Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-908/2020 05.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Qusar rayon Bələdiyyəsinə və qeyrilərinə qarşı hərrac protokolunun, hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin ləğv edilməsi və onlardan törənən hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Qusar rayon Bələdiyyəsinə və qeyrilərinə qarşı hərrac protokolunun, hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin ləğv edilməsi və onlardan törənən hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia tələbi həm də, inzibati orqan olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X1 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına qarşı yönəlməklə həmin komissiyanın protokolunun və şəhadətnaməsinin ləğv edilməsi tələb olunmuşdur. Bu səbəbdən də, həmin iddia tələbinə ümumi məhkəmələr tərəfindən deyil, müvafiq inzibati məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, işə məhkəmə qaydasında baxılmalı olmadığından hesab edirəm ki, hazırkı iddianın yol verilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya müvafiq məhkəməyə müraciət etməli olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Qusar rayon Bələdiyyəsinə və qeyrilərinə qarşı hərrac protokolunun, hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin ləğv edilməsi və onlardan törənən hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar
Məhkəmə qərarları › İş №2(029)-908/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-908/2020
05.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver