Məhkəmə qərarları › İş №2(030)-629/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-629/2024

09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-629/2024 09.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 13 iyul 2016-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh 235 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə el adəti ilə ailə qurmuş, aralarındakı nikahı 03 dekabr 2015-ci ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 84 saylı akt qeydi ilə qeyd etdirmişlər. Birgə nikahdan 13 iyul 2016-cı ildə Yusif adlı bir uşaqları doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli 2(030)–839/2017 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, 13 iyul 2016-cı ildə doğulmuş X10 onun himayəsində saxlanılmış və uşağın maddi təminatı üçün 70 manat, Daşkəsən Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(030)– 233/2019 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 110 manat, Daşkəsən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(030)-276/2020 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 130 manat məbləğində təyin edilmişdir. Cavabdeh alimentdən başqa uşağının maddi təminatı üçün heç bir köməklik göstərmir. Uşaq böyüdükcə onun maddi tələbatları da artır. O, isə günün tələblərinə uyğun olaraq qeyd edilən məbləğlə uşağının maddi tələbatını ödəməkdə çətinlik çəkir. Odur ki, yaranmış vəziyyətdə alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Daşkəsən şəhər Yaşıllaşdırma idarəsində fəhlə işləyir və aylıq 390 manat məbləğində əmək haqqı alır. Hər ay 130 manat məbləğində aliment ödəyir. Xəstəliyi ilə əlaqədar olaraq müalicəyə ehtiyacı vardır. Əvvəlki alimentin təyin edildiyi vaxtdan sonra onun maddi vəziyyətində heç bir müsbət dəyişiklik olmamışdır. İddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 13 iyul 2016-cı ildə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası X3r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 05 avqust 2016-cı il tarixdə 156 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(030)– 233/2019 saylı qətnaməsinin surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli 2(030)–839/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmış, 13 iyul 2016-cı ildə doğulmuş X5 maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(030)-276/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(030)–233/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, 13 iyul 2016-cı ildə doğulmuş X5 maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X9 keçirilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İşə əlavə edilmiş “Mərkəzi Klinika” tərəfindən verilmiş epikrizin surətindən görünür ki, Cavabdeh 22 oktyabr 2009-cu ildə cərrahi əməliyyat – “Basılmış sınığın çıxarılması” olunmuşdur. Əməliyyatdan sonra nevroloji statusunda müsbət dinamika vardır. Xəstə kafi vəziyyətdə evə, nevropatoloqun müşahidəsinə yazılmışdır. İşə əlavə edilmiş Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Respublika X2 Hüquqi Şəxs xəstənin stasionar Tibbi kartından 2135 nömrəli çıxarışın (epikriz) surətindən görünür ki, X6 29 oktyabr 2024-cü il tarixdə təcili cərrahi əməliyyat “Oksipital dekompressiv kranioektomiya. Epidural hematomanın xaric edilməsi. Bifrontal dekompressiv kranioektomiya. Sərt qişanın plastikası” icra olunmuşdur. Sol tərəfli ənsə sümüyünə və hər iki alın təpə sümüyünə postor kranioektomiya defekti, hər iki beyin yarımkürəsinin alın paylarında enesfalomalazik sahə qeyd edilmiş, xəstə yaşayış yeri üzrə nevroloqun nəzarətinə stasionardan yazılmışdır. İşə əlavə edilmiş Daşkəsən rayon Yaşıllaşdırma İdarəsi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli Seriya SN00008 №-li ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqindən görünür ki, Cavabdeh açıq kəllə beyin travması, baş beyinin əzilməsi cərrahı əməliyyat keçirmişdir. Hazırda xəstəliyi davam edir. İşə əlavə olunmuş Samux 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 06 sentyabr 2024-cü il tarixli MŞG/1/2024-00327 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 06 sentyabr 2024-cü il tarixdə saat 12:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən Cavabdeh 12 avqust 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. İşə əlavə edilmiş 05 sentyabr 2024-cü il tarixli BPM**********30 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 51 manat ilkin mediasiya xərci ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh el adəti ilə ailə qurmuş, aralarındakı nikahı 03 dekabr 2015-ci ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 84 saylı akt qeydi ilə qeyd etdirmişlər. Tərfələrin birgə nikahından 13 iyul 2016cı ildə Yusif adlı bir uşaqları doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli 2(030)–839/2017 saylı qətnaməsi ilə nikah pozulmuş, 13 iyul 2016-cı ildə doğulmuş X10 ananın himayəsində saxlanılmış və uşağın maddi təminatı üçün aliment təyin edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(030)- 276/2020 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 13 iyul 2016-cı ildə doğulmuş X5 maddi təminatı üçün hər ay Cavabdeh 130 manat sabit pul məbləğində aliment tutulub Mətanət Əliyevaya ödənilməsi qət edilmişdir. İddiaçı təyin edilmiş alimentin miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2020ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İşin hallarından göründüyü kimi, Daşkəsən Rayon Məhkəməsinin 04 sentyabr 2020ci il tarixli 2(030)-276/2020 saylı qətnaməsi ilə 13 iyul 2016-cı ildə doğulmuş X1 üçün 130 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Məhkəmə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən halları və bunlardan əlavə cavabdehin ağır xəsarət almasını, bununla əlaqədar 29 oktyabr 2024-cü il tarixdə ağır beyin cərrahi əməliyyatı keçirməsini, müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, belə olan vəziyyətdə alimentin miqdarının artırılaraq 160 manat məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Hal-hazırda cavabdehin özünün də yardıma ehtiyacı vardır. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanları, habelə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(030)-276/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmalı, 13 iyul 2016-cı ildə doğulmuş X5 maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 160 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 06 sentyabr 2024-cü il tarixdə saat 12:30-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 51 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 51 manat məbləğində mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 1920 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə uyğun olaraq iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 39,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(030)-276/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın. Tərəflərin birgə nikahından 13 iyul 2016-cı ildə doğulmuş X5 maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 51 (əlli bir) manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X9 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar