Məhkəmə qərarları › İş №2(030)-293/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-293/2023

26.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-293/2023 26.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 may 2021ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün hər ay Cavabdeh əmək haqqının ¼ hissəsi miqdarında aliment və ödənilmiş 50 manat mediasiya xərcinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, Cavabdeh ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Faktiki nikahlarından 17 may 2021-ci il tarixdə Eşqin adlı bir uşaqları anadan olmuşdur. Aralarındakı nikahı 13 iyun 2021-ci il tarixdə Gəncə “ASAN xidmət “ mərkəzi qeydiyyat şöbəsində 949 nömrə akt qeydi ilə rəsmiləşdirmişlər. Hər ikisinin ikinci evliliyi olmuş və hər birinin əvvəlki evliliyindən bir uşaqları olmuşdur. Cavabdehin valideynləri onu qəbul etmədikləri üçün məcbur olub kirayədə yaşayır. Son zamanlar cavabdeh ailəyə qarşı soyuq münasibət göstərmiş, ailənin maddi təminatını ödəməmişdir. Uşağı azyaşlı olduğunu üçün heç bir yerdə işləyə bilmir. Hazırda maddi vəziyyəti olduqca ağırdır. Günün tələblərinə uyğun olaraq uşağın maddi tələbatını təkbaşına ödəyə bilmir. Cavabdeh hazırda müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 17 may 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 30 sentyabr 2021-ci il tarixdə 1678 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh 17 may 2021-ci İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə Quba regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 30 sentyabr 2021-ci il tarixdə 0134 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 13 iyun 2021-ci il tarixdə nikah bağlanmış və Gəncə “ASAN xidmət” Qeydiyyat şöbəsində 949 nömrəli akt qeyi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İşə əlavə edilmiş ilk mediasiya sessiyasından iştirak edilməməsi barədə 25 may 2023-cü il tarixli MŞG/1-01005 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbinə dair” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan Cavabdeh mübahisə üzrə 25 mart 2023-cü il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı Cavabdeh mediasiyanın tətəbiqi barədə 27 fevral 2023-cü il tarixli təklif məktubu göndərilmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Faktiki nikahlarından 17 may 2021-ci ildə X3 anadan olmuşdur. Aralarındakı nikahı 13 iyun 2021-ci il tarixdə Gəncə “ASAN xidmət” Qeydiyyat şöbəsində 949 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Hazırda azyaşlı uşaq iddiaçının himayəsindədir. İddiaçı Cavabdeh mediasiya tətbiqi barədə 27 fevral 2023-cü il tarixli təklif məktubu göndərmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Cavabdeh müddətdən artıq həqiqi hərbi qulluqçu kimi orduda xidmət edir. İddiaçı 17 may 2021-ci ildə anadan olmuş X1 maddi təminatı üçün hər ay Cavabdeh əmək haqqının ¼ hissəsi miqdarında təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə, 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 76.1.2-ci maddəsinə görə, 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 76.1.3-cü maddəsinə görə, 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tululur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 17 may 2021-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 27 fevral 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər 25 mart 2023-cü il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ödənilmiş 50 manat ilkin mediasiya xərcinin cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 17 may 2021-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 27 fevral 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdehn qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev Qoşma: icra vərəqəsi – 01 vərəqə Qətnamənin surəti - 02 vərəqə Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev İş № 2(030)–293/2023 İCRAVƏRƏQƏSİ Daşkəsən Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(030)-293/2023 saylı qətnaməsi üzrə DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanunun 10-cu maddəsinə əsasən icra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtında verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclu: Cavabdeh, xx.xx.1990-ci ildə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş, Ünvanı: Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi Səməd Vurğun küçəsi ev 52 Telefon: 051 538 81 19 Tələbkar: İddiaçı, xx.xx.1994-cü ildə Quba rayonu 1-ci Nügədi kəndində anadan olmuş, Ünvanı: Quba rayonu İqrığ kəndi Telefon: 050 412- 26 31 İcra vərəqəsi 13 iyul 2023-cü il tarixdə verilmişdir. Daşkəsən rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi 17. Telefon: (022) 215-56-44 Faks: (022) 215-47-55 İş № 2(030)-293/2023 13 iyul 2023-cü il Daşkəsən rayon İcra və probasiya şöbəsinə Daşkəsən Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(030)-293/2023 saylı icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qoşma: icra vərəqəsi – 01 vərəqə Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. [248]

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar