Məhkəmə qərarları › İş №2(030)-491/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-491/2024

22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-491/2024 22.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 15 avqust 2015-ci ildə anadan olmuş X1 üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh 235 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərdi ki, Cavabdeh ilə 2014-cü ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 15 avqust 2015-ci ildə İlkin adlı bir uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə uzun müddətdir ki, ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(030)-51/2019 saylı qətnaməsi ilə 15 avqust 2015-ci ildə doğulmuş X1 üçün hər ay Cavabdeh 100 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Hazırda günün tələblərinə uyğun olaraq həmin məbləğdə alimentlə uşağının maddi ehtiyaclarını ödəməkdə, onu saxlamaqda çətinlik çəkir. Cavabdeh isə alimentdən başqa uşağının saxlanılması üçün heç bir köməklik göstərmir. Uşaq böyüdükcə onun maddi tələbatları da artır. O, isə təkbaşına qeyd edilən vəsaitlə uşağın maddi tələbatlarını qarşılaya bilmir. Ona görə də, təyin edilmiş alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasınında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 2014-cü ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Lakin rəsmi nikah qeydiyyatından keçməmişlər. Birgə yaşadıqları dövrdə 15 avqust 2015-ci ildə İlkin adlı bir uşaqları anadan olmuş, sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Hazırda o, başqa qadınla ailə qurmuş, həmin nikahdan doğulmuş uşaq üşün də 50 manat məbləğində aliment ödəyir. 10 aydır ki, sürücüsü kimi fəaliyyət göstərir. İddiaçının tələb etdiyi məbləği ödəməyə imkanı yoxdur. Alimentin miqdarının 20 manat artırılaraq, 120 manat məbləğində təyin olunmasına etiraz etmir. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 15 avqust 2015-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Gəncə “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 27 noyabr 2015-ci il tarixdə 5968 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 15 avqust 2015-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə Gəncə “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 27 noyabr 2015-ci il tarixdə 1015 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(030)-51/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli 2(030)–1087/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, tərəflərin birgə nikahından 15 avqust 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi, aliment tələbi üzrə Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X6 ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 09 iyun 2024-cü il tarixli MŞG/1MT/-007/2024-01032 saylı arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 09 iyun 2024-cü il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər razılığa gəlməmişlər. İşə əlavə edilmiş 05 iyun 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 55 manat məbləğində ilkin mediasiya xərci tam ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. İşin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə 2014-cü ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 15 avqust 2015-ci ildə X4 doğulmuşdur. Aralarında olan narazılığa görə uzun müddətdir ki, tərəflər ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(030)-51/2019 saylı qətnaməsi ilə alimentin miqdarı artırılımış, tərəflərin birgə nikahından 15 avqust 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 100 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı təyin edilmiş alimentin məbləğinin artırılması tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2019cu ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşağının saxlanılması üçün 235 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 15 avqust 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 160 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 09 iyun 2024-cü il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər qarşılıqlı razılığa gəlməmişlər. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 55 manat məbləğində mediasiya xərcinin 27.50 manat məbləği cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 1920 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə uyğun olaraq iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 39,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(030)-51/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın. Tərəflərin birgə nikahından 15 avqust 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X6 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar