Məhkəmə qərarları › İş №2(029)-922/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-922/2023

21.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-922/2023 21.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı X7 etibarnamə üzrə nümayəndəsi X4 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X7 Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X12 Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon məhkəməsinin 2(029)-48/2019 saylı,xx.xx.2019-cu il tarixli və 2(029)-351/2023 saylı, xx.xx.2023 cu il tarixli qətnamələri ilə azyaşlı qızı xx.xx.2015-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər saxlaması üçün Cavabdeh Tayibulla qızının xeyrinə ödədiyi 160 manat məbləğində alimentin miqdarını dəyişdirib (azaldıb) 80 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçı X7 etibarnamə üzrə nümayəndəsi X9 məhkəməyə ərizə təqdim edərək MPM-nin 53-cü maddəsinə əsasən, iddia ərizəsinin xahiş etdi hissəsində düzəliş edilməsini, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulmuş alimentin azaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X12 iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon məhkəməsinin 2(029)- 48/2019 saylı,xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən azyaşlı qızı xx.xx.2015-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər saxlaması üçün X2 xeyrinə 100 manat məbləğində aliment ödəyirdi.Yenə Qusar rayon məhkəməsinin 2(029)-351/2023saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bu alimentin məbləği artırılaraq 160 manat miqdarında müəyyən edilmişdir. O, 2016-cı il tarixdə yeni rəsmi ailə qurmuşdur. Bu ailəsindən 4 azyaşlı uşağı var. X14 2017 təvəllüdlü, X15 2019 təvəllüdlü, X10 2021 təvəllüdlü, X11 2022 təvəllüdlü. Həyat yoldaşı işləmir, uşaqlara baxır. Oğlu Rizvan göz və udlaq bədən üzvülərindən Bakıda OMD uşaq xəstəxanasında əməliyyat olub, uzun müddət dava dərman qəbul edəcək və yenədə əməliyyat olunacaq. O da işləmir, həyət baca təsərrüfat işləri görür. Başqa gəliri yoxdur. Demək olar ki, anasının təqaüdü ilə dolanır. Atasıda işləmir, təqaüddə almır. 4 azyaşlı uşaqlarının adi dolanışıqlarını belə təmin edə bilmir. Cavabdehə ödədiyi alimenti anasının təqaüdündən ödəyir. Cəmilə yeni ailə qurub. Onun həyət yoldaşı deyir ki, Cəmiləyə ödədikləri alimenti o almır. Cəmilənin anası Bahar xanım alır özünə xərcləyir. Cəmilənin yoldaşı, deyir ki, “bizə aliment lazım deyil Milyananıda özümüz saxlayırıq”. Göründüyü kimi cavabdehin alimentə elədə ehtiyacı yoxdur. Ancaq onun yeni ailəsindən doğulmuş 4 azyaşlı uşaqları saxlayıb böyütməkdə faktiki çətinlik çəkir. Uşaqları gündəlik qidalarla təmin edə bilmir, pal paltarlarını belə ala bilmir. Belə durumda 160 manatda cavabdehə aliment ödəməyi onun maddi təminatını olduqca ağırlaşdırır. O,aliment ödəməkdən imtina etmir. Cavabdehə kömək etməlidir, qızı Milyananı saxlaması üçün. Ancaq 160 manatı ödəmək ona həqiqətən çətindir, mümkünsüzdür. Elə bir işdə yoxdur ki, işləyib aylıq maaş alsın. Yuxarıdakılardan göründüyü kimi xx.xx.2019-cu il tarixli qətnaməsindən sonra onun ailə vəziyyətində dəyişiklik olub 3 övladıda dünyaya gəlib. Bu hal əsas verir ki, alimentin miqdarı dəyişdirilsin. Hesab edir ki, məhkəmə onun maddi cəhətdən ağır durumunu nəzərə alıb alimentin məbləğini yarıya qədər azaltmalıdır. Məhkəmə iclasında iddiaçı X7 etibarnamə üzrə nümayəndəsi X9 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, cavabdeh onlardan getdikdən 1-2 il sonra uşaq olub. 80 manat aliment tələbi onunla əsaslandırır ki, oğlunun 4 uşağı var, heç bir yerdə işləmir, belindən şikəstdir və anasının aldığı 300 manat pul ilə dolanır. Evin təminatını o, həyata keçirir. Oğlunun adına 48 sot torpaq sahəsi var, 6-7 nəfər ailə üzvləri arasında bölünüb. Torpaq sahəsindən əkin üçün istifadə edirlər. Oğlunun maddi imkanı aşağıdır. Buna görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, 80 manat alimentin təyin olunmasına razı deyildir. Qızı heç yerdə işləmir. Qızı başqa şəxslə ailə qurub, 2 uşağı var. Uşağın aylıq təminatı 180-300 manat arası təşik edir. İddia ərizəsinə etiraz edərək aliment miqdarının artırılaraq 220 manat müəyyən edilməsini xahiş etmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia rədd olunmalıdır. Belə ki, işdə olan Qusar rayon məhkəməsinin 2(029)-351/2023 saylı, xx.xx.2023cü il qətnaməsindən görünür ki, Qusar rayon Məhkəməsinin 2(029)-48/2019 saylı 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh İddiaçı Cavabdeh xeyrinə 29 oktyabr 2015-ci il təvəllüdlü X19 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan AZ-İV 031670 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 29 oktyabr 2015-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X3, anası X8r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələblərinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1- maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki,aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı X6 məhkəmə tərəfindən tutulmuş xx.xx.2015-ci il təvəllüdlü X13yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 160 (yüz altmış) manat məbləğində alimentin azaldılaraq hər hər ay 80 (səksən) manat miqdarında müəyyən edilməsi barədə iddiası işin faktiki hallarına uyğun deyildir. Belə ki, qanunvericilik tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin, qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. İş materiallarından görünür ki, iddiaçı alimentin məbləğinin azaldılması üçün özünün maddi vəziyyətinin pisləşməsini sübut edə bilməmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçının yenidən ailə qurmasını və həmin nikahdan 4 uşağının olmasını məhkəmə iddiaçının maddi vəziyyətinin pisləşməsini təsdiq edən sübut kimi qəbul etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Qusar rayon məhkəməsinin 2(029)- 351/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 29 oktyabr 2015-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 160 (yüz altmış) manat miqdarında müəyyən edilmiş alimentin azaldılması hazırkı vəziyyətdə uşağın bir ay ərzində zəruri ehtiyaclarının ödənilməsi üçün kifayət etməməklə yanaşı, iddiaçının tələbi təmin olunarsa, bu, qarşı tərəfin marağının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarar, ən əsası isə uşaqların mənafeyinə uyğun olmayaraq, uşaqların hərtərəfli inkişafına, qanunvericiliklə qorunan hüquqlarına, mənafelərinə zərər vura bilər. Odur ki, X7 Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı X7 Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar