Məhkəmə qərarları › İş №2(030)-194/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-194/2023

05.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-194/2023 05.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 avqust 2018ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün ərizə verildiyi tarixdən başlayaraq hər ay Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh ilə 10 sentyabr 2017-ci il tarixdə el adəti ilə toy edib ailə qurmuşlar. Aralarındakı nikahı 17 oktyabr 2017-ci il tarixdə Daşkəsən rayonu Qeydiyyat şöbəsində 56 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahdan 25 avqust 2018-ci ildə Nilay adlı bir uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Cavabdeh müddətdən artıq həqiqi hərbi qulluqçu kimi orduda xidmət etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli 2(030)-460/2019 saylı qətnaməsi ilə 25 avqust 2018-ci ildə anadan olmuş X1 üçün cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulub ona ödənilməsi qət edilmişdir. 2021-ci ilin iyul ayında cavabdeh ordudan təxris olunmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(030)-316/2021 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş və 25 avqust 2018-ci ildə anadan olmuş X1 üçün hər ay cavabdehdən 150 manat məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Cavabdeh 2022-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində manqa komandiri vəzifəsində işləyir və aylıq əmək haqqı 1350 manat təşkil edir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X4 25 avqust 2018-ci ildə Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh, anası X5r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 07 sentyabr 2018-ci il tarixdə 162 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 2(030)-460/2019 saylı 28 dekabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş - 25 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 02 dekabr 2019-cu il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub iddiaçı X6 ödənilməsi, əlavə olaraq 25 avqust 2018-ci il təvəllüdlü X4 3 yaşına çatanadək Cavabdeh 100 (bir yüz) manat məbləğində aliment tutulub iddiaçı X6 ödənilməsi, aliment tələbi üzrə Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X8 ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 2(030)-316/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, X7 ilə Cavabdeh arasında bağlanmış, Daşkəsən rayon Qeydiyyat şöbəsində 17 oktyabr 2017-ci il tarixdə 56 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən X6 nikahdan əvvəlki “Qurbanova” soyadını bərpa etmək hüququnun olması izah edilməsi, tərəflərin birgə nikahından 25 avqust 2018-ci ildə anadan olmuş X4 iddiaçı X3 yanında saxlanılması, Daşkəsən Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli 2(030)-460/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilməsi, 25 avqust 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 01 sentyabr 2021-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində aliment tutulub iddiaçı X6 ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah Daşkəsən Rayon Məhkəməsinin 2(030)-316/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 21 dekabr 2021-ci il tarixdə 47 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 13 fevral 2023-cü il tarixli MŞG/1-00362 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 13 fevral 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh 10 yanvar 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iddiaçının izahatnı dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 10 sentyabr 2017-ci il tarixdə el adəti ilə toy edib ailə qurmuşlar. Aralarındakı nikahı 17 oktyabr 2017-ci il tarixdə Daşkəsən rayonu Qeydiyyat şöbəsində 56 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahdan 25 avqust 2018-ci il tarixdə X4 adlı bir uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-316/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə X7 ilə Cavabdeh arasında bağlanmış, Daşkəsən rayon Qeydiyyat şöbəsində 17 oktyabr 2017-ci il tarixdə 56 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, Daşkəsən Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli 2(030)-460/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilməsi, 25 avqust 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 01 sentyabr 2021-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində aliment tutulub iddiaçı X6 ödənilməsi qət edilmişdir. 25 avqust 2018-ci ildə anadan olmuş X4 anası İddiaçı himayəsində qalır. İddiaçı 25 avqust 2018-ci ildə anadan olmuş X1 üçün sabit pul məbləğində təyin edilmiş aliment miqdarının dəyişdirilərək cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında təyin olunmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İş üzrə göründüyü kimi, Daşkəsə Rayon Məhkəməsinin 2(030)-316/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə 25 avqust 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün hər ay Cavabdeh 150 manat məbləğind aliment tutulub iddiaçı X6 ödənilməsi qət edilmişdir. Hazırda Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində işləyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə, 1 uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 76.1.2-ci maddəsinə görə, 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 76.1.3-cü maddəsinə görə, 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tululur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 25 avqust 2018-ci ildə anadan olmuş X2 maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub İddiaçı ödənilməlidir. Məhkəmə alimentin artırılmasının ərizənin verildiyi tarixdən hesablanması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Ali Məhkəmə Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh 28 noyabr 2022-ci il tarixdə 09:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, 50 manat ilkin mediasiya cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-316/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. 25 avqust 2018-ci ildə anadan olmuş X2 maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar