Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-331/2025 15.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2024-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh 235 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh aralarındakı nikahı 26 may 2023-cü il tarixdə rəsmi nikah qeydiyyatında keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 01 aprel 2024-cü ildə Renat adlı bir uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Göygöl Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası üzrə 220 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Cavabdeh işləməsə də, təyin edilmiş aliment hər ay vaxtı-vaxtında ödənilir. Buna baxmayaraq, iddiaçı yenidən aliment tələbi ilə digər məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş Gəncə şəhər Qeydiyyat şöbəsinin 19 dekabr 2023-cü il tarixli 3- 16-5/8-70-R-5156/2023 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında 26 may 2023-cü il tarixdə nikah bağlanmış və Gəncə şəhər Qeydiyyat şöbəsində şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 84 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 01 aprel 2024-cü ildə Göygöl şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 16 aprel 2024-cü il tarixdə 781 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Göygöl Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2(066)- 353/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı hamiləliyi dövründə və doğulacaq uşağı 3 yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi, alimentin tutulmasının iddia ərizəsinin verildiyi 12 fevral 2024-cü il tarixdən hesablanması, Cavabdeh 55 manat mediasiya xərcinin tutularaq İddiaçı verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Göygöl Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2(066)-353/2024 nömrəli qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnaməsi mövcuddur. İddia ərizənin məzmunundan göründüyü kimi ərizədə əvvəl təyin olunmuş alimentin olması qeyd edilmir. Ərizə alimentin miqdarının dəyişdirilməsindən bəhs olunmur, alimentin təyin olunması tələb olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə işin icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-331/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-331/2025
15.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver