Məhkəmə qərarları › İş №2(030)-413/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-413/2023

14.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-413/2023 14.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunu sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Möyləmova (Ellazalıyeva) Subra Tofiq qızına qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 06 iyun 2012-ci ildə doğulmuş X8 və 10 fevral 2015-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh Möyləmova (Ellazalıyeva) Subra Tofiq qızından hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə 2011-ci ildə ailə qurmuşlar. Aralarındakı nikahı 26 dekabr 2014-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 108 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 06 iyun 2012-ci ildə Qurban və 10 fevral 2015-ci ildə Zeynəb adlı iki uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 2(030)-51/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqlar cavabdehin himayəsinə verilmişdir. Buna baxmayaraq, hal-hazırda uşaqlar onun yanında qalırlar. Uzun müddətdir ki, ayrı yaşayırlar. Cavabdeh ölkə hüdudlarından kənarda yaşayır. Cavabdeh uşaqlarının saxlanılması üçün köməklik göstərsə də, bir müddətdir ki, heç bir köməklik göstərmir. Cavabdeh bir ana kimi uşaqları ilə maraqlanmır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddi tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə 2011-ci ildə ailə qurmuşlar. Aralarındakı nikahı 26 dekabr 2014-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 108 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 06 iyun 2012-ci ildə Qurban və 10 fevral 2015-ci ildə Zeynəb adlı iki uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 2(030)-51/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqlar onun himayəsinə verilmişdir. Lakin sonradan uşaqlar atasının yanına getmişlər və hazırda iddiaçı ilə qalırlar. Heç bir yerdə işləmir. Daimi gəlirləri yoxdur. Buna baxmyaraq, 2023-cü ilin iyul ayınadək uşaqlarının saxlanılması üçün hər ay iddiaçıya 200 manat məbləğində aliment ödəmişdir. Hazırda iddiaçının tələb etdiyi alimenti ödəmək iqtidarında deyil. Uşaqalrın saxlanılması üçün hər uşağa 100 manmat olmaqla, cəmi 200 manat məbləğində aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsi, birgə nikahlarından 06 iyun 2012-ci ildə doğulmuş X8 və 10 fevral 2015-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ondan hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş emtişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 iyun 2012-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində doiğulmuşdur. Atası İddiaçı, anası X3r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 26 dekabr 2014-cü il tarixdə 328 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10 fevral 2015-ci ildə Bakı şəhəri Xətai rayonunda doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 04 mart 2015-ci il tarixdə 47 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 2(030)- 51/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə X7 arasında bağlanmış, Daşkəsən rayon Qeydiyyat şöbəsində 26 dekabr 2014-cü il tarixdə 104 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulması haqqında akt qeydi aparılarkən cavabdeh X4 nikahdan əvvəlki “Möyləmova” soyadını bərpa etmək hüququnun olması izah edilməsi, boşanmadan sonra tərəflərin birgə nikahından - 06 iyun 2012-ci ildə anadan olmuş X8 İddiaçı, 10 fevral 2015-ci ildə anadan olmuş X6 cavabdeh X2 yanında saxlanılması qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 may 2023-cü il tarixli MŞG/2023-00033 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf X7 26 may 2023-cü il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh X4 13 may 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsi üçün 55 manat məbləğində xərc tam ödəmişdir. İşə əlavə olunmuş X5 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iddia tələbini qismən təmin olunması və hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin fakitiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2011ci ildə ailə qurmuşlar. Aralarındakı nikahı 26 dekabr 2014-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 108 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 06 iyun 2012-ci ildə X8 və 10 fevral 2015-ci ildə X6 doğulmuşdur. Aralarında yaranmış narazılığa görə tərəflər ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 2(030)-51/2020 saylı qətnaməsi ilə İddiaçı ilə X7 arasında bağlanmış, Daşkəsən rayon Qeydiyyat şöbəsində 26 dekabr 2014-cü il tarixdə 104 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulması haqqında akt qeydi aparılarkən cavabdeh X4 nikahdan əvvəlki “Möyləmova” soyadını bərpa etmək hüququnun olması izah edilmiş, boşanmadan sonra tərəflərin birgə nikahından - 06 iyun 2012-ci ildə anadan olmuş X8 İddiaçı, 10 fevral 2015-ci ildə anadan olmuş X6 cavabdeh X2 yanında saxlanılmışdır. Hazırda tərəflər ayrı yaşayırlar. Uşaqlar anaları X2 himayəsinə verilsə də, hal-hazırda ataları İddiaçı yanında qalırlar. Cavabdeh uşaqların saxlanılması üçün İddiaçı aliment ödəmişdir. Hazırda İddiaçı 06 iyun 2012-ci ildə doğulmuş X8 və 10 fevral 2015-ci ildə doğulmuş X1 maddi təminatı üçün hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasım təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il üçün “Yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşaqlarının saxlanılması üçün hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə ananın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanlara əsasən, məhkəmə tərəflərin maddi imkanını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 06 iyun 2012-ci ildə doğulmuş X8 və 10 fevral 2015-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 iyun 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh 26 may 2023-cü il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ödənilmiş 55 manat ilkin mediasiya cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından 06 iyun 2012-ci ildə doğulmuş X8 və 10 fevral 2015-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 iyun 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat məbləğində mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar