaçı himayəsində olmaqla onun yanında qaldığından, cavabdeh isə həmin uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Cavabdeh rəsmi iş yeri olduğundan və rəsmi qaydada əmək haqqı aldığından alimentin miqdarı, iddiaçının tələb etdiyi kimi cavabdehin hər aylıq qazancının ¼ hissəsi miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan, yəni 29 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx xxxxxx 1989-cu ildə Qusar rayonunda anadan olmuş, Qusar rayonu Kirig kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə 23 aprel 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarda aliment tutulsun. Alimentin tutulması 29 iyul 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-741/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-741/2024
17.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver