Məhkəmə qərarları › İş №2(030)-373/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-373/2023

07.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-373/2023 07.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 noyabr 2020ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün hər ay Cavabdeh 120 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, Cavabdeh ilə 24 iyun 2020-ci ildə el adəti ilə toy edib ailə qurmuşlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Birgə yaşadıqları müddətdə 20 noyabr 2020-ci il tarixdə Hüseyn adlı bir uşaqları doğulmuşdur. Uşağa atalıq müəyyən edilmişdir. Ailə qurandan sonra ilk vaxtlar münasibətləri normal olmuşdur. Son zamanlar bir-birilərini başa düşə bilmədikləri üçün aralarında söz-söhbət, dava-dalaş baş vermiş, əsassız söz-söhbətlər ailənin dağılmasına gətirib çıxarmışdır. Uşağı azyaşlı olduğu üçün heç bir yerdə işləyə bilmir. Hazırda maddi vəziyyəti olduqca ağırdır. Günün tələblərinə uyğun olaraq uşağın maddi tələbatını təkbaşına ödəyə bilmir. Cavabdeh isə uşağının saxlanılıması üçün heç bir maddi köməklik göstərmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Rəsmi nikah qeydiyytaından keçməmişlər. Birgə yaşadıqları müddətdə 20 noyabr 2020-ci il tarixdə Hüseyn adlı bir uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Məhkəmədən 20 noyabr 2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay ondan 120 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20 noyabr 2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 01 iyul 2021-ci il tarixdə 85 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 20 noyabr 2020-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 14 fevral 2023-cü il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ilk mediasiya sessiyasından iştirak edilməməsi barədə 17 mart 2023cü il tarixli MŞG/1-00974 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbinə dair” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan Cavabdeh mübahisə üzrə 17 mart 2023-cü il tarixdə saat 10:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı Cavabdeh mediasiyanın tətəbiqi barədə 15 fevral 2023-cü il tarixli təklif məktubu göndərilmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 24 iyun 2020-ci ildə el adəti ilə toy edib ailə qurmuşlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Birgə yaşadıqları müddətdə 20 noyabr 2020-ci il tarixdə X3 doğulmuşdur. Uşağa atalıq müəyyən edilmiş və Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 14 fevral 2023cü il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Hazırda azyaşlı uşaq iddiaçının himayəsindədir. İddiaçı Cavabdeh mediasiya tətbiqi barədə 15 fevral 2023-cü il tarixli təklif məktub göndərmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İddiaçı 20 noyabr 2020-ci il tarixdə doğulmuş X2 maddi təminatı üçün hər ay Cavabdeh 120 manat məbləğində aliment tutulub ona ödənilməsini xahiş etmişdir. Cavabdeh də alimentin həmin məbləğdə təmin olunmasına etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-ci мaddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2- ci мaddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5- ci мaddəsində göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılmış araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 20 noyabr 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 15 fevral 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 120 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh 17 mart 2023-cü il tarixdə saat 10:30-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ödənilmiş 55 manat ilkin mediasiya xərcinin cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 20 noyabr 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 15 fevral 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat məbləğində mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamnə alimentə dair hissədə dərha icra eidlsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar