Məhkəmə qərarları › İş №2(029)-744/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-744/2022

23.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-744/2022 23.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(029)-292/2021 saylı qətnaməsi ilə 23 iyul 2014-cü il tarixdə anadan olmuş X6 və 26 iyun 2019-cu il tarixdə anadan olmuş X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər ay hər uşağa görə 150 manat olmaqla, 2 uşağa görə 300 manat sabit pul məbləğində alimentin miqdarını azaldaraq 23 iyul 2014-cu ıl tarixdə anadan olmuş X6 və 26 iyun 2019-cu il tarixdə anadan olmuş X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının 1/3 hissəsi miqdarında, eləcə də hər ay sabit pul məbləğində hər uşağa görə 50 manat olmaqla, iki uşağa görə cəmi 100 manat alimentin müəyyən edilməsi, həmçinin əvvəlki aliment borcu olaraq qalmış qalıq məbləğlərinin silinməsi üçün hər ay əlavə olaraq 50 manat pul ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 25 oktyabr 2013-cu il tarixdə nikahlarını Lənkəran rayon qeydiyyat şöbəsində 981 nömrə ilə qeydiyyata aldırmaqla ailə qurub evlənmiş, 2021 -ci ilin əvvəllərinə kimi ər-arvad olaraq bir yerdə yaşamışlar. Birgə münasibətlərindən 23 iyul 2014-cü il tarixdə X6 və 26 iyun 2019-cu il tarixdə X3 adlı uşaqları anadan olmuş və uşaqlar sağ-salamat olmaqla anasının himayəsində yaşayırlar. Cavabdehlə xasiyyətləri tutmamış və ayrılmışlar, daha sonra Qusar rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(029)-292/2021 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaqların analarının yanında saxlanılması müəyyən edilməklə 23 iyul 2014-cü il tarixdə anadan olmuş X6 və 26 iyun 2019-cu il tarixdə anadan olmuş X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa gorə 150 manat olmaqla, 2 uşağa görə 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, Cavabdeh ayrıldıqdan sonra 2021-ci ilin ortalarından X5 ilə ailə qurmuş və nikahları da 01 aprel 2022-ci il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində 161 sayla rəsmiləşdirilmişdir. Kamalə Məhərrəmova hazırda hamilədir. Sonuncunun birinci nikahından olan 2 uşaqları, yəni 21 fevral 2010-cu il tarixdə anadan olmuş X7 və 27 fevral 2013-cü il tarixdə anadan olmuş X10 da onun himayəsində yaşayırlar. Bundan başqa, o, Cavabdeh ayrıldıqdan sonra bir dəfə də olsun onunla birgə münasibətdən anadan olmuş övladlarını görməmiş və onlarla ünsiyyətdə olmamışdır. Cavabdeh uşaqları da götürüb ondan və valideynlərindən xəbərsiz ailəni tərk etmiş və hazırda yuxarıda göstərdiyi ünvanda yaşayır. Cavabdeh övladlarını könüllü olaraq ona göstərmir. Halbuki o, həmin uşaqların saxlanılmaları üçün aliment ödəyir. Artıq uzun müddətdir ki, o, uşaqlarını görə bilmir. Cavabdeh onun uşaqlarla sərbəst olaraq görüşməyinə mane olur. O, övladları üçün onunla yaşadıqları müddətdə bir atanın övladına verə biləcəyi hər şeyi etmiş, övladlarına atalıq qayğısı göstərmişdir. Hazırda da uşaqların saxlanılmasında, tərbiyəsində və sair qayğılarını çəkməkdə iştirak etmək istəyir, hansı ki, bu onun hüququdur. Lakin cavabdeh buna imkan vermir. Qusar rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(029)-292/2021 saylı qətnaməsi ilə aralarındakı nikah pozularkən 23 iyul 2014-cu il tarixdə anadan olmuş X6 və 26 iyun 2019-cu ıl tarixdə anadan olmuş X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, 2 uşağa gorə 300 manat sabit pul məbləğində alıment qət edilmişdir. Müəyyən müddət aliment ödədikdən sonra o, Lənkəran Mənzil İstismar Kommünal Müəssisələr idarəsində texniki təhlükəsizlik üzrə mühəndis kimi işləməyə başlamışdır. Aylıq əmək haqqısı 332 manat təşkil edir. Daha sonra cavabdehlə birgə nikahlarından olan 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının 70 faizi miqdarında, yəni aldığı 332 manat əmək haqqından 232 manatı aliment olaraq Cavabdeh xeyrinə tutulur. Yəni aylıq əmək haqqından ona cəmi 99-100 manat pul qalır. O, Lənkəran Mənzil İstismar Kommünal Müəssisələr idarəsində texniki təhlükəsizlik üzrə mühəndis işləməkdən başqa heç bir qazancı, gəliri yoxdur. Himayəsində isə yuxarıda qeyd etdiyi, hamilə vəziyyətdə olan həyat yoldaşı və onun birinci nikahından olan 2 övladı, o cümlədən də xəstə vəziyyətdə, 2 dəfə insult keçirmiş atası və ikinci dərəcəli əlil olan anası vardır. Əlindən də başqa heç bir iş gəlmir, belə çıxır ki, o, hər hansı bır cinayət edib pul əldə edib digər problemlərini, himayəsində olmayan 2 uşağı və himayəsində olan ailə üzvlərini dolandırmalıdır. Uşağa maddi qayğı göstərilməsi təkcə kişinin deyil, həm də qadının üzərinə düşür. Yuxarıda qeyd etdiyi kimi, keçən müddət ərzində o, başqa ailə qurmaqla həmin qadının əvvəlki nikahından olan 2 uşağı da onun himayəsindədir. Həm də nəzərə almaq lazımdır ki, onun konkret iş yeri olmaqla əlavə heç bir gəliri yoxdur. İş yerindən əmək haqqı barədə arayış almaqla aylıq əmək haqqı 323 manat təşkil edir. Bütün bunlar barədə o, öz sübutlarını məhkəməyə təqdim edir. Cavabdehin bütün bunların əksini təsdiq edən hər hansı bir sübutu vardırsa zəhmət çəkib məhkəməyə təqdim etsin Ona görə də hesab edir ki, Cavabdeh iki uşaq üçün verdiyi alimentin miqdarı azaldılmalı, 23 iyul 2014cü il tarixdə anadan olmuş X6 və 26 iyun 2019-cu il tarixdə anadan olmuş X3 adlı 2 uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının 1/3 hissəsində aliment tutulması qət edilməlidir. Cavabdehin vəziyyətini nəzərə alaraq həmin məbləğdən əlavə olaraq o, hər uşağa görə 50 manat olmaqla iki uşağa görə cəmi 100 manat sabit pul məbləğində alimentin tutulmasını, eləcə də hər ay əvvəlki tarixlərdən toplanılmış aliment borclarının hər ay 50 manat olmaqla silinməsini xahiş edir. Qanunvericiliyin tələbinə əsasən uşağa maddi qayğı göstərmək vəzifəsi təkcə ona deyil, həm də Cavabdeh aiddir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə telqram göndərərək bildirmişdir ki, səhhəti ilə əlaqədar olaraq 23 dekabr 2022-ci il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmir. Odur ki, məhkəməyə aliment miqdarının azaldılması tələbinə dair verdiyi iddiasını müdafiə edərək, şifahi icraat qaydasında keçirilən məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia rədd olunmalıdır. Belə ki, işdə olan Qusar rayon məhkəməsinin 2(029)-292/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Nürəddin oğlu ilə Cavabdeh arasında nikah Lənkəran rayon Qeydiyyat şöbəsində 25 oktyabr 2013-cü il tarixli 981 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, 28 iyul 2014-cü il təvəllüdlü X6 və 26 iyun 2019-cu il təvəllüdlü X3 anaları - Cavabdeh himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi Cavabdeh yaşayış yeri müəyyən edilməsi, İddiaçı Nürəddin oğlundan Cavabdeh xeyrinə 28 iyul 2014-cü il təvəllüdlü X4 və 26 iyun 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi isə 300 (üç yüz) manat miqdarda aliment tutulması qət edilmişdir. İşdə olan AZ-İ 387069 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Qusar rayon Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixində 17 nömrəli akt qeydi ilə xitam verilmişdir. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyəti Lənkəran Şəhər Mənzil İstismarı və Kommunal Müəssisələr İdarəsindən verilmiş 05 iyul 2022-ci il tarixli 229 saylı arayışdan görünür ki, Hüseynov X2 şəhər Mənzil İstismarı və Kommunal Müəssisələr İdarəsində işləyir və aylıq əmək haqqı 383 manat, ələ alacağı məbləğ 332.49 manatdır. İşdə olan 20 iyun 2022-ci il tarixli MŞL-00194 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, alimentin azaldılması və qalan borcun hissə-hissə ödənilməsi tələbinə dair mübahisə üzrə 18 iyun 2022-ci il tarixində, 15:30 saatlarında keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələblərinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı məhkəmə tərəfindən tutulmuş 28 iyul 2014-cü il təvəllüdlü X4 və 26 iyun 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi isə 300 (üç yüz) manat manat məbləğində alimentin azaldılaraq hər ayda əmək haqqının 1/3 hissəsi miqdarında, eləcə də hər ay sabit pul məbləğində hər uşağa görə 50 manat olmaqla, iki uşağa görə cəmi 100 manat alimentin müəyyən edilməsi, həmçinin əvvəlki aliment borcu olaraq qalmış qalıq məbləqlərinin silinməsi üçün hər ay əlavə olaraq 50 manat pul ödənilməsi barədə iddiası işin faktiki hallarına uyğun deyildir. Belə ki, qanunvericilik tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin, qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. İş materiallarından görünür ki, iddiaçı alimentin məbləğinin azaldılması üçün özünün maddi vəziyyətinin pisləşməsini sübut edə bilməmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İşə əlavə olunmuş 28 oktyabr 2019-cu il tarixli LM101900482 saylı Restrukturizasiya müqaviləsini və 28 oktyabr 2019-cu il tarixli LM101900482 saylı Zaminlik müqavilələrini, həmçinin iddiaçının arvadı Kamalə Məhərrəmova hazırda hamilə olmasını, sonuncunun birinci nikahından olan 2 uşaqları, yəni 21 fevral 2010-cu il tarixdə anadan olmuş X7 və 27 fevral 2013-cü il tarixdə anadan olmuş X10 da onun himayəsində yaşamasını məhkəmə iddiaçının maddi vəziyyətinin pisləşməsini təsdiq edən sübut kimi qəbul etmir. Bundan başqa Cavabdeh ayrıldıqdan sonra iddiaçının övladlarını görə bilməməsini aliment miqdarının azaldılması üçün əsas kimi qəbul olunmur. Həmçinin, məhkəmə aliment borcunun hissə-hissə ödənilməsi ilə bağlı dəlillərini də qəbul etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Qusar rayon məhkəməsinin 2(029)- 292/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 28 iyul 2014-cü il təvəllüdlü X4 və 26 iyun 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi isə 300 (üç yüz) manat miqdarında müəyyən edilmiş alimentin azaldılması hazırkı vəziyyətdə uşaqların bir ay ərzində zəruri ehtiyaclarının ödənilməsi üçün kifayət etməməklə yanaşı, iddiaçının tələbi təmin olunarsa, bu, qarşı tərəfin marağının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarar, ən əsası isə uşaqların mənafeyinə uyğun olmayaraq, uşaqların hərtərəfli inkişafına, qanunvericiliklə qorunan hüquqlarına, mənafelərinə zərər vura bilər. Odur ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar