Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-876/2025 11.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, İddiaçı X2 Cavabdeh və üçüncü şəxslər X7 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı, “torpağa mülkiyyət hüququna dair Dövlət aktının və İcarə müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X4 Cavabdeh və üçüncü şəxslər X7 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı, “torpağa mülkiyyət hüququna dair Dövlət aktının və İcarə müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisələndirilən 0.6836 hektar torpaq sahəsinə dair Cavabdeh adına verilmiş JN-671 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğv olunması və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsinə əsas olmuş torpağın icarəyə verilməsinə dair 07 sentyabr 2002-ci il tarixidə icarə müqaviləsinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli 2(029)-876/2025 saylı qərardadı ilə, iddiaçı X2 Cavabdeh və üçüncü şəxslər X7 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı, “torpağa mülkiyyət hüququna dair Dövlət aktının və İcarə müqaviləsinin ləğv edilməsi” tələbi barədə tələbinin 0.6836 hektar torpaq sahəsinə dair Cavabdeh adına verilmiş JN- 671 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğv olunması hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, Qusar rayonununda Torpaq islahatının keçirilməsi ilə əlaqədar olaraq Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999cu il tarixli qərarı ilə ona və həyat yoldaşı X3 əmlak payı kimi Qusar rayonunun Balaqusar kənd ərazisindən 5.06 hektar pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən 02 iyun 2002-ci il tarixli, JN-211 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. 4.3764 hektar torpaq sahəsinə tərəfindən mülkiyyət hüquqlarını təsdiq edən çıxarış alınmışdır. 2025-ci ilin may ayında qalan 0.6836 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün rəsmi ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyesrti publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi İdarəsinə müraciət etdikdə 02 iyul 2025-ci il tarixli məktubla ona bildirilmişdir ki, mübahisələndirilən 0.6836 hektar torpaq sahəsi hal hazırda digər şəxsin istifadəsində yerləşir və həmin şəxsin adına JN-671 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Həmin təşkilatın xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, JN-671 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” Qusar rayon məhkəməsinin xx.xx.2006-ci il tarixli Qətnaməsinə əsasən verilmişdir.Qusar rayon məhkəməsinə edilmiş sorğuya cavab olaraq bildirilmişdir ki,2006-cı il üzrə arxivin qeydiyyat kitablarının,həmçinin statistik kartoçkalarınjın qeydiyyatında X9 və Cavabdeh tərəf olduqları iş mövcud deyildir. Bu səbəbdən hər hansı bir sənədin verilməsi qeyri mümkündür. Sonradan, 2025-ci il may ayında ona məlum olmuşdur ki, sabiq Balaqusar bələdiyyəsinin sədri X1 həddlərini aşaraq mülkiyyətində olan 0.6836 hektar torpaq sahəsini yerinə saxta imza edərək mübahisələndirilən həmi torpaq sahəsini 07 sentyabr 2002-ci il tarixdə icarə müqaviləsini 99 il müddətinə tərtib edərək Cavabdeh icarəsinə vermiş, oda mübahisələndirilən həmin torpaq sahəsinə dair JN-671 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” almışdır. Cavabdeh səlahiyyət həddlərini aşaraq onun adından şəxsi mülkiyyətində olan sözü gedən torpaq sahəsini Cavabdeh icarəyə vermişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxslər X7 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin şəxs və İdarənin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia rədd olunmalıdır. İddiaçı X4 üçünçü şəxs Cavabdeh arasında bağlanmış 07 sentyabr 2002-ci il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinin predmetini təşkil edən icarə hüquqlarının aid olduğu torpaq sahəsinin ona məxsus olduğunu bildirərək həmin müqavilənin ləğvini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda, qeyd olunan torpaq sahəsinin mülkiyyət və ya digər əmlak hüquqları üzrə iddiaçıya məxsus olub-olmamasının məhkəmə tərəfindən müəyyən edilməsi zəruri əhəmiyyət kəsb edir. İşdə olan Qusar rayon Notariat ofisində 07 sentyabr 2002-ci il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, X4 06 mart 2002-ci ildə 0.68 ha torpaq sahəsini 99 il müddətinə Cavabdeh icarəyə vermişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının mənasından görünür ki, mübahisəli torpaq üzərində hüquqlarının olduğunu iddia edən iddiaçı, bu torpaq sahəsinin başqa şəxsin adına keçirilməsini qanunsuz hesab edirsə və bu halın aradan qaldırılması, yəni özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək istəyirsə, o, məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir və bu zaman, həmin şəxs, tələbinin hüquqi əsasını, habelə özünün bu tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmasını sübuta yetirməlidir. Beləliklə də, məhkəmənin qənaətinə görə iddia tələbinin hüquqi əsası ilə işin faktiki halları arasında uzlaşma mövcud deyil, iddiaçının Cavabdeh arasında bağlanmış torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsini mübahisələndirmək və onun ləğv edilməsini tələb etməyə subyektiv hüququ mövcud deyil, bu barədə iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı X2 Cavabdeh və üçüncü şəxslər X7 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı, “torpağa mülkiyyət hüququna dair Dövlət aktının və İcarə müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-876/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-876/2025
11.12.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver