Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-798/2021 01.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar Rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu ünvan 1 ünvanda yerləşən Kreditor MMC-nin Qusar rayonu Kuzun Qışlaq kəndində yaşayan Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM : Kreditor MMC Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə təqdim edildiyindən icraata qəbul edilməməli və geri qaytarılmalıdır. Belə ki, kreditor tərəfindən məhkəmə əmrinin verilməsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə olunmamışdır. Ərizəyə əlavə edilmiş 27.04.2021-ci il tarixli ********* saylı mədaxil qəbzi isə əvvəllər məhkəmənin icraatında olmuş Kreditor MMC-nin X1 qarşı məhkəmə əmrinin verilməsinə dair ərizə üzrə dövlət rüsumunun ödənilməsi barədədir (İş № 2(029)-656/2021). Beləliklə, hesab edirəm ki, ərizə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ kreditora izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: ünvan 1 ünvanda yerləşən Kreditor MMC-nin Qusar rayonu Kuzun Qışlaq kəndində yaşayan Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Kreditor MMC-yə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət qərardad tərəfə rədmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-798/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-798/2021
01.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver