Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-357/2023 12.06.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X23 Şəmsi oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 08 fevral 2023-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh 25 manat məbləğində aliment tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərdi ki, Cavabdeh ilə aralarındakı nikahı 11 sentyabr 2009-cu ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 115 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşdur. Birgə nikahdan 29 iyul 2011-ci ildə Nurlan, 20 yanvar 2013-cü ildə Yavər, 24 dekabr 2013-cü ildə Əzizə, 11 oktyabr 2015-ci ildə Sevgi, 11 aprel 2017-ci ildə Nihat və 06 aprel 2019-cu ildə Nuray adlı altı uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(030)-294/2018 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, həmin vaxt alimentdən imtina etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(030)—321/2021 saylı qətnaməsi ilə 29 iyul 2011-ci ildə doğulmuş X6, 20 yanvar 2013-cü ildə doğulmuş X11, 24 dekabr 2013-cü ildə doğulmuş X7, 11 oktyabr 2015ci ildə doğulmuş X8, 11 aprel 2017-ci ildə doğulmuş X12 və 06 aprel 2019-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdeh hər uşağa 25 manat olmaqla, cəmi 150 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Rəsmi qaydada boşansalar da, sonradan cavabdehlə barışıb bir yerdə yaşamağa başlamışlar. Faktiki münasibətlərindən 08 fevral 2023cü ildə Aylin adlı bir qız uşağı doğulmuşdur. Cavabdeh uşağın maddi ehtiyaclarını təmin etməmiş, uşağın saxlanılması üçün heç bir maddi yardım göstərməmişdir. O, isə günün tələblərinə uyğun olaraq uşağın maddi tələbatını təkbaşına ödəyə bilmir. Odur ki, məhkəmədən iddia tələbini təmin olunmasını xahiş edir. Cavabdeh teleqramla məhkəməyə mürcaiət edərək,işə onun iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(030)-294/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X9 ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2009-cu il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 115 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, nikahın pozulması haqqında akt qeydi aparılarkən iddiaçı X4 nikahdan əvvəlki “İsayeva” soyadını bərpa etmək hüququnun olması izah edilmiş, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2011-ci ildə doğulmuş X6, xx.xx.2013-cü ildə doğulmuş X11, xx.xx.2013-cü ildə doğulmuş X7, xx.xx.2015-ci ildə doğulmuş X8 və xx.xx.2017-ci ildə doğulmuş X12 iddiaçı X3 himayəsində saxlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(030)-321/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından 29 iyul 2011-ci ildə doğulmuş X6, 20 yanvar 2013-cü ildə doğulmuş X11, 24 dekabr 2013-cü ildə doğulmuş X7, 11 oktyabr 2015ci ildə doğulmuş X8, 11 aprel 2017-ci ildə doğulmuş X12 və 06 aprel 2019-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 09 iyul 2021-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 25 (iyirmi beş) manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aliment tələbi üzrə Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X13 ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X10 08 fevral 2023-cü ildə Goranboy şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 14 fevral 2023-cü il tarixdə 17 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 08 fevral 2023-cü il tarixdə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 14 fevral 2023-cü il tarixdə 07 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş ilk mediasiya sessiyasından iştirak edilməməsi barədə 28 aprel 2023-cü il tarixli MŞG/1-01416 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbinə dair” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan Cavabdeh mübahisə üzrə 28 aprel 2023-cü il tarixdə saat 16:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı Cavabdeh mediasiyanın tətəbiqi barədə 18 aprel 2023-cü il tarixli təklif məktubu göndərilmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə, 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 76.1.2-ci maddəsinə görə, 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 76.1.3-cü maddəsinə görə, 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tululur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı X9 ilə Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflərin nikahından altı uşaqları doğulmuşdur. Sonradan tərəflərin nikahı pozulmuş, uşaqlar analarının yanında saxlanılmaqla onların hər biri üçün cavabdehdən 25 manat aliment tutulmuşdur. Tərəflər sonradan barışıb bir yerdə yaşamağa başlamışlar. Faktiki ailə münasibətlərindən tərəflərin 08 fevral 2023-cü ildə Aylin adlı bir qız uşaqları doğulmuşdur. Hazırda iddiaçı 08 fevral 2023-cü ildə doğulmuş X1 maddi təminatı üçün 25 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. Cavabdehin X1 atası olması qanunvericilikdə müəyyən edilmiş qaydada təsbit edilmişdir. Cavabdeh uşağın maddi cəhətdən təmin edilməsi vəzifəsini daşıyır. İddiaçı uşaq üçün 25 manat aliment tələb edir. Cavabdehin aliment ödədiyi daha altı uşaq olması, eləcə də tərəflərin maddi və ailə vəziyyəti nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, 08 fevral 2023-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 25 manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunan normaya uyğun olaraq alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, ödənilmiş mediasiya xərcinə münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh hər hansı üzrlü səbəb göstərmədən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş ilkin mediasiya xərcinin əvəzi qismində 55 manat pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 357-360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 08 fevral 2023-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəli 08 may 2023-cü il tarixdən hesablanmaqla hər ay Cavabdeh 25 (iyirmi beş) manat aliment tutularaq iddiaçı X4 ödənilsin. İddiaçı X3 ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi mediasiya xərcinin əvəzi qismində 55 (əlli beş) manat pul Cavabdeh alınıb iddiaçı X4 verilsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(030)-357/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-357/2023
12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver