Məhkəmə qərarları › İş №2(030)-323/2025

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-323/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-323/2025 25.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,21 ha torpaq sahəsinin 0,04 ha hissəsinə dair aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, daşınmaz əmlakıən dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə ləğv edilməsi, həmin çıxarışla cavabdehlərə aid torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindıə qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində göstərilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 qeydiyyat ünvanı ünvan 1 olmaqla əsas tələb alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsidir, torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması əlavə tələb sayılır. Tələbin sonrakı hissələrinə də cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir Belə olan halda İddiaçı iddiasına baxılması Daşkəsən Rayon Məhkəməsinə aid deyildir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq cavabdehlərin və üçüncü şəxsin rəsmi qeydiyyatda olduğu yeri üzrə Gəncə şəhər Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar