Məhkəmə qərarları › İş №2(030)-449/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-449/2023

16.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-449/2023 16.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 31 dekabr 2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çanatadək saxlanılması üçün 220 manat məbləğində aliment və mediasiya xidməti üçün ödənilmiş 55 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, İddiaçı ilə cavabdeh X8 aralarındakı nikahı 12 dekabr 2015-ci ildə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeydə aldırmışlar. Birgə nikahlarından 31 dekabr 2017-cı ildə Fatimə adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra ailə münasibətləri normal olmuş, bir-birilərini başa düşmüş və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq tamamilə kəsilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli 2(030-155/2018 saylı qətnaməsi ilə 31 dekabr 2017-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün hər ay Cavabdeh 100 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Eyni zamanda, Daşkəsən Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli 2(030)- 454/2018 saylı qətnaməsi ilə alimentin miqdarı artırılmış və 31 dekabr 2017-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün hər ay Cavabdeh 140 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin, Daşkəsən Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli 2(030)-85/2019 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçı 31 dekabr 2017-cı ildə anadan olmuş Fatimənin səhhətində doğuşdan probelm olduğundan Türkiyə dövlətinə müalicəyə aparmaq istəmiş, lakin cavabdeh uşağın kənara çıxarılmasına icazə verməmiş, yalnız alimentdən imtina etdiyi təqdirdə razılıq verəcəyini bildirmişdir. İddiaçı da, məcbur olub təyin edilmiş alimentdən imtina etmişdir. Cavabdeh məsuliyyətsiz ata olduğu üçün Daşkəsən Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli 2(030)-183/2020 saylı qətnaməsi ilə X8 ilə iddiaçı X5 birgə nikahından 31 dekabr 2017-ci ildə Gəncə şəhərində anadan olmuş X6 münasibətdə X8 valideynlik hüququndan məhrum edilmişdir. Hazırda cavabdeh Daşkəsən rayonu Yaşıllaşdırma İdarəsində işləyir, mağazalarını icarəyə verərək gəlir əldə edir. Buna baxmayaraq uşağının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh X8 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadsan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 31 dekabr 2017-cı ildə Gəncə şəhərində anadan olmuş, atası X8, anası X9r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 19 yanvar 2018-ci il tarixdə 09 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X10 ilə olan nikah ləğv edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17 iyun 2019-cu il tarixdə 26 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli 2(030-155/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından xx.xx.2017-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 19 fevral 2018-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X7 ödənilməsi, aliment tələbi üzrə Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli 2(030)- 454/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli 2(030)–155/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, tərəflərin birgə nikahından xx.xx.2017-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay Cavabdeh 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X7 ödənilməs, aliment tələbi üzrə Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli 2(030)- 85/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cəfərova (Heydərova) Pərvin İlqar qızı ilə cavabdeh X8 arasında Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə qeydə alınmış nikahlarının pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən iddiaçı nikahdan əvvəlki “Cəfərova” soyadını bərpa etmək hüququna malik olması, iddia tələbi qalanın hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli 2(030)– 244/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, X12 ilə X2 birfə nikahından doğulmuş 31 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək iddiaçı (anası) X5 himayəsi altında daimi əsaslarla ölkəni tərk etmək istisna olmaqla, cavabdeh (atası) X2 razılığı olmadan müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq və geriyə Azərbaycan Respublikasına qayıtmaq hüququnun tanınması qət edilmişdir. İşə əlavə olunmuş Daşkəsən rayon İcra və probasiya şöbəsinin 21 may 2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, tələbkar X5 imtinası məhkəmə tərəfindən qəbul edilmiş və Daşkəsən Rayon Məhkəməsinin 2(030)-454/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli 2(030)- 183/2020 saylı qətanməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh X8 ilə iddiaçı X5 birgə nikahından 31 dekabr 2017-ci ildə Gəncə şəhərində anadan olmuş X6 münasibətdə X2 valideynlik hüququndan məhrum edilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən X2 azyaşlı qızı 31 dekabr 2017-ci ildə Gəncə şəhərində anadan olmuş X6 münasibətdə qohumluq faktına əsaslanan bütün hüquqlarının itirməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 09 iyun 2023-cü il tarixli MŞG/1-01775 nömrəli arayışdan görünür ki, İddiaçı “uşağın saxlanması üçün aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf X8 09 iyun 2023-cü il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən cavabdehə 17 may 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsi üçün 55 manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə olunmuş telefonoqramadan gorünür ki, X8 qeyd etmişdir ki, o, uşağın atası deyildir. Belə ki, uşağa münasibətdə onun atalıq hüququna xitam verilmişdir. Hazırda 370 manat əmək haqqı alır. Əmək haqqının 200 manata yaxını bank tərəfində tutulur. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. İşin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı X12 ilə cavabdeh X8 arasındakı nikah 12 dekabr 2015-ci ildə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmışdır. Tərəflərin birgə nikahından 31 dekabr 2017-ci ildə X11 anadan olmuşdur. Lakin qısa müddət keçdikdən sonra tərəflərin münasibətləri pisləmiş və ayrılmaq qərarına gəlmişlər. Daşkəsən Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli 2(030-155/2018 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından xx.xx.2017-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 19 fevral 2018-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X7 ödənilməsi qət edilmişdir. İdiaçının müraciəti əsasında Daşkəsən Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli 2(030)-454/2018 saylı qətnaməsi ilə alimentin miqdarının artırılmış, tərəflərin birgə nikahından xx.xx.2017-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay Cavabdeh 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X7 ödənilməsi qət edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli 2(030)-85/2019 saylı qətnaməsi ilə iddiaçı Cəfərova (Heydərova) Pərvin İlqar qızı ilə cavabdeh X8 arasında Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 12 dekabr 2015-ci il tarixdə qeydə alınmış nikahları pozulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli 2(030)–244/2019 saylı qətnaməsi ilə X12 ilə X2 birfə nikahından doğulmuş 31 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək iddiaçı (anası) X5 himayəsi altında daimi əsaslarla ölkəni tərk etmək istisna olmaqla, cavabdeh (atası) X2 razılığı olmadan müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq və geriyə Azərbaycan Respublikasına qayıtmaq hüququnun tanınması qət edilmişdir. Daşkəsən rayon İcra və probasiya şöbəsinin 21 may 2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə Daşkəsən Rayon Məhkəməsinin 2(030)-454/2018 saylı 11 oktyabr 2018-ci il tarixli icra sənədinə xitam verilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli 2(030)-183/2020 saylı qətanməsi ilə cavabdeh X8 ilə iddiaçı X5 birgə nikahından 31 dekabr 2017ci ildə Gəncə şəhərində anadan olmuş X6 münasibətdə X2 valideynlik hüququndan məhrum edilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən X2 azyaşlı qızı 31 dekabr 2017-ci ildə Gəncə şəhərində anadan olmuş X6 münasibətdə qohumluq faktına əsaslanan bütün hüquqlarının itirməsi qət edilmişdir. Hazırda İddiaçı 31 dekabr 2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çanatadək saxlanılması üçün 220 manat məbləğində aliment tələb edir. Cavabdeh isə uşağının atası olmadığını, məhkəmə qərarı ilə uşağa münasibətdə onun atalıq hüququna xitam verildiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən, valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir. Həmin Məcəllənin 66-cı maddəsində göstərilir ki, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Amma valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Həmin valideynlər (onlardan biri) ilə uşaqların birgə yaşamaq məsələlərini məhkəmə Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən həll edir. Məhkəmə 31 dekabr 2017-cı ildə anadan olmuş X11 İddiaçı himayəsində qalmasını nəzərə alaraq həmin uşağın saxlanılması üçün aliment təyin olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı uşağının saxlanılması üçün alimentin miqdarının 220 manat sabit pul məbləğində təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarı və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması və ödətdirilməsi cavabdehin imkanları xaricindədir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il üçün “Yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərara əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 31 dekabr 2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına kimi maddə təminatı üçün 17 may 2023cü il tarixdən başlayaraq hesablanmaqla hər ay cavabdeh X1 140 manat məbləğində aliment cavabdeh İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X8 09 iyun 2023-cü il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən cavabdehə 17 may 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ödənilmiş 55 manat ilkin mediasiya cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından 31 dekabr 2017-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 17 may 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar