Məhkəmə qərarları › İş №2(030)-155/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-155/2025

17.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-155/2025 17.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X19 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin sabit məbləğdə tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2015-ci il təvəllüdlü X9 və 30 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay cavabdeh X2 hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment və ödənilmiş 50 manat mediasiya xərcinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh X4 ilə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 31 yanvar 2015-ci ildə Tağı və 30 avqust 2016-cı ildə Əsmət adlı iki uşaqları doğulmuşdur. Aralarındakı nikahı 22 yanvar 2016-cı ildə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 166 saylı akt qeydi ilə qeydə aldırmışlar. Ailə qurandan sonra xeyli müddət bir yerdə yaşamışlar. Sonradan cavabdeh onu iki azyaşlı uşaqları ilə birlikdə atıb getmişdir. Cavabdeh uşaqlarının saxlanılması üçün heç bir maddi köməklik göstərmədiyi üçün Daşkəsən Rayon Məhkəməsinə aliment tələbi ilə müraciət etmiş, məhkəmənin 09 iyul 2019-cu il tarixli 2(030)-238/2019 saylı qətnaməsi ilə uşaqların maddi təminatı üçün cavabdehin əmək haqqının 1/3 hissəsi miqdarda aliment tutulub ona ödənilməsi qət edilmişdir. Hazırda günün tələblərinə uyğun olaraq uşağın maddi tələbatını təkbaşına ödəyə bilmir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh pensiya alsa da, onun şəxsi təsərrüfatı vardır, həmçinin arıçılıqla məşğul olur. Məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 31 yanvar 2015-ci ildə Gəncə şəhəri Kəpəz rayonunda doğumuşdur. Atası Cavabdeh, anası X8r. Bu barədə Goranboy rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 08 aprel 2015-ci il tarixdə 229 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 30 avqust 2016-cı ildə Gəncə şəhəri Kəpəz rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası X8r. Bu barədə Goranboy rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 20 dekabr 2016-cı il tarixdə 892 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(030)- 238/2019 saylı qətanməsinin surətindən görünür ki, iddia təmin edilmiş, 31 yanvar 2015-ci ildə anadan olmuş X12 və 30 avqust 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 11 iyun 2019-cu il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarda aliment tutulub İddiaçı ödənilməsi, aliment tələbi üzrə Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X13 ödənilməsi, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X7 nikahı Daşkəsən Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 30 mart 2022-ci il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 10 dekabr 2024-cü il tarixli MŞG/1-02375 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 10 dekabr 2024-cü il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən Cavabdeh 19 noyabr 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. İşə əlavə olunmuş 10 dekabr 2024-cü il tarixli BPM**********04 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X4 el adəti ilə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 31 yanvar 2015-ci ildə X12 və 30 avqust 2016-cı ildə X10 doğulmuşdur. Aralarındakı nikahı 22 yanvar 2016-cı ildə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 166 saylı akt qeydi ilə qeydə aldırmışlar. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar və Daşkəsən Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(030)- 238/2019 saylı qətanməsi ilə 31 yanvar 2015-ci ildə anadan olmuş X12 və 30 avqust 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 11 iyun 2019-cu il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarda aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı 31 yanvar 2015-ci ildə doğulmuş X12 və 30 avqust 2016-cı ildə doğulmuş X1 üçün hər uşağa 235 manat olamqla, cəmi 470 manat sabit pul məbləğində alimen təyin ounmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2019-cu ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il üçün “Yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İş üzrə göründüyü kimi, Daşkəsən Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(030)-238/2019 saylı qətnaməsi ilə 31 yanvar 2015-ci ildə anadan olmuş X12 və 30 avqust 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 11 iyun 2019-cu il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarda aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə çıxarılarkən cavabdeh orta məktəbdə texniki fənlər üzrə müəllim işləmişdir ouun əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda yaşa görə 538 manat əmək pensiyası alır, bu məbləğin 1/3 hissəsi miqdarında alimentin tutulması iki uşağın saxlanılması üçün kifayət qədər yetərli hesab edilmir. Odur ki, alimentin sabit pul məbləğində təyin olunması uşaqların mənafeyinə uyğundur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 31 yanvar 2015-ci ildə doğulmuş X12 və 30 avqust 2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay cavabdeh X2 hər uşağa 17 yanvar 2025-ci ildən ölkə üzrə minumum əmək haqqının 0,40 misli həddində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 3840 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 58,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından 31 yanvar 2015-ci ildə doğulmuş X12 və 30 avqust 2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay cavabdeh X2 hər uşağa 17 yanvar 2025-ci ildən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,40 misli həddində aliment tutulub İddiaçı ödənilsin. X2 58,40 ( əlli səkkiz manat qırx qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X13 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar