Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-232/2024 01.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları 08 may 2007-ci il təvəllüdlü X2 və 10 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh hər uşağa 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh hazırlıq iclasından sonra oğlu 10 sentyabr 2012-ci il təvəllüdlü X5 aparmış və geri qaytarmamışdır. Odur ki, 10 sentyabr 2012-ci il təvəllüdlü X3 Cavabdeh alınıb ona verilməsi və aliment təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə aralarındakı nikahı 12 dekabr 2006-cı il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 05 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahdan 08 may 2007-ci ildə Aytac və 10 sentyabr 2012-ci ildə Ağa adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar. Cavabdeh uşaqları ilə maraqlanmamış və onların maddi təminatı üçün heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh hazırlıq iclasından sonra oğlu 10 sentyabr 2012-ci il təvəllüdlü X5 aparmış və geri qaytarmamışdır. Hazırda oğlu Ağa Mayılov onunla birlikdə qalmaq istəmədiyi üçün cavabdehin yanında qalmasına etiraz etmir. Lakin oğlu ilə görüşmək və ünsiyyətdə olmaq istəyir. Heç bir yerdə işləmir, əlavə gəlir və qazancı yoxdur. Günün tələblərinə uyğun olaraq uşağın maddi tələbatını təkbaşına ödəyə bilmir. Odur ki, məhkəmədən 08 may 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 300 manat sabit pul məbləğində aliment tutuılub ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı aralarındakı nikahı 12 dekabr 2006-cı il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 05 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahdan 08 may 2007-ci ildə Aytac və 10 sentyabr 2012-ci ildə Ağa adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. 13 mart 2024-cü il tarixdə oğlu Ağa Mayılov onun yanına qayıtmış və həmin vaxtdan hal-hazıra kimi onun yanında yaşayır. O, iddiaçının uşağı ilə görüşməsinə etiraz etmir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmədən maddi imkanı nəzərə alınaraq aliment təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Vəkil Cavabdeh ilə eyniməzmunlu izahat verib iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında valideynlərinin iştirakı ilə dindirilmiş 08 may 2007-ci il təvəllüdlü X2 göstərmişdir ki, hazırda o, anasının, qardaşı isə atasının yanında yaşayır. Anasının yanında qalmaq istəyir. Məhkəmə iclasında valideynlərinin iştirakı ilə dindirilmiş 10 sentyabr 2012-ci il təvəllüdlü X6 göstərmişdir ki, hazırda o, atasının, bacısı isə atasının yanında yaşayır. Atasının yanında qalmaq istəyir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 12 dekabr 2006-cı il tarixdə nikah bağlanmış və bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 05 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 08 may 2007-ci ildə Daşkəsən rayonu Mollahəsənli kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 15 may 2007-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 10 sentyabr 2012-ci ildə Göygöl rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 05 oktyabr 2012-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 yanvar 2024-cü il tarixli MŞG/MT0032/2024-00096 nömrəli arayışdan görünür ki, İddiaçı “nikhaın pozulması, aliment, əmlak bölgüsü və evdən istifadəı hüququnun tanınması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 26 yanvar 2024-cü il tarixdə saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh 11 yanvar 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İşə əlavə olunmuş 23 yanvar 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində xərc tam ödəmişdir. İşə əlavə olunmuş 06 may 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində xərc tam ödəmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon İcra Hakimiyyətu Başçısı Aparatında Qəyyumluq və Himayəçilik Komissiyasının 01 iyul 2024-cü il tarixli rəyindən görünür ki, 10 sentyabr 2012-ci il tarixdə soğulmuş X3 gələcəkdə anası ilə ünsiyyətinə mane olmamaq şərti ilə faktiki vəziyyətdə hazırda yaşadığı, qeyd olunan yaşayış evində qalmaqla, atası Cavabdeh yanında saxlanılması məqsədə uyğun hesab edilmişdir. Məhkəmə tərəflərin və cavabdehin vəkilinin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin fakitiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 12 dekabr 2006-cı il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 05 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahdan 08 may 2007-ci ildə X2 və 10 sentyabr 2012-ci ildə X7 doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. 10 sentyabr 2012-ci ildə doğulmuş X7 13 mart 2024-cü il tarixdən atası Cavabdeh yanına getmiş, hal-hazıradək atası ilə birlikdə yaşayır. Tərəflər 08 may 2007-ci il təvəllüdlü X1 İddiaçı, 10 sentyabr 2012ci il təvəllüdlü X4 isə Cavabdeh yanında qalması barədə qarşılıqlı razılığa gəlmişlər. Hazırda İddiaçı 08 may 2007-ci il təvəllüdlü X1 maddi təminatı üçün 300 manat məbləğində aliment tutulub ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasım təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşağının saxlanılması üçün 300 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də, alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 08 may 2007-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 02 fevral 2024-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh 26 yanvar 2024-cü il tarixdə 14:00 saatlarında keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci, yəni 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30.4-cü maddəsinə görə, nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 08 may 2007-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 02 fevral 2024-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat mediasiya xərci və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 100 (bir yüz) manat məbləği Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-232/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-232/2024
01.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver