Məhkəmə qərarları › İş №2(029)-816/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-816/2020

09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-816/2020 09.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Ataxanova (Muradova) Göyçək Xanba qızının və Cavabdeh iştirakları ilə Ataxanova (Muradova) Göyçək Xanba qızının Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ataxanova (Muradova) Göyçək Xanba qızı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olan uşaqları xx xxxxxx 2011-ci il təvəllüdlü Ataxanova Zərövşə Aynur qızının, xx xxxx 2013-cü il təvəllüdlü X1 və xx xxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ataxanova (Muradova) Göyçək Xanba qızı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 2010-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Ataxanova Zərövşə Aynur qızı, xx.xx.2013-cü il tarixdə X3 və xx.xx.2020-ci il tarixdə X4 adlı uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulduğu üçün cavabdehdən ayrılmışdır. Ayrılmaqlarının əsas səbəbi cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən onun cavabdehlə olan nikahı pozulmuşdur. Aralarındakı nikah pozulduqdan sonra birgə nikahdan olan uşaqları Zərövşə, Həmzət və Yusif adlı uşaqlar onun himayəsində qalmışlar. Nikahları pozularkən o, cavabdehdən aliment tələb etməmişdir. Həmin vaxt onun özünün imkanı olmuş və alimentə ehtiyacı olmamışdır. Hazırda uşaqları təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də, uşaqların saxlanması üçün cavabdehdən onun xeyrinə aliment tutulmalı, aliment hər ay tutulan sabit pul məbləğində müəyyən olunmalıdır. Hətta, Cavabdeh özü də məhkəmə prosesində qeyd etmişdir ki, əgər gələcəkdə aliment tələb olunsa ödəməyə razıdır. Cavabdehin maddi vəziyyətini və uşaqların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay hər uşağa görə ona 50 manat olmaqla, cəmi hər ay 3 uşağa görə ona 150 (yüz əlli) manat sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında iddiaçı Ataxanova (Muradova) Göyçək Xanba qızı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmiş və izahatında göstərmişdir ki, iddiaçı ilə birgə nikahlarından anadan olmuş xx xxxxxx 2011-ci il təvəllüdlü Ataxanova Zərövşə Aynur qızının, xx xxxx 2013-cü il təvəllüdlü X1 və xx xxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla cəmi 150 (yüz əlli) manat məbləğində aliment ödəməyə razıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ 727795, AZ-İİİ 154072 və AZ-İV 433603 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Ataxanova Zərövşə Aynur qızı, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 anadan olmuşlar. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)- 858/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Qusar rayon İHB-nın İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx xxxxxxx 2010-cu il tarixli 31saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü Ataxanova Zərövşə Aynur qızı, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılmışlar və həmin uşaqların yaşayış yeri kimi İddiaçı yaşayış yeri müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olmuş, lakin xasiyyətləri uyğun gəlmədiyindən nikahları uğursuz olmuş və onlar artıq ər-arvad münasibətlərini kəsməklə, ayrılmışlar. Tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxx 2011-ci il təvəllüdlü Ataxanova Zərövşə Aynur qızı, xx xxxx 2013-cü il təvəllüdlü X3 və xx xxxxx 2020-ci il təvəllüdlü X4 hal-hazırda İddiaçı (Muradovanın) yanında yaşayırlar. Həmin uşaqları təkbaşına saxlamaq iddiaçı üçün çətinliklər yaradır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh xx xxxxxx 2011-ci il təvəllüdlü Zərövşə, xx xxxx 2013-cü il təvəllüdlü Həmzət və xx xxxxx 2020-ci il təvəllüdlü Yusif adlı uşaqların qayğılarına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, tərəflərin razılığını, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Gülpəri Hacəliyevanın öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı Ataxanova (Muradova) Göyçək Xanba qızı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı 500 manatdan artıq olduğundan ondan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19-22, 60, 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx xxxxxx 1988-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh Ataxanova (Muradova) Göyçək Xanba qızının xeyrinə xx xxxxxx 2011-ci il təvəllüdlü Ataxanova Zərövşə Aynur qızının, xx xxxx 2013-cü il təvəllüdlü X1 və xx xxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar