Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-793/2021 08.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə "xxxx" ASC-nin Cavabdeh qarşı 676,00 (altı yüz yetmiş altı) manat sığorta ödənişi məbləğinin və 1300,00 (min üç yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2006,00 (iki min altı) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması haqqında iddiası üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: "xxxx" ASC Cavabdeh qarşı 676,00 (altı yüz yetmiş altı) manat sığorta ödənişi məbləğinin və 1300,00 (min üç yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2006,00 (iki min altı) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin ASC-nin nümayəndəsi məhkəmə iclasna gəlməmiş, həmin ASC tərəfindən məhkəməyə ərizə göndərilərək mülki işin baxılmamış saxlanılması və iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş olunmuşdur. Həmçinin, Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" ASC-nin Cavabdeh qarşı 676,00 (altı yüz yetmiş altı) manat sığorta ödənişi məbləğinin və 1300,00 (min üç yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2006,00 (iki min altı) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması haqqında iddia ərizəsi geri qaytarılsın və mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-793/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-793/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver