Məhkəmə qərarları › İş №2(029)-939/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-939/2024

28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-939/2024 28.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Qusar Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(029)-919/2020 saylı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə bir uşağın saxlanması üçün 39 (otuz doqquz) ay ərzində tutulmalı cəmi 3900 (üç min doqquz yüz) manat məbləğində alimentdən azad olunmağına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 30 aprel 2016-cı il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmiş, birgə nikahdan 09 oktyabr 2018-ci il tarixdə X2 adlı bir uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Qusar Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(029)-919/2020 saylı qətnaməsinə əsasən onun Cavabdeh ilə olan 30 aprel 2016-cıil tarixli nikahı pozulmuş, birgə nikahdan olan uşağın cavabdehin yanında qalması və ondan cavabdehin xeyrinə həmin uşağın saxlanması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qusar Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(029)-919/2020 saylı qətnaməsinə əsasən o, Cavabdeh 10 fevral 2021-ci il tarixədək aliment ödəmiş, 10 fevral 2021-ci il tarixdə cavabdehlə barışmışdır. Ona görə də 10 fevral 2021-ci il tarixdə Cavabdeh Qusar Rayon Məhkəməsinə ərizə verərək ona qarşı heç bir aliment tələbinin olmadığını bildirərək Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş 01 dekabr 2020-ci il tarixli, 2(029)- 919/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. 10 fevral 2021-ci il tarixdən Qusar Rayon icra və Probasiya Şöbəsi tərəfindən ondan Cavabdeh xeyrinə aliment tutulmasına dair icra sənədi Qusar Rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra o, Cavabdeh ilə 2024-cü ilin may ayının 10-na kimi bir yerdə ər-arvad münasibətlərində yaşamışdır. 10 may 2024-cü il tarixdə Cavabdeh yenidən ondan ayrılıb azyaşlı uşaqla valideynlərinin evinə getmişdir. 10 may 2024-cü il tarixdə Cavabdeh yenidən Qusar Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək ondan həmin şəxsin xeyrinə aliment tutulmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsi tərəfindən məhkəmənin 01 dekabr 2020-ci il tarixli, 2(029)- 919/2020 saylı icra sənədi icra edilməsi üçün yenidən Qusar Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. O, Qusar Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(029)-919/2020 saylı icra sənədi üzrə Cavabdeh aliment ödəməkdən imtina etmir. Lakin Cavabdeh heç bir əsas olmadan ondan 10 fevral 2021-ci il tarixdən 10 may 2024cü ıl tarixədək birgə yaşadıqları müddət üçün də aliment tələb edir. Halbuki, Cavabdeh azyaşlı uşağı 09 oktyabr 2018-ci il təvəllüdlü X2 ilə birlikdə 10 fevral 2021-ci il tarixdən 10 may 2024-cü il tarixədək onun evində, onun himayəsində olmuş, onların hər ikisinin saxlama xərclərini o, özü təmin etmişdir. Cavabdeh və azyaşlı uşağı 09 oktyabr 2018-Cİ il təvəllüdlü X2 10 fevral 2021-ci il tarixdən 10 may 2024-cü il tarixədək onun evində onun himayəsində yaşadıqları üçün o, həmin müddətə görə, yəni 39 (otuz doqquz) ay müddətinə görə Cavabdeh ödəməli olduğu 3900 (üç min doqquz yüz) manat məbləğində alimentdən azad olunmalıdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddianı müdafiə edir, məhkəmə iclaslarında iştirak edə bilmir, ona görə də işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)- 919/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 30 aprel 2016-cı il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 50 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra uşaqları-09 oktyabr 2018-ci il təvəllüdlü X1 Cavabdeh yanında qalması, 13 oktyabr 2020-ci il tarixdən başlayaraq 09 oktyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün İddiaçı hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh Qusar rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, İddiaçı qarşı heç bir aliment tələbinin olmadığını bildirərək Qusar rayon məhkəməsi tərəfindən verilmiş 2(029)-919/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh Qusar rayon məhkəməsinə ünvanlandığı xx.xx.2024cü il tarixli ərizədən görünür ki, o, Qusar rayon məhkəməsi tərəfindən verilmiş 2(029)-919/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icra olunması üçün yenidən Qusar rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan sosial müavinət və təqaüd haqqında ********** saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən müddətsiz 2-ci qrup əlillik təyin edilmiş, onun orqanizminin funksiyalarının pozulma faizi 60 faiz olmaqla əmək qabiliyyətsizdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, ailə qanunvericiliyinin tələblərinə əsasən məhkəmə tərəfindən şəxs o halda aliment borcundan azad edilə bilər ki, bu, şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəlmiş olsun və şəxsin ailə və maddi vəziyyəti bu borcları ödəməyə imkan verməsin. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ərizə ilə Qusar rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-919/2020 saylı icra sənədinə əsasən ona aliment ödəməli olan İddiaçı qarşı aliment tələbinin olmadığını bildirərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin vaxtdan 3 il 3 ay keçdikdən sonra isə Cavabdeh məhkəməyə ərizə verərək həmin icra sənədinin icra olunması üçün yenidən Qusar rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Bu, isə belə qənaətə gəlməyə əsas verir ki, 3 il 3 ay ərzində İddiaçı Yusif adlı uşağın saxlanması üçün Cavabdeh aliment ödəməməsi üzürlü səbəbdən olmuş, uşağın saxlanması onların qarşılıqlı razılaşmasına əsasən həyata keçirilmişdir. Eyni zamanda İddiaçı müddətsiz 2-ci qrup əlil olması və orqanizminin funksiyaları 60 faiz pozulmaqla əmək qabiliyyətsiz olması onun həmin aliment borcunu ödəməyə imkanının olmamasına dəlalət edir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, onun 3 il 3 ay ərzində hər ay 100 manat olmaqla cəmi yaranmış 3900 manat məbləğində aliment borcundan azad edilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia təmin olunmaqla İddiaçı Qusar rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 2(029)-939/2024 saylı qətnaməsi ilə ondan Cavabdeh xeyrinə 39 ay ərzində tutulmalı olan cəmi 3900 manat məbləğində aliment borcundan azad edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Qusar rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 2(029)-939/2024 saylı qətnaməsi ilə ondan Cavabdeh xeyrinə 39 ay ərzində tutulmalı olan cəmi 3900 manat məbləğində aliment borcundan azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar