Məhkəmə qərarları › İş №2(029)-998/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-998/2020

27.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-998/2020 27.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2020-ci il təvəllüdlü X2 3 (üç) yaşı tamam olanadək hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimenti tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 2019cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmiş və birgə nikahlarından xx xxxx 2020-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Ailı münasibətləri pozulduğu üçün ayrılmışlar, lakin aralarındakı nikah pozulmamışdır. Cavabdeh ayrıldıqları vaxtdan xx xxxx 2020-ci il təvəllüdlü X4 özünün himayəsində qalmışdır. Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(029)-700/2020 saylı qətnaməsinə əsasən Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh həmin alimenti tam ödəmir, hər ay 50-80 manat aliment ödəyir. Hazırda azyaşlı Əmirin bir yaşı var, yəni körpədir və ona görə də, uşağı tək buraxıb işləyə bilmir. Bu səbəbdən də, həmin uşağa baxmağı ilə əlaqədar olaraq Cavabdeh onun xeyrinə xx xxxx 2020-ci il təvəllüdlü X4 adlı uşaq 3 yaşına çatana kimi aliment tutulmalı, alimentin miqdarı sabit pul məbləğində hər ay 200 (iki yüz) manat miqdarda müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, xx xxxx 2019-cu il tarixdə nikahı rəsmi qeyd etirməklə İddiaçı ilə evlənmiş və birgə nikahlarından xx xxxx 2020-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar, lakin aralarındakı nikah pozulmamışdır. İddiaçı ilə ayrıldıqları vaxtdan azyaşlı uşaq iddiaçının himayəsində qalmışdır. Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(029)- 700/2020 saylı qətnaməsinə əsasən xx xxxx 2020-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan iddiaçının xeyrinə hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Özü ustalıqla məşğuldur. Lakin hazırda pandemiya ilə əlaqədar olaraq heç bir yerdə işləmir. Maddi vəziyyəti yaxşı deyildir. İmkanı olduqca alimenti ödəyir. İddiaçının tələb etdiyi məbləği ödəyə bilməyəcək. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-T 022010 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 rayon Qeydiyyat Şöbəsində xx xxxx 2019-cu il tarixdə 28 nömrəli akt qeydi rəsmi nikaha daxil olmuşlar və iddiaçı “Fətəliyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İV 433811 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxx 2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(029)-700/2020 saylı qətnaməsindən örünür ki, xx xxxxxx 1987-ci ildə Xaçmaz rayonu Müqtədir qəsəbəsində anadan olmuş, həmin qəsəbədə yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Xaçmaz RİHB-nın İstisu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 600 nömrəli Arayışdan görünür ki, Cavabdeh hal-hazırda heç bir yerdə işləmir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx xxxx 2019-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə evlənmişlər və birgə nikahlarından xx xxxx 2020-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar, aralarındakı nikah isə pozulmamışdır. Tərəflər ayrıldıqları vaxtdan azyaşlı X4 iddiaçının himayəsində qalmışdır. Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(029)-700/2020 saylı qətnaməsinə əsasən xx xxxxxx 1987-ci ildə Xaçmaz rayonu Müqtədir qəsəbəsində anadan olmuş, həmin qəsəbədə yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci, 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, yuxarıdakı əsaslara görə iddia qismən təmin edilməli, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2020-ci il təvəllüdlü X2 3 (üç) yaşı tamam olanadək hər ay 80 (səksən) manat sabit pul məbləğində məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin bu normanın tələbini nəzərə alaraq hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2020-ci il təvəllüdlü X2 3 (üç) yaşı tamam olanadək hər ay 80 (səksən) manat sabit pul məbləğində məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar