Məhkəmə qərarları › İş №2(029)-800/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-800/2020

18.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-800/2020 18.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Qurban oğlunun Cavabdeh1 və qeyrilərinə qarşı əməkdaşlıq müqaviləsinin ləğvi, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı, əmlakın və 200000 manat əsas məbləğin qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Qurban oğlu Cavabdeh1 və qeyrilərinə qarşı əməkdaşlıq müqaviləsinin ləğvi, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı, əmlakın və 200000 manat əsas məbləğin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada məbləğdə dövlət rüsumu ödənilməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehlərdən 200000 manat məbləğində pulun qaytarılması (500 manatdan çox) tələb olunduğu halda, cəmi 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan başqa, ödənilmiş dövlət rüsumu Qusar rayon məhkəməsi üçün deyil, Bakı şəhəri Nəsimi rayon məhkəməsi üçün ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Beləliklə, ərizə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Qurban oğluna geri qaytarılsın. İddiaçı Qurban oğluna izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək olar. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar