Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-480/2025 05.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 13 iyul 2016ci ildə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin azaldılaraq 120 manat təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı əvvəllər işlədiyi halda sonradan baş vermiş hadisə nəticəsində işləyə bilməmiş və işdən azad edilmişdir. Hal-hazırda müavinət alır. Səhhəti ilə bağlı başqa bir işdə işləyə bilmir. Məhkəmə tərəfindən təyin edilmiş alimenti ödəməkdə çətinlik çəkir. Aliment azaldığı təqdirdə o, müalicəsinə lazımlı olan dərmanları əldə edə bilər. Ona görə də, alimentin miqdarının azaldılmasına dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, hazırda əmək qabiliyyətini tam itirmişdir və birinci qrup əlildir. Hər ay 320 manat müavinət alır. Müalicəsi üçün Bakı şəhərinə getməli olur. Bunun üçün yol xərci lazım gəlir. Bundan başqa dərmanları üçün üçün də vəsait çatmır. Odur ki, hər ay 120 manat sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında qeyd etdi ki, Daşkəsən Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 160 manat məbləğində təyin edilmişdir. Sonra isə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə aliment indeksasiya edildikdən sonra 188 manat olmuşdur. Təyin olunmuş aliment ilə X3 maddi təminatını ödəməkdə çətinlik çəkir. Uşaq böyümüş və xərcləri artmışdır. Özü 3-cü qrup əlildir. Hər 180 manat müavinət alır. Gəncə şəhərində ticarət obyektlərinin birində satış meneceri işləyir. Uşağı saxlamaqda çətinlik çəkir. Odur ki, iddia tələbi rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən hər ay cavabdeh İddiaçı 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(030)- 32/2025 saylı qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin 2(030)-629/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiya edilməsi və 13 iyul 2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,47 (sıfır tam yüzdə qırx yeddi) misli həddində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilsi qərara alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış xx.xx.2025-ci il tarixli e5258824-e4fd-42d2-9ebf-451d683bf30f nömrəli pensiya haqqında arayışa əsasən İddiaçı əlilliyə görə 320 manat məbləğində aylıq müavinət təyin edilmişdir. İşə əlavə olunmuş Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, İddiaçı 10 fevral 2025-ci il tarixdə birinci dərəcəli əlillik təyin edilmişdir və əmək qabiliyyətsiz sayılmışdır. İşə əlavə olunmuş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də işləmişdir və ayda 414 manat əmək haqqı almışdır. Bundan sonra əlilliyə görə 250 manat müavinət almışdır. Göründüyü kimi Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh İddiaçı 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(030)- 32/2025 saylı qərardadı ilə həmin alimentin məbləği indeksassiya edilmiş, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,47 (sıfır tam yüzdə qırx yeddi) misli həddində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən hər ay cavabdeh İddiaçı 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş üzrə tərəflər qətnamə qətnamədən apellyasiya şikayəti verməmişlər. Lakin, qətnamə çıxarıldığı tarixdən hazırkı vaxta qədər olan müddət ərzində İddiaçı maddi və fiziki vəziyyətində əhəmiyyətli dəyişikliklər baş vermişdir. Belə ki, aliment təyin olunan vaxt "xxxx" MMC-də işləmişdir və ayda 414 manat əmək haqqı almışdır. Bundan sonra əlilliyə görə 250 manat müavinət almışdır. Lakin, baş nahiyyəsindən aldığı ağır xəsarət nəticəsində İddiaçı 10 fevral 2025-ci il tarixdə birinci dərəcəli əlillik təyin edilmişdir və əmək qabiliyyətsiz hesab olunmuşdur. Əlilliyə görə hər ay 320 nanat müavinət alır. Görünüyü kimi aliment təyin olunan tarixə cavabdehin qazancı ilə cavabdehin hazırkı tarixə olan qazancı arasında əhəmiyyətli dərəcədə azalma mövcuddur. Məhkəmə hər iki tərəfin maddi və əmək qabiliyyətli olma vəziyyətini müqayisəli şəkildə araşdıraraq qeyd edir ki, aliment alan tərəf üçüncü dərəcəli əlildir və buna görə hər ay 180 manat müavinət alır. Aliment ödəyən tərəf birinci dərəcəli əlil olmaqla hər ay 320 manat müavinət alır. Hər ay onun qazancından alimentə görə 188 manat tutulur ki, bu halda onun müavinətindən 132 manat öz ehtiyacları üçün qalmış olur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əmək qabiliyyətini tam itirmiş olduğu halda, cavabdeh əmək qabiliyyətini itirməmişdir və onun işləmək və qazanc əldə etmək imkanına malikdir. Cavabdeh izahatında bildirmişdir ki, Gəncə şəhərində yerləşən ticarət obyektlərinin birində satış meneceri işləyir. Beləliklə, qeyd olunanlara əsaslanaraq belə hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilmiş, sonradan məhkəmənin xx.xx.2025-ci il tarixlii qərardadı indeksassiya edilməklə ölkə üzrə minimum əmək haqqının 0,47 (sıfır tam yüzdə qırx yeddi) misli həddinə uyğunlaşdırılmış aliment azaldılımaqla X1 üçün İddiaçı hər ay sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 (sıfır tam yüzdə otuz beş) misli həddində aliment tutularaq Cavabdeh verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-629/2024 nömrəli qətnaməsinə əsasən 160 (bir yüz altmış) manat sabit pul məbləğində təyin edilmiş və məhkəmənin xx.xx.2025-ci il tarixlii, 8(030)-32/2025 nömrəli qərardadı ilə indeksassiya edilməklə ölkə üzrə minimum əmək haqqının 0,47 (sıfır tam yüzdə qırx yeddi) misli həddində müəyyən olunmuş alimentin məbləği azaldılımaqla X2 hər ay qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmaqla sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 (sıfır tam yüzdə otuz beş) misli həddində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-480/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-480/2025
05.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver