Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-764/2023 23.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X37 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat dəyərində mənəvi ziyanın və 100 (yüz) manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onun tərəfindən Cavabdeh həyat yoldaşı X4 üçün sosial yardım düzəldilməsinə, Cavabdeh evinə qaz xəttinin çəkilməsinə köməklik göstərəcəyini deyib aldatmaqla özünə, oğlu Namik və həyat yoldaşı X2 məxsus olmuş, Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən 1,9626 ha və 0,8431 ha torpaq sahələrini ələ keçirməsinə dair onun barəsində ərizələrlə Azərbaycan Respublikası Baş prokurorluğuna, Qusar rayon prokurorluğuna və Qusar rayon polis şöbəsinə müraciət etmişdir. Həmin faktla əlaqədar olaraq Qusar RPŞ-də toplanmış material araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmiş və həmin material əsasında rayon prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas Rahim Zülbalayev tərəfindən araşdırma aparılmış və Qusar rayon prokurorluğunun 18 mart 22-ci il tarixli qərarı ilə qeyd edilmiş böhtan xarakterli faktlar öz təsdiqini tapmadığı üçün Azərbaycan respublikası CPM-nin 39.1.2-ci maddəsi əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun “X32”nm icrasının təmin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 10/82 saylıəmrinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə Qusar rayon prokuroru, baş ədliyyə müşaviri Elxan Əbdürrəhimov tərəfindən Cavabdeh və ailə üzvlərinin onlara məxsus olmuş torpaq sahələrinin İddiaçı tərəfindən aldadılaraq ələ keçirilməsini bildirmələrinə dair hissədə “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın hissəvi ləğv edilməsi haqqında” qərar qəbul edilərək materialın əlavə araşdırmanın aparılması xx.xx.2023-cü il tarixdə Qusar RPŞ-nin müstəntiqi X10 həvalə edilmişdir. Qusar RPŞ-nin İB-nin xx.xx.2023-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən barəmdə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cavabdeh onun həmkəndlisidir. Onunla aralarında əvvəllər mehriban münasibətləri olmuş, hər hansı düşmənçilik və ya ədavətləri olmamışdır. Cavabdeh, onun rəsmi nikahda olduğu arvadı X4 və oğlu X13 məxsus Qusar rayonu Aşağı Ləgər kəndi ərazisində 1,9626 ha və 0,8431 ha torpaq sahələri olmuşdur.Həmin torpaq sahələrinin dəyərini Cavabdeh və onun ailə üzvlərinə ödəməklə alqı-satqı edərək öz adına rəsmiləşdirmişdir. Cavabdeh 2.400 manat məbləğində pul verdikdən sonra həmin torpaq sahəsində payı olan X2 da pul verməli olduğundan, təxminən 2008-ci ilin yay aylarında ona öz evinin həyətində 1.200 manat (bir min iki yüz) manat məbləğində pul vermişdir. Həmin torpaq sahələrini alqı-satqı etməsini rəsmiləşdirmədiyindən 2020-ci ilin əvvəllərində Cavabdeh və ailə üzvlərinə bu barədə bildirmiş, onlar da torpaq sahələrini mənə satmalarına dair zəruri sənədləri təsdiqləyəcəklərini bildirmişlər. Xaçmaz rayonu 1 saylı Notariat Ofisinə getmişlər, orada Namik Qazıxanov öz adından Saleh Bayramova etibarnamə vermişdir. Həmin vaxt etibarnamənin mahiyyəti notarius tərəfindən N.Qazixanovun nəzərinə çatdırılaraq izah edilmiş, o da heç bir etiraz etməmiş və ona əlavə 9.000 (doqquz min) manat pul verəcəklərini deməmiş, onu aldatmamışdır. Cavabdeh, Nəsibə Qazıxanova və Namik Qazıxanov tərəfindən torpaq sahələrinin satılmasının rəsmiləşdirilməsi məqsədi ilə Saləh Bayramova etibarnamə verilən zaman onlar heç bir etiraz etməmişlər. Çünki, torpaq sahələrinin dəyərini onlara tam şəkildə ödəmişdir. xx.xx.2020-ci il tarixdə həmin torpaq sahələrinin onların adlarından ona satılması barədə etibarnamə üzrə nümayəndələri X21 ilə Qusar rayon Notariat Ofisində AN - İ ******* və AN - İ ******* saylı alqı-satqı müqavilələri bağlamış, daha sonra isə Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən 0,8431 ha və 1,9626 ha torpaq sahələrinin özünə məxsus olmasına dair Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar əldə etmişdir. Həmin torpaq sahələrinin dəyərini tam şəkildə ödəyib öz adına rəsmiləşdirmiş, heç bir qanunsuz hərəkətə yol verməmiş, Cavabdeh və onun ailə üzvlərini aldatmamış, torpaq sahələrini ələ keçirməmişdir. Qusar rayonu Aşağı Ləgər kəndi ərazisində 1,9626 ha və 0,8431 ha torpaq sahələrini alqı-satqı etmək üçün Cavabdeh 2.400 manat, Nəsibə Qazıxanovaya 1.200 manat və Namik Qazıxanova isə 400 manat olmaqla cəmi 4.000 (dörd min) manat məbləğində pul vermişdir. Heç vaxt onlara Nəsibə Qazıxanova üçün azyaşlı uşaqlarına görə sosial yardım düzəldəcəyinə, Cavabdeh evinə qaz xəttinin çəkilməsinə köməklik göstərəcəyinə söz verməmiş, aralarında bu cür danışıqlar olmamışdır. Bütün bunların hamısı şər, böhtandır. Cavabdeh və onun ailə üzvlərinə belə vədlər verməmişdir. Cavabdeh və onun ailə üzvləri, kənddə şərəf və ləyaqətimi alçaldaraq onu dələduz, fırıldaqçı və oğraş adlandıraraq biabır etməklə yanaşı qeyd edilmiş dövət orqanlarına rəsmi ərizələrlə müraciət edərək fermer təsərrüfatının rəhbəri kimi onu öz işi ilə məşqul olmaq hüququndan qanunsuz yollarla məhrum edir və etməkdədir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi ziyanı 7000 yeddi min) manat dəyərində dəyərləndirir. Hesab edir ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində ona dəymiş mənəvi ziyanı 7000 yeddi min) manat və 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq ona ödənilməlidir. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, qaldırılmış iddia əsassızdır. Belə ki, həqiqətən İddiaçı təxminən 2008-ci illərdə ona və ailə üzvlərinə məxsus 1.96 ha və 0.84 ha torpaqlarda taxıl məhsulları əkmiş və bunun müqabilində əvvəllər razılaşmış olduqları hər hektar üçün 200 kq buğdanı verməmişdir. Torpaq sahələri 12 il istifadə olunmuşdur. 2020-ci ildə isə həmin torpaqlar qanunsuz əldə edilmiş etibarnamələr əsasında X5 adına keçirilmişdir. Onun tərəfindən verilmiş etibarnamə ona qaz xəttinin çəkilməsinə və sosial yardımın verilməsinə köməklik göstərəcəyini, etibarnamədə də bunları qeyd etdiyini bildirərək əldə olunmuşdur. Etibarnaməyə imza atanda o, etibarnaməni oxumamış və ona bu barədə Notarius tərəfindən heç bir izahat verilməmişdir. Həyat yoldaşı X4 heç Notarius olan tərəfə belə getməmiş, ona etibarnaməyə kənddə imzalatdırmışdır (etibamaməni imzalayan vaxt onun yanında Notariat Kontorun işçisi olmamış, bu barədə də etibarnamədə qeyd olunmamışdır). X1 verdiyi etibarnaməni Xaçmaz rayonu Notariusu təsdiq etmişdir. İmzanı maşının kapotu üstündə etmişdir, oğlu Namik Notarius binasına belə getməmiş, Notarius işçilərinin üzünü belə görməmişdir. Həmin vaxt Robert oğlu Namikə 400 (dörd yüz) manat pulu vermiş, ona maşın almaqdan ötrü daha 9000 (doqquz min) manat pul verəcəyini bildirmişdir. Sonra isə, yəni etibarnamə təsdiq olunanduqdan sonra həmin 9000 (doqquz min) manatı oğluna verməmişdir. Alqı-satqı aktı əldə olunandan sonra Robert ondan torpaqların istifadəsini dayandırmağı, torpaqların artıq alındığını bildirmişdir. O, torpaqların necə alındığını, alqı-satqı aktlarına kimlər imza atdıqlarını öyrəndikdə məlum olmuşdur ki, alqı-satqı aktına imzanı İddiaçı atmışdır. Həmin vaxtdan başlayaraq, yəni təxminən 2021ci ildən Respublikanın müxtəlif instansiyalarına (Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikası Qusar rayon Prokurorluğuna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon Polis şöbəsinə) dəfələrlə şikayətlər yazmışdır. Sonda isə, yəni təxminən 2023-cü ilin iyul ayında Qusar rayon Prokurorluğundan cinayət işinin başlanılmasının rədd edilməsi barədə 18 mart 2022-ci il tarixli qərarını ala bilmişdir. Həmin qərar ona Prokurorluğun qapısı ağzında prokurorluğun bir işçisi tərəfindən verilmiş, o, həmin qərarın alınması barədə heç yerdə imza etməmişdir. Sual olunur ki, şikayəti ilə əlaqədar qəbul olunmuş qərar niyə bu qədər gec və həm də heç bir yerə imza atmadan ona hansı səbəbə görə verilmişdir? Torpaqların idarə olunması barədə etibarnaməni onun savadsızlığından istifadə edərək, onun evinə qaz çəkmək və həyat yoldaşının uşaqlarına sosial yardımın düzəldilməsi bəhanəsi ilə məhz İddiaçı almışdır, etibarnaməyə imza atanda o, etibarnaməni oxumamışdır. Qusar rayon Polis şöbəsinin Təhqiqat bölməsində eyni məzmunda izahat vermişdir. Onun oğlu X20 heç vaxt Qusar rayon Prokurorluğunda olmamışdır, heç bir izahat yazmamışdır. Qusar rayon Polis şöbəsinin Təhqiqat bölməsində izahat verməmişdir. Onun həyat yoldaşı X4 heç vaxt Qusar rayon Prokurorluğunda olmamışdır, heç bir izahat yazmamışdır. Qusar rayon Polis şöbəsinin Təhqiqat bölməsində izahat verməmişdir. Şikayət olunan tərəfi təmsil edən İddiaçı, onun xalası oğlu X21, hal-hazırda Qusar rayonun Aşağı Ləyər bələdiyyəsinin sədri işləyən X14 və qardaşı X16 əlbir olub, külli miqdarda rüşvətin müqabilində əlaqədar şəxsləri susdurmuş, alqı-satqı üçün lazım olan sənədləri əldə etməyə müvəffəq olmuşlar. Belə ki, torpaqların mülkiyyətçiləri onlar olmasına baxmayaraq (yalnız oğlumu şirnikləndirmək üçün 400 manat, 9000 manatı isə ona cəmi bir-iki saat ərzində catrırmağa boyun olması), onlara heç bir qəpik də pul verməyərək, onları özlərinin əlinə keçirmişlər. Qeyd etmək istəyir ki, bu, İddiaçı dələduzluq əməllərindən biridir. Qusar rayonu Aşağı Ləyər kənd sakinlərindən X12 2.0 ha pay torpaq sahəsini, X6 2.10 ha pay torpaq sahəsini, X7 5.10 ha pay torpaq sahəsini, X36 oşlunun 6.60 ha pay torpaq sahəsini, Ramazanova Gülşənə məxsus 1.10 ha pay torpaq sahəsini, Ramazanova Almaza məxsus 1.10 ha pay torpaq sahəsini, Quliyeva Tükəzbana məxsus 7.70 ha pay torpaq sahəsini, X17 məxsus 1.20 ha torpaq sahəsini, eləcə də Gülsurəyə məxsus 1.30 ha pay torpaq sahələrini aldatmaq yolu ilə etibarnamələr almaqla mənimsəmişlər. Həmin vətəndaşları bir-bir ifadələri alınsa məlum olacaqdır ki, bunlar fağır və savadsız kənd adamlarıdır, İddiaçı və onun xalası oğlu Saləh Bayramov ən yüksək marka dələduz və "atanşik"-lərdir. Onlara hamilik edən orqan işçiləri də onlarla əlbirdir. Nəticədə onun kimi çoxlu kasıb və savadsızın hüquqları tapdalanır, ailələrinə məxsus torpaqlar əldan alınır, ailələrinin gəlirləri sıfıra enir. Qeyd etdiyi Aşağı Ləyər sakinləri X15, X8, X9, X22, Ramazanova Gülşəni, Ramazanova Almazı, Quliyeva Tükəzbanı, X18 və Gülsurəni dindirsələr, İddiaçı və Saləh Bayramovun iç üzü açılar. Həmin vətəndaşlar nəinki Robert və Saleh kimi şəxslərin qurbanı olmuş, həm də ələ alınmış notariusların da qurbanı olmuşlar. İddia ərizəsində qeyd olunan guya onlara, yəni ona, həyat yoldaşına və oğluna uyğun olaraq 2400 manat, 1200 manat və 400 manat olmaqla cəmi 400 manatın verilməsi barədə hissəsi heç bir həqiqətə uyğun deyildir. Robert yalnız oğlu Namikə 400 manat pul vermişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, İddiaçı, Saləh Bayramov, Ərzuman Həsənov və Fərman Həsənovun dələduzluqları barəsində şikayətlərə hələ də baxılmaqdadır. Azərbaycan Respublikasının Baş X3 idarəsinin rəis müavini, Baş Ədliyyə müşaviri X31 imzası ilə ona göndərilmiş xx.xx.2023-cü il tarixli 04/2049 saylı məktubla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin rəis müavini Emin Həsənovun imzası ilə 3- 16-9/2-Q-11304/2-916/2-6/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bu barədə ona məlumatlar verilmişdir (həmin məktubların surətləri etiraz ərizəsinə əlavə olunur). Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Qusar rayonu Aşağı Ləyər kəndində fermer təsərrüfatı ilə məşğul olur. O, Cavabdeh torpaq sahəsini satın almış, bununla bağlı Noyabr, onun arvadı və oğlu Saleh adlı şəxsin adına etibarnamələr vermişlər, Saleh isə həmin etibarnamə əsasında torpaq sahələrini ona satmışdır. /Sonradan Noyabr və ailə üzvləri etibarnamıələri ləğv etmişlər, daha sonra Noyabr və arvadı yenidən etibarnamə vermişlər, Noyabrın oğlu etibarnamə verməmiş, ondan pul istəmiş, o, həmin şəxsə 400 manat məbləğində pul verdikdən sonra o, da etibarnamə vermişdir. Etibarnamələr torpaq sahələrinə görə verilmiş, o, Noyabrın arvadı üçün sosial yardımın düzəldilməsinə, evlərinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsinə heç bir vəd verməmişdir. Torpaq sahələri onun adına rəsmiləşdirildikdən sonra Noyabr onun barəsində prokurorluğa və polisə şikayətlər etməyə başlamış, lakin, şikayətlərin heç bir əsası olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Polisdə olarkən Noyabrın arvadı onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində izahat vermiş onun vəkili vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavbadehin etiraz ərizəsində göstərdiklərinin əsassız olduğunu və bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, 2020-ci ildə İddiaçı onun evinə qaz xəttinin çəkilməsinə və sosial yardım almasına köməklik edəcəyini demiş, bu məqsədlə o, Robertin xalası oğlu Salehin adına etibarnamə vermişdir. Sonra isə Robert ona demişdir ki, guya o, özünə və ailə üzvlərinə məxsus torpaq sahələrini Robert satmışdır. Robert onu aldadıb imza etdirmiş, buna görə də o, etibarnamələri ləğv etmişdir. Robertin əldə etdiyi saxta sənədlərin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Sonradan o, heç bir etibarnamə verməmişdir. O, Roberti təhqir etməmiş, həmin şəxs heç ona salam da vermir. Kənddə 10 nəfər şəxs Robertdən narazıdır, ona görə də polis və prokurorluğa ünvanlandığı şikayət ərizələrində həmin şəxsin barəsində “dələduz” sözünü işlətmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qusar RPŞ-nin İB-nin 15 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı həmkəndliləri Cavabdeh, X20 və X2 məxsus olmuş, Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən 1,9626 ha və 0,8431 ha torpaq sahələrini Nəsibə Qazıxanova üçün sosial yardım düzəldilməsinə, Cavabdeh evinə qaz xəttinin çəkilməsinə köməklik göstərəcəyini deyib aldatmaqla ələ keçirməsi faktları öz təsdiqini tapmadığından, həmin xüsusatlar üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən İddiaçı barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Bununla əlaqədar məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Bu mənada, tərəflərin imzaladığı sözügedən şikayət ərizələri hər şeydən əvvəl onların konstitusion müraciət etmək hüququndan istifadəsi kimi qiymətləndirilməlidir. Şərəf və ləyaqət daha çox insanın fərdi keyfiyyətləri ilə bağlıdır, şəxsi əhatə edən insanların, eləcə də ictimaiyyətin şəxsiyyətə verdiyi qiyməti də ehtiva edir. Dövlət orqanlarına ünvanlanmış şikayətlərlə bağlı mənəvi zərərin ödənilməsi predmetli işlərdə isə ilk növbədə həmin müraciətlərdəki məlumatların faktları, yoxsa qiymətləndirici, мялуматвериъи mülahizələri əks etdirdiyi fərqləndirilməlidir. Bu, dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin (məmurların) fəaliyyətini və ya işini tənqid etmək hüququ, eləcə də ifadə azadlığı hüququna müdaxilənin qanuni məqsədlər və demokratik cəmiyyətdə zəruri olan həddə edilməsinin təmin olunması baxımından olduqca vacibdir. Şərəf və ləyaqəti ləkələyən məlumatların kim tərəfindən, kimə qarşı, hansı kontekstdə, nə zaman səsləndirildiyi mənəvi zərərin mövcudluğunu müəyyənləşdirmənin meyarları kimi qəbul edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən, tənqid etmək hüququnu, fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və həmin hüquqlar arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də, qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüquqların məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Qərarının 4-cü bəndində göstərilir ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülkiprosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi kimi baxıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Zaxarov Rusiyaya qarşı qərarında məhkəmə müəyyən etmişdir ki, dövlət orqanına göndərilmiş məktubda qeyd edilən tənqidi fikirlər söz azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz. Belə ki, məhkəmənin hüquqi mövqeyrinə görə «ərizəçinin onun qeyri-qanuni hesab etdiyi məsələni araşdırmalı olan səlahiyyətli dövət orqanına və ya onun vəzifəli şəxsinə məktubla müraciət etməsi mühüm əhəmiyyət kəsb edir. Vətəndaşların qeyri-qanuni hərəkət hesab etdikləri məsələlər barədə bunu araşdırmağa səlahiyyəti olan dövlət orqanına müraciət etmək nəinki onların hüquqi, hətta qanunla nəzərdə tutulmuş vəzifəsidir. Ərizəçi, ərizəni qanunla müəyyən edilmiş hüdudlarda vermişdir. Ərizə birbaşa dövlət orqanına ünvanlanmış və hər hansı formada dərc edilməmiş və bu ərizədə göstərilən məlumatların geniş kütləyə çatdırılması üçün ərizəçi heç bir hərəkət etməmişdir. Məhkəmə vətəndaşların və vəzifəli şəxslərin diffamasiya və təhqirə məruz qalmamasının vacibliyi ilə yanaşı həmçinin bildirir ki, bu, hər bir işin konkret hallarından asılıdır. Hazırkı işdə ərizəçinin məktubla dövlət orqanına müraciət etməsi məlumatların yayılması kimi qiymətləndirilməməlidir.» Hazırkı işin halları baxımından iddiaçı Cavabdeh tərəfindən hüquq mühafizə orqanlarına etmiş olduğu müraciətlərində istifadə etmiş olduğu söz və ifadələri, müvafiq cinayət əməllərində təqsirləndirilmələrini şərəf və ləyaqətin pozulması kimi qiymətləndirmiş buna müvafiq olaraq mənəvi zərər tələb etmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh müvafiq orqanlara müraciət edərək qeyri-qanuni hesab etdiyi məsələnin araşdırılmasını tələb etmək hüququna malik olmuş, lakin onun bu müraciətləri iddiaçının şərəf və ləyaqətinin alçaldılmasına və ləkələnməsinə yönəlməsi demək deyildir. Məhkəmə qeyd edir ki, cavabdehin bu müraciətləri fikrlərini azad ifadə etmək hüququndan irəli gələn qeyri-qanuni hesab etdikləri məsələlərin araşdırılmasının təmin olunmasına yönəlmişdir. Eyni zamanda cavabdeh şikayətlərdə ifadə etdiyi məsələlərlə bağlı mətbuatda çıxış etməmiş, yaymamış və geniş kütləyə çatdırılmasına cəhd etməmişdir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarında göstərilmiş, Ali Məhkəmənin mövqeyini də xatırladır. Həmin Qərarda göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı barədə yazılanlar nəticəsində onun mənəvi sarsıntılara məruz qalması, yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi kimi hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki iddiaçı barəsində cavabdeh tərəfindən yazılan məlumatların polis orqanlarında təkzib edilməsi kifayət addım olmuç və bununla əlaqədar kompensasiyanın ödənilməsinin təmin edilməsi məqsədə müvafiq deyildir və bu baxımdan İddiaçı Cavabdeh qarşı 7000 manat məbləğində mənəvi ziyan tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı 7000 manat məbləğində mənəvi ziyan tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-764/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-764/2023
23.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver