Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-179/2025 06.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı barışıq sazişinin təsdiq edilməsi və aliment tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edib, 13 may 2023-cü il tarixdə Cavabdeh ilə bağladıqları barışıq sazişinin təsdiq edilməsi, Cavabdeh 2160 manat aliment borcunun və 02 aprel 2008-ci il təvəllüdlü X2, 17 iyun 2009-cu il təvəllüdlü X3 və 02 avqust 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 60 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhər 1 saylı Mediasiya təşkilatında 13 may 2023-cü il tarixdə barışıq sazişi bağlanmış, sazişə əsasən Cavabdeh 02 aprel 2008-ci il təvəllüdlü X2, 17 iyun 2009-cu il təvəllüdlü X3 və 02 avqust 2011-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa sabit pul məbləğində 60 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment ödəməyə dair öhdəlik götürmüşdür. Cavabdeh 13 may 2023-cü il tarixdən 2024-cü ilin yanvar ayınadək alimenti ödəmiş, 2024-cü ilin yanvar ayından hal-hazıra kimi müxtəlif bəhanələrlə aliment ödəməkdən boyun qaçırmışdır. Cavabdeh 1980 manat məbləğində aliment borcu yaranmışdır. Cavabdeh barışıq sazişi ilə üzərinə götürdüyü aliment öhdəliyini icra etməmiş, aliment ödəməkdən imtina etmiş, bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat verilmiş maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Göygöl Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 20 noyabr 2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə Göygöl rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 23 dekabr 2023-cü il tarixdə 136 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş İlkin mediasiya sesiyasında təsdiq edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 may 2023-cü il tarixli “Barışıq sazişi”ndən görünür ki, birinci tərəf İddiaçı və ikinci tərəf Məmmədov X1 rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmış 17 sentyabr 2009-cu il tarixli 117 nömrəli nikah akt qeydinin tərəfindən əlavə 3 ay vaxt verilmədən məhkəmə vasitəsilə pozulması barədə razılığa gəlmişlər. Tərəflər birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək birinci tərəf uşaqların anası İddiaçı himayəsində qalmasına ikinci tərəf Cavabdeh etiraz etməmişdir. Tərəflər birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2,xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa sabit pul məbləğində 60 (atmış) manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment ödəməyi ikıncı tərəf Cavabdeh birinci tərəf uşaqların anası İddiaçı müvafiq bank hesabına ödəniş edəcəyinə dair öhdəlik götürmüşdür. Tərəflər birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 21:00-dək uşaqların atası Cavabdeh ilə ünsiyyətinə mane olmayacağına dair uşaqların anası İddiaçı öhdəlik götürmüşdür. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 02 aprel 2008-ci ildə X5,17 iyun 2009-cu ildə X6 və və 02 avqust 2011-ci ildə X7 doğulmuşdur. Tərəflər arasında 13 may 2023-cü il tarixli “Barışıq sazişi” bağlanmış, sazişə əsasən Tərəflər birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2,xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 60 (atmış) manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment ödəməyi ikıncı tərəf Cavabdeh birinci tərəf uşaqların anası İddiaçı müvafiq bank hesabına ödəniş edəcəyinə dair öhdəlik götürmüşdür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı 13 may 2023-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Nəzərə alınmalıdr ki, tam fəaliyyət qabiliyyətli olan saziş tərəfləri iradələrini əks etdirən imzalarıyla sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşdüklərini bəyan etmişlər. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırkı tələb barışıq sazişinin təsdiqi ilə bağlı olsa da, mahiyyət etibarilə alimentin tutulmasının təmininə yönəlmişdir. Odur ki, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 may 2023-cü il tarixli barışıq sazişinin tərəflər birgə nikahdan doğulmuş 02 aprel 2008-ci il təvəllüdlü X2, 17 iyun 2009-cu il təvəllüdlü X3 və 02 avqust 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh hər uşağa 60 (atmış) manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi hissəsində məcburi icra üçün təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-179/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-179/2025
06.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver