Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-782/2025 02.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədriliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və tərcüməçi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentə xitam verilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası İddiaçı yanında qalıb yaşadığı üçün məhkəmə tərəfindən Əhmədov Saidə təyin olunmuş alimentə xitam verilməsi, 2023-cü ilin mart ayından bəri ödənilmiş aliment pulları Cavabdeh geri alınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2020-ci ildə Cavabdehyla rəsmi şəkildə ayrılmışdır.Həmin nikahdan 3 uşaqları var, Ə.Kamila.Ə.Said və Ə.Madina. Məhkəmənin qərarı ilə uşaqlar anası Cavabdeh himayəsinə verilmişdir.Lakin 2023-cü ilin mart ayından uşaqlardan biri Əhmədov Said məlum səbəblərdən onun yəni atası İddiaçı yanında qalıb yaşayır.Saidin 14 yaşı var.O qəti olaraq atasının yanında qalmağı seçmişdir.X10 evinə qoymur,digər tələbatlarını təmin etmir.Lakin Saidə məhkəmə tərəfindən təyin olunmuş alimenti Zarina hər ay alır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, uşağın cavabdeh ilə əlaqəsi yoxdur. O, uşağı anasından ayırmamış, uşağın seçimidir, uşaq özü onu seçib. Uşaq onun yanında 2023-cü ilin mart ayının 17-dən qalır. Məhkəmənin qətnaməsi ilə uşaq anasının himayəsində saxlanıb. Cavabdeh uşağı döyüb, buna görə də uşaq onun yanına qayıdıb. Döyülmə ilə bağlı hüquq mühafizə orqanlara müraciət olunmayıb. İki ay əvvəl polis şöbəsinə getmiş, uşaq ərizəni özü yazıb, döyüldüyünü deyib. Uşaq iki il yarımdır ki, onun yanındadır, bu barədə qonşuların sözlərinə əsasən icra nümayəndəliyi ona arayış vermişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, uşağın öz seçimidir, o uşağa heç nə edə bilməz, qanuna görə uşaq onda qalmalıdır. O, necə müraciət edəcəyini bilmir, onlar onu başa düşmür, o anadır, uşaqlar onundur, həm də bir ata kimi onundur. İl yarımdır ki, uşaq atadadır, dəqiq tarix diyə bilmir, uşaq onun yanına gedib gəlib. 2024-cü ilin avqust ayından uşaq atasının yanına gedib. İl yarım vaxtının əksər hissədində uşaq atasının himayəsində qalıb. İl yarımdır ki, uşaqlardan ikisi onun himayəsindədir, bir uşaq isə iddiaçının himayəsindədir. İşə baxıb, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan 16 sentyabr 2020-ci il tarixli 2(029)-448/2020 saylı Qusar rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, ilkin iddia təmin edilmiş,İddiaçı ilə Cavabdeh arasında Qusar rayon Qeydiyyat şöbəsində 30 iyul 2009-cu il tarixli 95 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 30 iyun 2009-cu il təvəllüdlü X4, 10 mart 2011-ci il təvəllüdlü X7 və 22 iyun 2016-cı il təvəllüdlü X6 anaları Cavabdeh himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi Cavabdeh yaşayış yeri müəyyən edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, xx.xx.1983-cü ildə ünvan 1 ünvanda yaşayan İddiaçı Cavabdeh xeyrinə 30 iyun 2009-cu il təvəllüdlü X2, 10 mart 2011-ci il təvəllüdlü X5 və 22 iyun 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 300 (üç yüz) manat miqdarda aliment tutulması qət edilmişdir. İşdə olan AA4152201 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2011-ci ildə anadan olmuşdur. İşdə olan 07 aprel 2025-ci il tarixli 5-63-10/2-Ə-643-42-644/2025 saylı Qusar RİHBnın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, X7 (xx.xx.2011-ci il təvəllüdlü) 2023-cü ilin mart ayından atası İddiaçı ilə birlikdə yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-448/2020 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş,İddiaçı ilə Cavabdeh arasında Qusar rayon Qeydiyyat şöbəsində 30 iyul 2009-cu il tarixli 95 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 30 iyun 2009-cu il təvəllüdlü X4, 10 mart 2011-ci il təvəllüdlü X7 və 22 iyun 2016-cı il təvəllüdlü X6 anaları Cavabdeh himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi Cavabdeh yaşayış yeri müəyyən edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi,xx.xx.1983-cü ildə ünvan 1 ünvanda yaşayan İddiaçı Cavabdeh xeyrinə 30 iyun 2009-cu il təvəllüdlü X2, 10 mart 2011-ci il təvəllüdlü X5 və 22 iyun 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 300 (üç yüz) manat miqdarda aliment tutulması qət edilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda Said adlı uşağın İddiaçı himayəsində 2024-cü ilin avqust ayından olduğunu etiraf etmişdir. Məhkəmə, iş materiallarına əlavə edilmiş 07 aprel 2025-ci il tarixli 5-63-10/2-Ə-643- 42-644/2025 saylı Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş arayışı mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin arayış xx.xx.2025-ci il tarixli akt əsasında verilmişdir. İddiaçı izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixli akt qonşular tərəfindən tərtib edilmişdir. Belə olan halda məhkəmə, Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş arayışı mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, Cavabdeh və izahatını işin hallarını müəyyən edəcək əsaslı sübut kimi qəbul edir. Belə ki, məhkəmə iclasında Cavabdeh Said adlı uşağın 2024-cü ilin avqust ayından İddiaçı yanında qaldığını, yaşadığını təsdiqləmişdir. Məhkəmə hesab edir ki, iddiaçının alimentə xitam verilməsi hissəsində iddia qismən təmin edilərək, Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-448/2020 saylı qətnaməsi ilə təyin olunmuş, İddiaçı 10 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmasına dair hissədə 2024-cü ilin avqust ayından alimentə xitam verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. 109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. 109.3. Bu Məcəllənin 109.2.1—109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli 8-2/2016 nömrəli Qərarın 8.13-cü bəndində qeyd olunur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, iddiaçının 2023-cü ilin mart ayından bəri ödənilmiş aliment pulları Cavabdeh geri alınmasına dair hissədə iddia təmin edilə bilməz, belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 109.2-109.2.3-cü maddələrinə əsasən alimentin qaytarılmasının mövcud ola biləcəyi bir hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi 2023-cü ilin mart ayından bəri ödənilmiş aliment pulları Cavabdeh geri alınmasına dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-448/2020 saylı qətnaməsi ilə təyin olunmuş, İddiaçı 10 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmasına dair hissədə 2024-cü ilin avqust ayından alimentə xitam verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-782/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-782/2025
02.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver