Məhkəmə qərarları › İş №2(030)-393/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-393/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-393/2024 30.04.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X17 Hafiz оğlu, İddiaçı Cavabdeh qarşı uşaqların atanın himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Qazax Rayon Məhkəməsinə müraciət edərək birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 cavabdehdən alınaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilimişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Daşkəsən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(030)–476/2018 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından xx.xx.2011-ci ildə anadan olmuş X7, xx.xx.2013-cü ildə anadan olmuş X5, xx.xx.2014-cü ildə anadan olmuş X8 və xx.xx.2017-ci ildə anadan olmuş X1 Günay Azər qızının himayəsində saxlanılması qət edilmişdir. Göründüyü kimi tərəflər arasında nikahın pozulması barədə işə baxılarkən və uşaqla bağlı mübahisə həll edilərkən, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 X9 himayəsində saxlanılması məqsədəuyğun sayılmışdır. Uşağın atasının yanında saxlanılması onun mənafeyinə uyğun hesab edilməmişdir. Hazırda iddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etmədən uşaq tələbini irəli sürür. Məhkəmə onu da qeyd edir ki, uşağın valideynlərdən hansının yanında qalması məsələsinin həll olunması barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra yaranacaq əsas valideynlərə münasibətdə olmalı dır. Mübahisə həll edilən zaman uşağın 10 yaşa çatmamış olması, lakin məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra onun 10 yaşının tamam olması sonradan yaranmış yeni əsas hesab edilmir. On yaşa çatma, uşağın fikrinin nəzərə alınması ilə bağlı məsələdir. Öncə yeni əsas yaranmalı və bu əsasa görə iddia irəli sürülməli, mübahisəyə baxılarkən 10 yaşına çatmış uşağın fikri öyrənilməli və bu məsələ digər hallarla yanaşı cəm halda qiymətləndirməli və uşağın üstün maraqları nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8 nömrəli (20 fevral 2020-ci il tarixli qərarla edilmiş düzəlişlərlə) qərarının 7.5-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin Qərarın 7.8-ci bəndinə görə, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbyacan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə uyğun olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə görə, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir (qaytarılmalıdır). Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən, şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 156, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin. Həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər hazırkı qərardadla birlikdə iddiaçıya qaytarılsın. Qərardaddın iş üzrə icraatın dayandırılması hissəsindən rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : imza Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar