Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-278/2024 13.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarında doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə təyin olunmuş 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin miqdarının azaldılaraq hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat məbləğində alimentin Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, əvvəllər hər uşağa görə 90 manat aliment ödəmişdir. Daşkəsən Rayon Məhkəməsinin 23 avqust 2023-cu il tarixli 2(030)-406/2023 saylı qətnaməsi ilə alimetnin miqdarı dəyişdirilərək, hər ay ondan bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, lakin şikayəti təmin edilməmişdir. O, hidrotexniki qurğuların təmiri üzrə usta işləyir və aylıq 300 manat məbləğində əmək haqqı alır. Yaşlı valideynləri ilə birlikdə yaşayır. Maddi vəziyyəti olduqca ağırdır. Təyin edilmiş alimenti ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hər uşağa hər ay 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Hazırda təyin edilmiş alimentlə uşaqlarının maddi tələbatını ödəməkdən çətinlik çəkir. İddiaçı isə alimentdən başqa uşaqlarının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Özü heç bir yerdə işləmir. Əlavə gəlir və qazancı yoxdur. Alimentin miqdarıl azaldılmasına etiraz edir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin 18 yanvar 2024-cü il tarixli 3-16-5/7-69-350/2023 saylı arayışından görünür ki, X3 21 sentyabr 2016-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 01 iyun 2017-ci il tarixdə 96 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin 18 yanvar 2024-cü il tarixli 3-16-5/7-69-349/2023 saylı arayışından görünür ki, X4 06 noyabr 2017-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 30 yanvar 2018-ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 23 avqust 2023-cu il tarixli 2(030)-406/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Daşkəsən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(030)-54/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmış, 21 sentyabr 2016-cı ildə anadan olmuş X3 və 06 noyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay cavabdeh İddiaçı hər uşağa 150 (bir yüz əll) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddiaçı Cavabdeh ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat mediasiya xərci cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə edilmiş Bakı 13 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 fevral 2024-cü il tarixli MŞB/13/2024-00140 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin azaldılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 16 fevral 2024cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən cavabdehə 05 fevral 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İşə əlavə edilmiş 16 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində ilkin mediasiya xərci ödənilmişdir. İşə əlavə edilmiş 16 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 10 manat məbləğində ilkin mediasiya xərci ödənilmişdir. İşə əlavə edilmiş 23 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı Cavabdeh 2015-ci ildə ailə qurmuşlar. Aralarındakı nikahı 02 mart 2017-ci ildə 4 saylı Bakı “Asan Xidməti” Mərkəzi Qeydiyyat şöbəsində 418 saylı akt qeydi ilə qeyd etdirmişlər. Birgə nikahdan 21 sentyabr 2016-cı ildə X3 və 06 noyabr 2017-ci ildə X4 anadan olmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(030)- 54/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar Cavabdeh himayəsinə verilmiş və uşaqlarının maddi təminatı üçün hər uşağa 90 manat olmaqla, cəmi 180 manat məbləğində aliment təyin edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 23 avqust 2023-cu il tarixli 2(030)-406/2023 saylı qətnaməsi ilə alimentin miqdarı artırılmış, 21 sentyabr 2016-cı ildə anadan olmuş X3 və 06 noyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay cavabdeh İddiaçı hər uşağa 150 (bir yüz əll) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməs qət edilmişdir. Hazırda tərəflər ayrı yaşayırlar. 21 sentyabr 2016-cı ildə anadan olmuş X3 və 06 noyabr 2017-ci ildə anadan olmuş X4 Cavabdeh yanında qalır. İddiaçı Xaliq Əsgərov uşaqların saxlanılması üçün təyin edilmiş alimentin miqdarının azaldılmasını tələb edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Uşaqların saxlamaq üçün təkcə atadan deyil, həmdə anadan da aliment alına bilər. Uşaqların atanın yanında saxlanılması ananın uşaqların saxlanması üçün aliment vermək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitutsiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən isə uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cü maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamılıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi. hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə hesab edir ki, alimentin təyin olunmuş miqdarının azaldılması üçün iddiaçının istinad etdiyi arqumentlər əsaslı deyildir, uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusilə nəzərə alınmalı, ata da ana kimi uşağın bütün maddi tələbatlarının ödənilməsində aktiv şəkildə iştirak etməlidir. Aliment təyin edilərkən ilk növbədə uşağın maddi təminatının normal olması, onun yaxşı şəraitdə yaşaması düşünülür. Alimentin miqdarının azaldılması uşağın təminatının pisləşməsinə və onun sağlamlığına təhlükə yaranmasına səbəb ola bilər. Ona görə də məhkəmə iddianın təmin olunmasını məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası MPM-nin 82.2 və 82.3-cü maddələrinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir; bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-278/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-278/2024
13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver