Məhkəmə qərarları › İş №2(030)-598/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-598/2023

13.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-598/2023 13.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 sentyabr 2014-cü ildə doğulmuş X1, 04 iyul 2019-cu ildə doğulmuş X3 və 04 fevral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək hər ay Cavabdeh hər uşağa 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və hər uşağa 50 manat olmaqla cəmi 150 manat məbləğində aliment təyin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarındakı nikahı 24 avqust 2013-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 92 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 06 sentyabr 2014-cü ildə Leyla, 04 iyul 2019-cu ildə Əziz və 04 fevral 2021-ci ildə Xan adlı üç uşaqları doğulmuşdur. 2013-cü ildən 2022-ci ilin ortalarınadək bir yerdə yaşamışlar. Aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(030)-133/2023 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Hazırda azyaşlı uşaqları onun himayəsindədir. Cavabdeh fərdi əməklə məşğul olub yüksək gəlir əldə etsə də, uşaqlarının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. O, isə günün tələblərinə uyğun olaraq uşaqların maddi təminatını qarşılaya bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 06 sentyabr 2014-cü ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası Cavabdeh oğlu, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 10 sentyabr 2014-cü il tarixdə 240 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 04 iyul 2019-cu ildə Bakı şəhəri Xətai rayonunda doğulmuşdur.. Atası Cavabdeh oğlu, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 26 iyul 2019-cu il tarixdə 116 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 04 fevral 2021-ci ildə Bakı şəhəri Nərimanov rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 17 fevral 2021-ci il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(030)- 133/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış, 24 avqust 2013-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 92 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən İddiaçı nikahdan əvvəlki “Alpaşayeva” soyadını bərpa etmək hüququnun olması, həmçinin ərarvadın ümumi əmlakının bölünməsi haqqında 3 il ərzində iddia qaldırmaq hüququnun izah edilməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 08 avqust 2023-cü il tarixli MŞG/1/MT007/2023-02465 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbi tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan tərəflər Cavabdeh və İddiaçı 08 avqust 2023-cü il tarixdə saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Cavabdeh 29 iyul 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. İşə əlavə olunmuş 08 avqust 2023-cü il tarixli BPM**********40 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə cavabdehin izahatının dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin fakitiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh aralarındakı nikahı 24 avqust 2013-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 92 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 06 sentyabr 2014-cü ildə X1, 04 iyul 2019-cu ildə X3 və 04 fevral 2021-ci ildə X2 anadan olmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(030)- 133/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış, 24 avqust 2013-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 92 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuşdur. Hazırda İddiaçı 06 sentyabr 2014-cü ildə doğulmuş X1, 04 iyul 2019-cu ildə doğulmuş X3 və 04 fevral 2021-ci ildə doğulmuş X2 maddi təminatı üçün hər uşağa 50 manat olmaqla, cəmi 150 manat məbləğində aliment təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasım təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il üçün “Yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əmin edilməli, 06 sentyabr 2014-cü ildə doğulmuş X1, 04 iyul 2019-cu ildə doğulmuş X3 və 04 fevral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 05 sentyabr 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər 08 avqust 2023-cü il tarixdə 16:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etsələr də, lakin ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, 55 manat ilkin mediasiya xərcinin 27,50 manatı məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından 06 sentyabr 2014-cü ildə doğulmuş X1, 04 iyul 2019-cu ildə doğulmuş X3 və 04 fevral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 05 sentyabr 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat məbləğində mediasiya xərcinin 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpik Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar