Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-150/2023 24.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Firudin qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Firudin qızının Cavabdeh aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Firudin qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mediasiyaya müraciət etdiyi gündən başlayaraq hesablanmaqla 31 iyul 2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Firudin qızı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşağa baxmaq barədə öhdəlik götürdüyü üçün iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, 31 iyul 2019-cu ildə anadan olmuş X1 hə bir maddi ehtiyacını qarşılayacağı barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Ppossesual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. İddiaçı Firudin qızı məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Cavabdeh uşağa baxmaq barədə öhdəlik götürdüyü üçün iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Firudin qızı iddia ərizəsinin baxılmamış saxlanılıb sənədlərin qaytarılması barədə ərizə verdiyinə görə ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Firudin qızının Cavabdeh aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Firudin qızına qaytarılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-150/2023
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-150/2023
24.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver