Məhkəmə qərarları › İş №2(030)-545/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-545/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-545/2025 21.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və vəkili Vəkil, X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Cavabdeh1 və X6 arasında Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,21 ha torpaq sahəsinin 0,04 ha hissəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən cavabdehlər Cavabdeh1 və X3 adına verilmiş çıxarışın ləğv edilməsi, həmin çıxarışla cavabdehlərə aid torpaq sahəsi üzrəində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, 2012-ci ilin yay aylarında Cavabdeh1 Daşkəsən rayonu Xoşbulaq kəndində torpaq sahəsi satdığını bilmişdir. O, övladları ilə birlikdə Daşkəsən rayonu Xoşbulaq kəndində getmiş və həmin vaxt Cavabdeh1 ilə tanış olmuşdur. Cavabdeh1 0,21 ha torpaq sahəsinin 0,04 ha hissəsini satdığını bildirmiş, cavabdehlərlə torpaq sahəsini 4000 ABŞ dollarına razılaşmışlar. Həmin məbləğin 2000 ABŞ dollarını bir dəfəyə, qalan 2000 ABŞ dollarını isə hissə-hissə cavabdehə vermişdir. 06 noyabr 2012-ci il tarixdə cavabdeh çıxarışa əsasən özünə məxsus olan 0,04 ha hissəsinə dair onun adına baş etibarnamə vermişdir. Həmin vaxt Cavabdeh2 notariusa gəlmədiyi üçün alqı-satqını rəsmiləşdirə bilməmişlər. Torpaq sahəsini aldıqdan sonra orada fərdi yaşayış evin inşa etdirmiş və həmin vaxtdan orada yaşamağa başlamışdır. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanması üçün dəfələrlə cavabdehlərə müraciət etsə də, cavabdehlər müxtəlif bəhanlərlərlə bundan imtina etmişdir. Bununla bağlı aralarında mübahisə yarandığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı pulu tam ödəmədiyindən alqı-satqı baş tutmamışdır. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş üçüncü şəxslər X6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşə əlavə olunmuş Gəncə şəhəri 1 saylı X4 təsdiq edilmiş 06 noyabr 2011-ci il tarixli 7E-19-25579 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 DƏDRX Gəncə Ərazi İdarəsinin 07 sentyabr 2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yerləşən 0,21 ha torpaq sahəsinin 0,04 ha hissəsini satmağı, bağışlamağı, ipoteka qoymağı, tikinti aparmağı, sənədləşdirməyi, dəyişməyi, pulunu almağıl, buna dair müqaviləni imşalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. İşə əlavə olunmuş daşınmaz əmlakın Dövlət reyestrindən 07 sentyabr 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş daşınmaz əmlakın Dövlət reyestrindən 18 may 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,21 ha torpaq sahəsinin 1/13 hissəsi Cavabdeh1, 1/13 hissəsi Cavabdeh2, 1/13 hissəsi X3 və 10/13 hissəsi X2 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən, əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən borun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlamış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 12 avqust 2005-ci ilədək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı 12 avqust 2005-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335, 647ci maddələri ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 2012-ci ildə yaranmışdır. Həmin vaxt Mülki Məcəllənin 335.2-ci maddəsi qüvvədə olmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddia tələbinin qanuni əsası mövcud deyildir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, bir tərəfdən digər tərəfə qarşı nəyi isə tələb etməyə hüquqi imkan verir. Mülki qanunvericiliyin mübahisəli hüquq münasibət yaranan vaxt qüvvədə olan normalarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini müəyyən edən müddəa mövcud deyildir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi bir neçə hissədən ibarət olmaqla alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilkin tələb sayılır. Sonrakı tələblər ondan asılı olmaqla və onunla sıx bağlı olmaqla onların həlli ilkin tələbin həllindən asılıdır. İlkin tələbin əsassızlığı sonrakı tələblərin də əsassızlığına gətirib çıxarır. Belə ki, əqd etibarlı sayılmadığı halda iddiaçının cavabdehlərin adına olan çıxarışı mübahisələndirmək və çıxarışda göstərilən torpaq sahəsinin bir hissəsini öz adına sənədləşdirmək hüquqları da yaranmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar