Məhkəmə qərarları › İş №2(030)-332/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-332/2025

17.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-332/2025 17.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın mübahisələndirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 aprel 2016cı ildə anadan olmuş X4 “atalığın müəyyən etmə haqqında” Daşkəsən rayon Qeydiyyat şöbəsində 29 aprel 2016-cı ildə 39 nömrə aktında qeydiyyata alınan yazını və eləcə də həmin aktın əsasında Daşkəsən rayon Qeydiyyat şöbəsində 29 aprel 2016-cı il tarixdə 76 nömrəli qeydlə verilmiş doğum haqqında şəhadətnamənin və bu barədə aparılmış qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh aralarındakı nikahı 06 sentyabr 2008-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 108 nömrə ilə qeydə aldırmışlar. Ailə qurandan sonra münasibətləri yaxşı olmuşdur. Aralarında narazılıq olduğu üçün fakitki olaraq 2009-cu ildə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 15 noyabr 2010-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin vaxtdan iddiaçı ilə cavabdeh ayrı yaşamışlar. Faktiki olaraq tərəflərin heç bir münasibətləri olmasa da, 21 aprel 2016-cı ildə Zeynəb adlı uşağa Daşkəsən rayon Qeydiyyat şöbəsində atalıq müəyyən edilmiş və atalığın müəyyən edilməsi haqqında 29 aprel 2016-cı il tarixli 39 nömrəli akt qeydi aparılmışdır. İddiaçı 21 aprel 2016-cı ildə doğulmuş X3 bioloji atası deyildir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, oğlu İddiaçı uşaqlıqdan “neyroinfeksiya” xəstəliyindən əziyyət çəkir və hal-hazıradək stasionar müalicə alır. Qeyd edilən xəstəliyə görə Azərin övladının olması mümkün deyildir. Oğlu Azər 21 aprel 2016-cı ildə doğulmuş X3 bioloji atası deyildir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 21 aprel 2016-cı ildə doğulmuş X3 atası İddiaçıdur. Nikahları pozulmuş olsa da onlar barışıb bir yerdə yaşadıqları müddətdə həmin uşaq doğulmuşdur. Uşaq doğulduqdan sonra hər ikisinin ərizəsi əsasında uşağa atalıq müəyyən edilmişdir. İddiaçı ona böhtan atır. İş üzrə məhkəmə bioloji ekspertiza təyin edilsə də, maddi imkansızlıqdan uşağı Bakı şəhərinə ekspertizaya apara bilməmişdir. İddiaçı aliment ödəməkdən yayınmaq istəyir. İşə əlavə edilmiş Daşkəsən rayon Mərkəzi Xəstəxananın xəstənin tibb kitabçasından çıxarışın surətindən görünür ki, 1984-cü il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müalicə olunmuş və ona “keçirilmiş neyroinfeksiyanın qalığı sol aşağı ətafın hissi hərəki pozğunluğu OU-yüksək dərəcəli nuopiya” diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş atalığın müyyən edilməsi haqqında 29 aprel 2016-cı il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh 21 aprel 2016-cı ildə doğulmuş X2 Əmraslanova, ata adının Azər yazılması və doğum haqqında yeni şəhadətnamə varilməsini xahiş etmişdir. Valideynlər, ata İddiaçı Məhər oğlu, ana Cavabdeh qeyd edilmiş, ərizə ata və ana tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş 29 aprel 2016-cı il tarixli 253938 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydinin surətindən görünür ki, 21 aprel 2016-cı ildə Daşkəsən rayonunda Cavabdeh doğulmuş X4 atası İddiaçı hesab edilmişdir. Bu barədə 29 aprel 2016-cı il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 30 nömrəli atalığın müəyyən etmək haqqında akt qeydi tərtib olunmuşdur. Atalıq müəyyən edildikdən sonra soyadı: Əmraslanova; adı Zeynəb, Atasının adı: Azər qızı olmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli 2(030)-332/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tibbi bioloji ekspertiza təyin edilmişdir, lakin uşağın ekpertizaya aparılması cavabdeh və yaxud iddiaçı tərəfindən təmin olunmadığından ekspertizanın keçirilməsi mümkün olmamışdır. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 2(030)–100/2019 saylı 26 aprel 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 05 aprel 2010-cu ildə anadan olmuş X5 və 21 aprel 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay cavabdeh İddiaçı hər uşağa 35 (otuz beş) manat olmaqla, cəmi 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 2(030)-640/2024 saylı 15 noyabr 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli 2(030)–100/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, 05 aprel 2010-cu ildə doğulmuş X5 və 21 aprel 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay cavabdeh İddiaçı hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Cavabdeh ödənilməsi, qət edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Daşkəsən Rayon Məhkəməsinin 2(030)-276 saylı 15 noyabr 2010-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İşə əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat şöbəsinin 11 fevral 2025-ci il tarixli arayışının surətindən görünür ki, 21 aprel 2016-cı ildə Daşkəsən rayonunda Cavabdeh doğulmuş X4 atası İddiaçı hesab edilmişdir. Bu barədə 29 aprel 2016-cı il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 39 nömrəli atalığın müəyyən etmək haqqında akt qeydi tərtib olunmuşdur. Atalıq müəyyən edildikdən sonra soyadı: Əmraslanova; adı Zeynəb, Atasının adı: Azər qızı olmuşdur. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21 aprel 2016-cı ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 29 aprel 2016-cı il tarixdə 76 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat şöbəsinin 16 aprel 2025-ci il tarixli 3-16- 5/8-69-122/2025 saylı məktubundan görünür ki, İddiaçı və Cavabdeh birgə ərizələrinə əsasən 29 aprel 2016-cı il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən X7 barəsində 39 nömrəli atalığın müəyyən etmə haqqında akt qeydi tərtib edilmişdir. Atalıq müəyyən edildikdən sonra soyadı “Əmraslanova”, adı “Zeynəb” atasının adı “Azər” qeyd edilmişdir. İşə əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 19 mart 2025-ci il tarixli MŞG/MT007/2025-00396 nömrəli arayışdan görünür ki, İddiaçı “atalığın mübahisə olunması haqqında akt və alimentin ləğv edilməsi tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 19 mart 2025ci il tarixdə saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddələrinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə görə, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 47.2-ci maddəsinə görə, bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, atalığı mübahisələndirilən uşaq, X6 21 aprel 2016-cı ildə doğulmuşdur. Bundan üç il sonra, Daşkəsən Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə həmin uşağın saxlanılması üçün hər ay 35 manat sabit pul məbləğində alimentin İddiaçı tutulması qət edilmişdir. Həmin iş üzrə keçirilmiş məhkəmə iclasında İddiaçı cavabdeh qismində iştirak etmiş və izahatında 21 aprel 2016-cı ildə doğulmuş X1 üçün hər ay 35 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Daşkəsən Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflərin birgə yaşadıqları müddətdə, 21 aprel 2016-cı ildə Zeynəb adlı ikinci uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Daşkəsən Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılmış, 05 aprel 2010-cu ildə doğulmuş X5 və 21 aprel 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı hər ay cavabdeh İddiaçı hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan sonra İddiaçı atalığa dair mübahisə açma ilə bağlı məhkəməyə müraciət etmişdir. Daşkəsən rayon Qeydiyyat şöbəsinin 17 dekabr 2025-ci il tarixli məktubuna əlavə edilərək məhkəməyə təqdim edilmiş “atalığın müəyyən edilməsi barədə” ərizənin təsdiq olunmuş surətindən görünür ki, ərizə xx.xx.2016-cı il tarixdə İddiaçı və Cavabdeh tərəfindən imzalanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənatə gəlir ki, iddianın təmin olunması üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə olunmuş 22 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar