Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-521/2025 29.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 oktyabr 2016-cı il tarixdə doğulmuş X3 və 24 avqust 2019-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 11 mart 2014-cü ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə 04 oktyabr 2016-cı ildə Eltun və 24 avqust 2019-cu ildə Zəhra adlı iki uşaqları doğulmuşdur. Uşaqların hər ikisinə atalıq müəyyən edilmişdir. Cavabdehlə bir evdə yaşasalar da, cavabdeh aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Daşkəsən Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(030)-54/2022 saylı qətnaməsi ilə uşaqlarının saxlanılması üçün hər uşağa 85 manat olmaqla, cəmi 170 manat məbləğində aliment təyin edilmişdir. Lakin sonradan cavabdehlə barışıb bir yerdə yaşadıqları üçün nikahlarını 14 aprel 2023-cü il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 303 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. 08 yanvar 2024-cü il tarixdə cavabdeh uşaqları ataraq başqa kişi ilə yaşamağa getmişdir. Hazırda da Gəncə şəhərində həmin şəxslə yaşayır. Həmin gündən faktiki olaraq ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsinə verilmiş və aliment ödənişindən azad edilmişdir. Hazırda o, "xxxx" MMC-də fəhlə işləyir və 414 manat məbləğində əmək haqqı alır. Buna baxmayaraq günün tələblərinə uyğun olaraq uşaqlarının maddi tələbatını tək başına ödəməkdə çətinlik çəkir. Odur ki, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçılə nikahda olarkən 08 yanvar 2024-cü il tarixdə Samux rayon sakini X4 yanına getmişdir. Hazırda həmin şəxslə birlikdə Gəncə şəhərində kirayəli mənzildə qeyri-rəsmi olaraq yaşayır və “Bolmart”da axşam növbəsində işləyir. Aylıq 400 manat əmək haqqı alır. 08 yanvar 2024-cü il tarixdə gedərkən uşaqları da özü ilə aparmış, lakin Nicat ona hədə-qorxu gəldiyi üçün bir gün keçmədən uşaqları iddiaçıya qaytarmışdır. İl yarımdan artıqdır ki, uşaqlar atasının yanındadır. Uşaqların onu istəməməsi atalarının onlara təsirindən irəli gəlmişdir. O, uşaqlar üçün aliment ödəməyəcəkdir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 04 oktyabr 2016-cı ildə Göygöl şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Bu barədə Gəncə “ASAN xidməti” Qeydiyyat şöbəsində doğum haqqında akt qedyləri kitabında 03 noyabr 2016-cı il tarixdə 5471 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 24 avqust 2019-cu ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 11 sentyabr 2019-cu il tarixdə 155 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli 2(030)-25/2025 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 14 aprel 2023-cü il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 303 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, 04 oktyabr 2016-cı il tarixdə anadan olmuş X6 və 24 avqust 2019-cu ildə anadan olmuş X2 İddiaçı yanında saxlanılması, İddiaçı Daşkəsən Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(030)-54/2022 saylı qətnaməsi ilə X5 və X1 üçün təyin edilmiş alimenti ödəməkdən azad edilməsi, tərəflərə ər-arvadın ümumi əmlakının bölünməsi haqqında 3 il ərzində iddia qaldırmaq hüququnun izah olunması, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 55 manat məbləğində ilkin mediasiya xərcinin 27,50 manatının Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Daşkəsən Rayon Məhkəməsinin 2(030)-25/2025 saylı 27 yanvar 2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 09 aprel 2025-ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 may 2025-ci il tarixli MŞG/1/MT007/2025-00748 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 26 may 2025-ci il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən Cavabdeh 16 may 2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. İşə əlavə olunmuş 27 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 55 manat mediasiya xərci ödənilmişdir. İşə əlavə olunmuş elektron məlumat bazasından çıxarışdan görünür ki, İddiaçı 414 manat, Cavabdeh isə 400 manat məbləğində əmək haqqı alır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2014-cü ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə - 04 oktyabr 2016-cı ildə X6 və 24 avqust 2019-cu ildə X5 doğulmuşdur. Aralarındakı nikahı 14 aprel 2023-cü il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 303 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Tərəflər 08 yanvar 2024-cü il tarixdən faktiki olaraq ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar iddiaçının himayəsinə verilmiş və X6 aliment ödənişindən azad edilmişdir. Hazırda iddiaçı uşaqlarının saxlanılması üçün alimen təyin ounmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il üçün “Yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər . İddiaçı uşaqlarının saxlanması üçün hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment təyin olunmasını tələb edir. İddiaçı uşağın maddi təminatının təkcə ananın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşaqların təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Qeyd olunanları əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 04 oktyabr 2016-cı ildə doğulmuş X6 və 24 avqust 2019-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla 29 sentyabr 2025-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa ölkə üzrə minumum əmək haqqının(400 manatın) 0,125 misli (50 manat) həddində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 16 may 2025-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ünvanlanmışdır. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 15 iyul 2025-ci il tarixdə saat 11:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ödənilmiş 55 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 1200 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hımin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 04 oktyabr 2016-cı ildə doğulmuş X6 və 24 avqust 2019-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh hər uşağa 29 sentyabr 2025-ci il tarixdən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,125 misli həddində aliment tutulub İddiaçı ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci İddiaçı aid edilsin. Cavabdeh 32 (otuz iki manat) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X7 ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-521/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-521/2025
29.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver