Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-502/2025 17.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 aprel 2008ci il təvəllüdlü X2, 02 noyabr 2010-cu il təvəllüdlü X5, 10 noyabr 2012-ci il təvəllüdlü X7 və 22 mart 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh hər uşağa 50 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 2007-ci ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Aralarındakı nikahı 14 yanvar 2009-cu il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 07 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 22 aprel 2008-ci ildə Nərmin, 02 noyabr 2010-cu ildə Mətləb, 10 noyabr 2012-ci ildə Yusif və 22 mart 2015-ci ildə Nəzrin adlı dörd uşaqları doğulmuşdur. Aralarında yaranmış narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsinə verilmişdir. Həmin vaxt cavabdehdən aliment tələb etməmişdir. İkinci qrup əlildir. Hazırda günün tələblərinə uyğun olaraq uşaqlarının maddi tələbatını tək başına ödəməkdə çətinlik çəkir. Odur ki, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən onların nikahından doğulmuş dörd uşağın hər biri atasının yanında və himayəsindədir. Lakin, hazırda heç bir yerdə işləmir. Əlavə gəlir və qazancı yoxdur. Heç bir yerdə işləmədiyi üçün tələb edilən məbləğdə aliment ödəməyə imkanı yoxdur. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 22 aprel 2008-ci ildə Daşkəsən rayonu Dəstəfur kəndində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 14 yanvar 2009-cu il tarixdə 13 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02 noyabr 2010-cu ildə Daşkəsən rayonu Dəstəfur kəndində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Dəstəfur inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 10 noyabr 2010-cu il tarixdə 11 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 noyabr 2012-ci ildə Daşkəsən rayonu Dəstəfur kəndində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Dəstəfur inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 05 dekabr 2012-ci il tarixdə 06 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 22 mart 2015-ci ildə Daşkəsən rayonu Dəstəfur kəndində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Dəstəfur inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 06 aprel 2015-ci il tarixdə 03 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli 2(030)-551/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Daşkəsən rayon Qeydiyyat şöbəsində 14 yanvar 2009-cu il tarixdə 07 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərflərin birgə nikahından – xx.xx.2008-ci ildə anadan olmuş X2, xx.xx.2010-cu ildə anadan olmuş X5, xx.xx.2012-ci ildə anadan olmuş X7 və xx.xx.2015-ci ildə anadan olmuş X1 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Daşkəsən Rayon Məhkəməsinin 2(030)-551/2018 saylı 14 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 15 yanvar 2019-cu il tarixdə xitam verilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 17 yanvar 2019-cu il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15 iyul 2025-ci il tarixli MŞG/1-00800 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 15 iyul 2025-ci il tarixdə saat 11:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən Cavabdeh 07 iyul 2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. İşə əlavə olunmuş 07 iyul 2025-ci il tarixli BPM**********34 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2007-ci ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Aralarındakı nikahı 14 yanvar 2009-cu il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 07 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 22 aprel 2008-ci ildə X2, 02 noyabr 2010cu ildə X4, 10 noyabr 2012-ci ildə X13 qoğlu və 22 mart 2015-ci ildə X3 doğulmuşdur. Aralarında yaranmış narazılığa görə tərəflər ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli 2(030)-551/2018 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Daşkəsən rayon Qeydiyyat şöbəsində 14 yanvar 2009-cu il tarixdə 07 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərflərin birgə nikahından – xx.xx.2008-ci ildə anadan olmuş X2, xx.xx.2010-cu ildə anadan olmuş X5, xx.xx.2012-ci ildə anadan olmuş X7 və xx.xx.2015-ci ildə anadan olmuş X1 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. 22 aprel 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatmışdır. Hazırda iddiaçı uşaqlarının saxlanılması üçün alimen təyin ounmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il üçün “Yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər . İddiaçı uşaqlarının saxlanması üçün hər uşağa 50 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə ananın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşaqların təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Qeyd olunanları əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 02 noyabr 2010-cu il təvəllüdlü X5, 10 noyabr 2012-ci il təvəllüdlü X7 və 22 mart 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh hər uşağa 22 iyul 2025-ci il tarixdən başlayaraq hesablanmaqla ölkə üzrə minumum əmək haqqının 0,10 misli həddində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 07 iyul 2025-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ünvanlanmışdır. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 15 iyul 2025-ci il tarixdə saat 11:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Ödənilmiş 60 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 1440 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 34,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 02 noyabr 2010-cu il təvəllüdlü X5, 10 noyabr 2012-ci il təvəllüdlü X7 və 22 mart 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh hər uşağa 22 iyul 2025-ci il tarixdən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,10 misli həddində aliment tutulub İddiaçı ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat mediasiya xərci İddiaçı aid edilsin. Cavabdeh 34,40 (otuz dörd manat qırx qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X6 ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-502/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-502/2025
17.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver