Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-528/2024 17.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və 3 yaşadək uşağa qulluğa görə əlavə xərc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 20 dekabr 2021-ci il təvəllüdlü X1 görə Cavabdeh hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat alıment, 3 yaşadək uşağa qulluq üçün əlavə olaraq hər ay sabit pul məbləğində 100 (yüz) manat və Mediasiya sessiyasında iştiraka görə ödənilən 55 (əlli beş) manat dövlət rüsumu, iddia ərizəsinin yazılması və digər sənədlərin tərtib olunmasına görə ödədiyi 50 (əlli) manat, cəmi 105 (yüz beş) manatın tutularaq ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə 2021-ci ildə rəsmi olaraq ailə qurmuşlar. 2024-cü ilin yanvar ayınadək birlikdə yaşamışlar. Birgə nikahlarından 20 dekabr 2021-ci ildə Aysu adlı bir uşaqları doğulmuşdur. Ailə qurandan sonra münasibətləri normal olsa da, son zamanlar aralarında tez-tez mübahisə yarandığı üçün faktiki olaraq ayrılmışlar. Azyaşlı uşağı onun himayəsindədir. Uşağın maddi ehtiyaclarını təkbaşına ödəməkdə çətinlik çəkir. Cavabdeh isə uşağın maddi təminatı üçün heç bir köməklik göstərmir. Uşaq azyaşlı olduğu üçün heç bir yerdə işləyə bilmir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar. Hazırda yeməkxanada ofisiant işləyir və 175 manat məbləğində əmək haqqı alır. Yay mövsümü qurtardığından yeməkxana bağlanacaqdır. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmədən maddi imkanı nəzərə alınaraq aliment təyin olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20 dekabr 2021-ci ildə Gəncə şəhəri Kəpəz rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 05 fevral 2022-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 17 iyul 2024-cü il tarixli MŞG/1/MT007/2024 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbi” ilə bağlı 17 iyul 2024-cü il tarixdə saat 15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İşə əlavə olunmuş 17 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, X5 tərəfindən 55 manat məblığində mediasiya xərci ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2021-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 20 dekabr 2021-ci ildə X5 doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar. İddiaçı 20 dekabr 2021-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul məbləğində 250 manat məbləğində alıment və uşağın 3 yaşınadək qulluq üçün əlavə olaraq hər ay sabit pul məbləğində 100 manat tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. İş üzrə müəyyən edilmişdir ki, tərəflərin rəsmi nikah münasibətindən bir uşaqları olmasına baxmayaraq münasibətləri pozulmuş, onlar ər-arvad münasibətlərini kəsərək ayrılmışlar. Uşaq hazırda iddiaçının yanında qalır ki, bu hal və uşaqla bağlı alimentin tutulması tərəflər arasında mülki mübahisə yaradır. Uşağın valideynlərinin hansının yanında qalması və uşağın saxlanılması üçün alimentin ödənilməsi barədə iş üzrə tərəflərin arasında saziş yoxdur. 20 dekabr 2021-ci il təvəllüdlü X3 iddiaçı (anası) İddiaçı himayəsində və yanında qalır. Odur ki, məhkəmə hesab edir ki, uşağın ananın yanında qalması nəzərə alınaraq maddi təminatı üçün aliment təyin edilməlidır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən maddi hüquq normalarının mənasından görünür ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa aliment məhkəmə qaydasında tutulur. Aliment sabit pul məbləğində tutulursa sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflərin azyaşlı oğlu iddiaçının himayəsindədir və 9 aydır ki, ayrılmalarına baxmayaraq, cavabdeh nəinki uşağın saxlanması üçün iddiaçıya maddi cəhətdən köməklik göstərmir, hətta uşağı ilə maraqlanmır. Məhkəmə azyaşlı uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, heç bir yerdə işləməməsini, maddi vəziyyətinin ağır olmasını, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, uşağın yaş həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini əsas tutaraq hesab edir ki, uşaq üçün alimentin miqdarı 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə götrə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə görə, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, əsas diqqət azyaşlı uşağın maddi təminatına yönəlməli, habelə uşaq 3 yaşına çatanadək ananın maddi təminatının təmin edilməsi zəruriliyi də nəzərə alınmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşını və mənafeyini nəzərə alaraq, uşaq üç yaşına çatana kimi əlavə olaraq ananın saxlanılması üçün 50 manat sabit pul məbləğində aliment təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 20 dekabr 2021-ci ildə anadna olmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 18 iyul 2024-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 140 manat sabit pul məbləğində və əlavə olaraq uşaq 3 yaşına çatanadək anaya ödənilməsi üçün 50 manat məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Belə ki, Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı oğlu 17 iyul 2024-cü il tarixdə saat 15:00-da saatlarında keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ödənilmiş 55 manat nediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 1680 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə uyğun olaraq iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 36,80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 20 dekabr 2021-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 18 iyul 2024-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 140 manat və uşaq 3 yaşına çatana qədər ödənilməli olan 50 manat məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. Aliment tələbi üzrə Cavabdeh 36,80 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X4 ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-528/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-528/2024
17.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver